Süni intellekt əsaslı reklam platforması Agentlik.Az fəaliyyətə başladı

Süni intellekt əsaslı reklam platforması Agentlik.Az fəaliyyətə başladıAzərbaycanda süni intellekt əsaslı yeni rəqəmsal reklam platforması Agentlik.Az fəaliyyətə başlayıb.

Agentlik.Az maliyyə və biznes platforması kimi tanınan Valyuta.Az saytının təsis etdiyi texnoloji startapdır.

Platforma xidmət və məhsullarını internetdə reklam etmək istəyən sahibkarlara, xüsusən də startap sahiblərinə geniş imkanlar təklif edir. Belə ki, istənilən biznes sahibi öz məhsullarını istər xəbər saytları, istərsə də Facebook və İnstagram kimi sosial şəbəkələrdə reklam edə, kampaniyalarını vahid kanaldan idarə edə bilir.

Platformanın istifadəsi çox sadədir, bununla belə Agentlik Aİ adlı süni intellekt köməkçisi hər addımda reklam verənə yardım edir, reklamları sual-cavab əsasında qurur, öz banneri olmayan biznes sahibləri üçün hətta bütün standart ölçülərdə pulsuz və keyfiyyətli bannerlər hazırlaya bilir. Hətta məhsulun mətn təsviri əsasında saniyələr içində video reklam variantları da hazırlamağı bacarır.

Reklamçılar 20 manatdan başlayan kiçik büdcələrlə reklam kampaniyalarına başlaya bilirlər.

Xəbər saytlarında reklamlar necə gedir?

Xəbər saytlarında reklam yerləri real vaxtda keçirilən auksionla bölüşdürülür, reklamçı isə yalnız vCPM modeli əsasında - yəni yalnız ekranda görünən reklama görə ödəniş edir.

Platforma görünürlüyü IAB və Media Rating Council (MRC) meyarları əsasında ölçür. Sistem botlardan gələn və şübhəli hesab edilən baxışları saymır və reklamçının büdcəsindən çıxmır.

Reklamçı kabinetində hər reklam üzrə canlı və detallı statistikanı izləyə, hesabatları bir neçə formatda yükləyə bilir.

Hansı növ reklamlar var?

Sistemdə istənilən növ banner və video reklamları yerləşdirmək mümkündür.

E-ticarət saytları üçün isə xüsusi imkanlar yaradılıb. Onlar hər məhsul üçün bir-bir reklam yaratmaq yerinə sadə və sürətli inteqrasiya ilə toplu reklamlar yarada və onların effektivliyini avtomatik idarə edə bilirlər. Ağıllı sistem verilən tapşırıqlar əsasında qeyri-effektiv reklamları zamanında müəyyən edə, dayandıra və yenisini yarada bilir.

Reklamçılar öz reklamlarının effektivliyini məqsədləri üzrə (satış, qeydiyyat və s.) ölçmək imkanına malikdir.

Saytlar, Facebook və Instagram reklamları bir kanalda

Platformanın "Kanallar" xidməti xəbər saytları, Facebook və Instagram üzrə reklamı eyni plan çərçivəsində idarə etməyə və nəticələri bir hesabatda izləməyə imkan verir. Dörd paket mövcuddur. "Hibrid" xəbər saytlarını və hər iki sosial şəbəkəni, "Sosial şəbəkələr" paketi Facebook və Instagram-ı əhatə edir. Hər sosial şəbəkə üçün ayrıca paket də var.

Reklam verən istərsə "Hibrid" reklamlarda avtomatik idarə etməni aktiv edə bilir. Bu zaman platforma qoyulan hədəfə uyğun 3 kanal üzrə reklamların büdcəsini ən effektiv istiqamətlər üzrə yenidən bölüşdürə, idarə edə bilir.

Bütün paketlərdə tam idarəetmə və detallı statistika Reklamçının kabinetində əl çatandır. Bundan əlavə, sosial şəbəkə reklamları müştərinin öz hesablarında da aktiv olur, müştəri şəffavlıq üçün hər zaman statistikaları tutuşdurmaq imkanına malikdir.

Reklam qiymətləri neçədən başlayır?

Yuxarıda qeyd etdiyimiz kimi bütün reklamlar yalnız vCPM modeli əsasında hesablanır. Başlanğıc qiymət hər min dəfə görünən reklam üçün bannerlərdə 30 qəpik, İnbanner video reklamlarında 1 manat, İnpage video reklamlarında 5 manatdır. Yekun qiyməti isə müştəri özü müəyyən edə bilir.

Saytlar üçün əlavə qazanc imkanı

Agentlik.Az platforması xəbər saytları, e-ticarət və elan saytları üçün də əlavə qazanc imkanıdır. Sayt sahibi paneldə pulsuz qeydiyyatdan keçir, reklam yerlərini yaradıb, verilən kodu saytında yerləşdirir. Sistem həmin yerlərə reklamı auksionla seçir. Yayımçı qazancını gün, sayt və reklam yeri üzrə izləyə, hər yerin görünürlük və doluluq göstəricilərinə baxa, uyğun görmədiyi reklamları bloklaya bilir.

Bundan əlavə, saytına əlavə trafik cəlb etmək istəyən sayt sahibləri öz materiallarını, xəbərlərini şəbəkədəki digər xəbər saytlarında reklam edə bilirlər. Bu halda sayt sahibi yayımçı olaraq təsdiqlənmiş qazancını reklamçı balansına daşımaqla balansını artıra, reklamlarını yarada bilir. Sistem isə bu halda onlara əlavə 10 faiz hədiyyə balansı verir.

Pulsuz qeydiyyat ilə başlayın

Platformanın çoxsaylı imkan və funksiyalarını bir məqalədə əhatə etmək çətindir. Hər gün yenilənən və böyüyən platformanın imkanlarını kəşf etmək üçün pulsuz olaraq qeydiyyatdan keçməyinizi tövsiyə edirik. Bir dəfə qeydiyyatdan keçməklə həm Reklamçı, həm də yayımçı kabinetindən istifadə edə, birindən digərinə keçid edə bilirsiniz.

E-mail: [email protected]

https://www.facebook.com/agentlikaz

https://www.instagram.com/agentlik_az/


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 302   Tarix: 24 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ah, atam, ah… Bir qalx da bax gör, məmləkətdə nələr baş verir!

Bir vaxtlar yazığın gələn, qayğısına qaldığın, əlindən tutub adam yerinə qoyduğun insanlar var ha… Bu gün pulu tapıblar, iki qəpiklik vəzifənin, üç qəpiklik sərvətin sahibi olublar, məmləkətdə özlərini adam hesab edib gəzirlər. Vaxtilə sənin kölgəndə sərinləyənlər bu gün elə bilirlər ki, günəş özlərində

24.11.2026 471
.

Paşinyan: "Rumıniya Aİ-yə açılan qapıdır"

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rumıniya Prezidenti Nikuşor Dan Buxarestdə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıblar. xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb. "Rumıniya təkcə çox vacib yeni bazar deyil, həm də limanları sayəsində Avropa İttifaqına açıla

10:38 182
.

Melaniya Tramp fotolarını satışa çıxardı

ABŞ-nin Birinci xanımı Melaniya Tramp rəqəmsal fotolarını satışa çıxardığını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, kolleksiyadakı hər bir foto 150 dollara təklif olunur. O, açıqlamasında şəxsi fotoseriyasını alman fotoqraf və keçmiş model Elle fon Unvertin çəkdiyini bildirib. "The Independent"

24.11.2026 388
.

Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq

"BakıKart" və "Mastercard" UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir. "Qafqazinfo" xəbər verir ki, kampaniya çərçivəsində bu gün saat 18:00-da

15:02 244
.

Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur

Danimarka Təhsil Nazirliyi 2027-2028-ci tədris ilindən etibarən ölkənin ibtidai və orta məktəblərində mobil telefonlardan istifadənin qadağan olunacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, nazirliyin açıqlamasına əsasən, yeni qayda yalnız internetə çıxışı olan mobil telefonları deyil

24.11.2026 318
.

ABŞ "Nvidia" şirkətindən səhm payı ala bilər

ABŞ hökuməti texnologiya şirkəti "Nvidia"da pay sahibi ola bilər. ABŞ Prezidenti Donald Tramp bu ehtimalı irəli sürüb. xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb. Tramp "Nvidia"nın süni intellekt (Sİ) sahəsindəki texnoloji inkişaflarının ABŞ üçün əhəmiyyətin

11:02 187
.

İranda son 48 saatda 8 nəfər spirtli içkidən zəhərlənib öldü

İranda son 48 saat ərzində saxta spirtli içki qəbul edən azı 8 nəfər ölüb, 164 nəfər zəhərlənib. İran mediasına istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən dördünün reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Bir nəfərin isə beyin ölümü baş verib. Spirtli içki istehlakının qadağan olunduğu İrand

24.11.2026 342
.

Almaniyada Ausbildung vəd edilən tələbə aldadıldığını iddia edir - ŞİKAYƏT

Almaniyaya getmək üçün hazırlaşan tələbə və işçilər ehtiyatlı olmalıdırlar. Almaniyanın Sylt adasında yaşayan Günay Səlimxanlı və onun xalası kimi təqdim edilən, Sumqayıtda fəaliyyət göstərən "Eszett" Alman dili və xaricdə təhsil mərkəzinin rəhbəri Ruhəngiz Abdullayeva Raiq qızı ilə bağlı dələduzlu

11:50 282
.

Azərbaycanlı prodüser ölümündən əvvəl sevgilisi ilə mübahisə edib - Detallar

Rusiyada 36 yaşlı azərbaycanlı musiqi prodüseri Elmir Məhərrəmovun ölümü ilə bağlı yeni detallar üzə çıxıb. Axşam.az-ın rus mediasına istinadən məlumatına görə, prodüserin ölümündən əvvəl maddi problemləri olub. Onun həmkarı Sergey Dvortsov bildirib ki, Elmir müxtəlif tərəfdaşlardan təxminən 5 milyo

24.11.2026 540
.