Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edib.
"Qafqazinfo" xəbər verir ki, Kestutis Budris Litva Prezidenti Gitanas Nausedanın salamlarını dövləti başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Litva Prezidentinə çatdırmağı xahiş edib.
Dövlət başçısı bir müddət əvvəl Dublində "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısı çərçivəsində Litva Prezidenti Gitanas Nauseda ilə görüşünü, eləcə də Litvanın Baş naziri Mindauqas Sinkeviçyusla telefon danışığını məmnunluqla xatırlayıb.
Azərbaycan ilə Litva arasında strateji tərəfdaşlıq münasibətlərinin uzun illərdir uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib və nazirin səfərini bu baxımdan vacib addım kimi qiymətləndirib.
Kestutis Budris səfər çərçivəsində "Azərbaycan Respublikası və Litva Respublikası arasında Strateji tərəfdaşlıq haqqında Birgə bəyannamə"nin imzalanacağını bildirib, iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Nazir Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsində əldə olunan uğurlar münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Təbrikə görə təşəkkürünü bildirən dövlət başçısı Azərbaycanın regionda sülhün möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
Prezident İlham Əliyev münasibətlərin normallaşması fonunda Azərbaycanla Ermənistan arasında iqtisadi və ticari əlaqələrin qurulduğunu, üçüncü ölkələrdən Ermənistana və Ermənistandan üçüncü ölkələrə yüklərin Azərbaycan ərazisindən tranzitlə daşınması üçün imkanların yaradıldığını qeyd edib. Dövlət başçısı son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yükün daşındığını bildirib.
Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərindən danışılarkən qeyd olunub ki, həm Birinci Qarabağ müharibəsi dövründə, həm də 2020-2023-cü illərdə basdırılmış minalar bu işlərə mane olur və insanların həyatı üçün ciddi təhlükə yaradır.
Kestutis Budris Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirərək ölkəsinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini vurğulayıb. O, Litvanın Azərbaycanın NATO ilə əlaqələrinin genişləndirilməsini də dəstəklədiyini qeyd edib.
Prezident İlham Əliyev qarşıdakı sədrlik münasibətilə təbriklərini çatdırıb, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin sammiti çərçivəsində keçirilən görüşləri xatırlayıb. Azərbaycanın Avropa İttifaqına üzv 10 ölkə ilə ikitərəfli strateji tərəfdaşlıq sənədlərinin olduğunu qeyd edən dövlətimizin başçısı Litva ilə münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı üçün də əlverişli mühit yaratdığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda və Xəzər regionunda bağlantı layihələrinin təşəbbüskarı olduğunu vurğulayıb.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi, eyni zamanda, Azərbaycan ilə Litva arasında müxtəlif sahələrdə, o cümlədən energetika və bərpaolunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 109 Tarix: 25 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda 29 yaşlı oğlan küçədə öldü
Bakıda gənc oğlan küçədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 23-ü saat 12 radələrində Nəsimi rayonu Topçubaşov küçəsində baş verib. Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü F.Nurəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti səkidə tapılıb. Faktla bağlı araşdırmala
24.11.2026 480 İranda son 48 saatda 8 nəfər spirtli içkidən zəhərlənib öldü
İranda son 48 saat ərzində saxta spirtli içki qəbul edən azı 8 nəfər ölüb, 164 nəfər zəhərlənib. İran mediasına istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən dördünün reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Bir nəfərin isə beyin ölümü baş verib. Spirtli içki istehlakının qadağan olunduğu İrand
24.11.2026 322 Universitet bufetlərində bahalıq - Tələbələrin hesabına qazanc
Son zamanlar universitet bufetlərində satılan qidaların qiyməti və keyfiyyəti tələbələr arasında ciddi narazılığa səbəb olur. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı videolar paylaşılır, tələbələr qarşılaşdıqları problemləri ictimailəşdirirlər. Onlar bildirirlər ki, bəzi universitetlərin bufetlərind
24.11.2026 389 Kənd təsərrüfatı təyinatlı torpaqla yaşayış məntəqəsi torpağının qiymətləndirilməsi arasında hansı fərqlər var?
Kənd təsərrüfatı təyinatlı torpaqlarla yaşayış məntəqələrinin torpaqlarının qiymətləndirilməsi arasındakı əsas fərq onların iqtisadi funksiyası, hüquqi istifadə imkanları və gəlir yaratma potensialı ilə bağlıdır. Bu torpaq kateqoriyalarını eyni qiymətləndirmə meyarları əsasında müqayisə etmək metodoloj
24.11.2026 368 Kəlbəcər Günü - Tarixi yaddaşımızın, milli iradəmizin və Böyük Qayıdışın təntənəsi
Kəlbəcər Azərbaycanın tarixində özünəməxsus yeri, zəngin mədəni irsi, əsrarəngiz təbiəti və strateji əhəmiyyəti ilə seçilən qədim yurd yerlərimizdən biridir. Kəlbəcər Günü yalnız bir rayonun azadlığının və tarixi ədalətin bərpasının qeyd olunması deyil, həm də xalqımızın torpağa bağlılığının, milli birliyinin
12:04 105 Türkiyə millisinin keçmiş futbolçusu gözlənilmədən karyerasını dayandırdı
Hollandiya klubunun qanad oyunçusu qərarını orqanizminin səsini dinləmək ehtiyacı ilə izah edib. NEC-ın qanad oyunçusu 29 yaşlı Emre Mor səhhətindəki problemlərə görə peşəkar futbol karyerasını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. bildirir ki, futbolçu bu barədə "Instagram" səhifəsind
24.11.2026 335 İrandan ABŞ-yə mesaj: "7 şərt yerinə yetirilmədən Vaşinqtonla danışıqlar aparılmayacaq"
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, əvvəllər açıqladığımız 7 şərt yerinə yetirilmədən Vaşinqtonla heç bir müzakirə aparılmayacaq. Bunu xarici mediaya istinadən xəbər verir. İran parlamentinin iclasında çıxış edən Qalibaf ABŞ Prezidenti Donald Trampın və digər amerikalı rəsmiləri
24.11.2026 259 "Barselona" Bakıdan maraqlı paylaşım etdi - Video
Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Sabah"la qarşılaşma üçün ölkəmizə gələn "Barselona" Bakıdan paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Kataloniya klubunun instaqram hesabında paytaxtımızdan maraqlı görüntülər paylaşılıb. Qeyd edək ki, "Sabah"
24.11.2026 389 "Santa Barbara"nın aktyorunu maşın vurub öldürdü
ABŞ-nin məşhur "Santa Barbara" serialının aktyoru Larri Poyndekster yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, faciə 66 yaşlı Poyndeksterin Los-Ancelesin Studio-Siti rayonunda yaşadığı evin yaxınlığında yolu keçərkən avtomobil vurması nəticəsind
24.11.2026 383