Universitet bufetlərində bahalıq - Tələbələrin hesabına qazanc

Universitet bufetlərində bahalıq - Tələbələrin hesabına qazancSon zamanlar universitet bufetlərində satılan qidaların qiyməti və keyfiyyəti tələbələr arasında ciddi narazılığa səbəb olur. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı videolar paylaşılır, tələbələr qarşılaşdıqları problemləri ictimailəşdirirlər.

Onlar bildirirlər ki, bəzi universitetlərin bufetlərində satışa çıxarılan qidaların qiyməti hətta market, kafe və restoranlardakı qiymətlərdən daha bahadır. Üstəlik, təqdim olunan yeməklərin porsiyasının kiçik, keyfiyyətinin isə qiymətinə uyğun olmadığı vurğulanır.

Bəs görəsən, universitet bufetlərində qiymətlər niyə bu qədər bahadır? Ümumiyyətlə, tələbələrin daha münasib qiymətə və keyfiyyətli qida alması üçün hansı iqtisadi mexanizmlər tətbiq oluna bilər?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, universitetlərin təklif etdiyi qida nümunələrində qiymətlərin yüksək olması onların icarə haqları ilə bağlıdır:

"Məsələnin gözəgörünməz səbəblər də var. Bir çox hallarda bufetlər universitet rəhbərliyinin nəzarətində olur. Düşünürəm ki, bu işi tənzimləmək üçün təhsil müəssisələrində satınalmalar elan olunmalı, qida və xidmət standartlarına cavab verən təşkilatlar cəlb olunmalıdır.

Bufetlərdə qiymətlər əsasən məhsulun alış dəyəri, daşınma, əmək haqqı, icarə, kommunal xərclər və sahibkarın mənfəət marjası nəzərə alınmaqla müəyyən olunur. Bufetlər adətən özəl sahibklarlar tərəfindən idarə olunur. Qiymətlərin formalaşmasında əsasən şəxsin və ya təşkilatın kommersiya qərarları mühüm rol oynayır. Düşünürəm ki, bu istiqamətdə ciddi monitorinqə və nəzarətə ehtiyac var. Eyni zamanda şəffaflıq və məlumatlılıq da həllini tapmalıdır. Çünki həmin təhsil müəssisələrində qidalanan şəxslər Azərbaycanın gənc nəsli, gələcək mütəxəssisləridir. Onların sağlamlığı, keyfiyyətli qidalarla təchiz olunması vacib məsələlərdən biridir.

Türkiyənin təcrübəsi burada çox önəmlidir. Türkiyə universitetlərində yerləşən bufetlərdəki qiymətlər bazar qiymətlərindən kəskin fərqlənir. Tələbələr onlara verilmiş xüsusi kartlarla daha ucuz yemək əldə edə bilirlər. Bununla yanaşı, həmin yeməklərin keyfiyyəti daim monitorinq olunur və yekun rəy universitet rəhbərliyinə təqdim edilir. Düşünürəm ki, Azərbaycanda da eyni mexanizm təqdim olunmalıdır".

İqtisadçı vurğulayıb ki, bufetlər universitet rəhbərlərinin gəlir mənbəyindən sosial sahəyə çevrilməlidir:

"Bufetlərdə sosial qiymət qiymət siyasəti formalaşmalıdır. Əlçatan qiymətə səhər yeməyi, nahar və içki daxil olan xüsusi menyular təklif olunmalıdır. Universitetlər bufetlərin icarə haqqını müəyyən güzəştlərlə tənzimləməlidirlər. Sahibkarlar bufetləri işlətməyə namizəd olduqda seçim şəffaf qaydada həyata keçirilməlidir.

Bundan əlavə, universitetlər üçün aşağı qiymətə vahid və ya birgə ərzaq tədarükü mexanizmi yaradıla bilər. Ümumiyyətlə, universitet bufetlərindən gəlir əldə etməkdən daha çox xidmət göstərməyə önəm verilməlidir. Təhsilin əlçatanlığından danışdığımız kimi tələbələrin sağlam və münasib qiymətə qidalanmasını da təhjsil mühitinin tərkib hissəsi kimi qəbul etməliyik. Ali təhsil müəssisələrində iqtisadi səmərəliliklə bağlı sosial məsuliyyət əsasında düzgün balans yaradılmalıdır.

Ərzaqların porsiyasına, qiymətinə və təklif olunan qida vasitələrinin keyfiyyətinə çox ciddi nəzqarət olunmalıdır. Bufetlər universitet rəhbərlərinin gəlir mənbəyindən sosial sahəyə çevrilməlidir".

Təhsil eksperti Ramin Nurəliyev Lent.az-a açıqlamasında bildirib ki, universitet bufetlərində satılan həm isti yeməklərin, həm də şirniyyatların qiyməti bazar qiymətlərindən xeyli aşağı olmalıdır:

"Bir çox xarici universitetlərdə yeməklər və şirniyyatlar bazardakı satış qiymətindən 50 faiz daha ucuz təklif olunur. Hesab edirəm ki, Azərbaycanda da bu təcrübə tətbiq edilməlidir.

Bəzən universitetlərdə dərs qrafiki səbəbindən tələbələrin qidalanma saatları gecikir. Bu zaman tələbə məcburən təhsil aldığı müəssisənin bufetində qidalanmalı olur. Əgər bufetdəki yeməklərin qiyməti digər restoran və kafelərdən bahadırsa, tələbənin maddi imkanı həmin qidaları almağa kifayət etməyə bilər.

Azərbaycanda bir sıra universitetlərdə qidalanma ilə bağlı müəyyən tənzimləmələr həyata keçirilir. Bakı Ali Neft Məktəbində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində və Qarabağ Universitetində isə tələbələrin qidalanması və bufetlərin fəaliyyəti ilə bağlı vəziyyət qənaətbəxşdir. Lakin bəzi ali təhsil müəssisələrində bu istiqamətdə vəziyyət arzuolunan deyil.

Tələbələrin universitet bufetləri ilə bağlı narazılıqları başadüşüləndir. Tələbə təqaüdləri minimum əməkhaqqından aşağı olduğuna görə bufetlərdəki qiymətlər də onların maddi imkanlarına uyğun tənzimlənməlidir. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi, yaxud Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ciddi monitorinqlər aparılmalı, təqdim olunan yeməklərin müvafiq standartlara uyğunluğu yoxlanılmalıdır.

Təəssüf ki, bəzi universitetlərdə qidaların yüksək qiyməti ilə yanaşı, keyfiyyətinin aşağı olması da narazılıq doğurur. Bu məsələyə xüsusi nəzarət edilməlidir. Bufetlərdə satılan qidaların qiymətinə və keyfiyyətinə nəzarət universitet rəhbərliyinin diqqət mərkəzində olmalıdır. Əgər rəhbərlik qiymətlərin münasib olmasında maraqlı deyilsə, bu, bufetlərin fəaliyyətində müəyyən maddi maraqların olması ehtimalını yaradır. Əks halda, rəhbərlik qiymətlərin aşağı salınması və qidaların keyfiyyətinin yüksəldilməsi üçün müvafiq addımlar atmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 41   Tarix: 24 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

TikTok yeniyetmələrin təhlükəsizliyi və süni intellektdən məsuliyyətli istifadə üçün yeni alətlər təqdim edib

Qısa videoların yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan TikTok yeni təhlükəsizlik alətlərini təqdim edib. Əsas yeniliklər arasında "Ailə parametrləri" funksiyasının imkanlarının genişləndirilməsi, müəllimlər üçün xüsusi bələdçinin hazırlanması, eləcə də süni intellekt (AI) tərəfində

11:35 213
.

Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib

Bakıda "Sabah"la UEFA Çempionlar Liqasının oyununda üz-üzə gələcək İspaniyanın "Barselona" komandası Bakıya gəlib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, İspaniya təmsilçisi Bakıya səfəri çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Son ölkə çempionunu

23.11.2026 349
.

İlham Əliyev Maka Boçorişvilini qəbul etdi - Foto

Prezident İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlar

17:03 107
.

G20 sammitində Putinin iştirakı ilə bağlı AÇIQLAMA

Rusiyanın ABŞ-də keçiriləcək "Böyük iyirmilik" (G20) sammitində iştirak edəcəyini açıqlaması beynəlxalq siyasi müstəvidə diqqət çəkən məqamlardan biridir. Moskva nümayəndə heyətinin tərkibini və ona kimin rəhbərlik edəcəyini hələ müəyyənləşdirməsə də, sammitdə iştirak qərarının verilməsi müəyyə

15:35 264
.

Nazirlikdə Aparat rəhbəri oldu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Aparat rəhbəri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə müvafiq əmr imzalayıb. Əmrə əsasən Elmin İsa oğlu Fərəco

23.11.2026 331
.

"İnformasiya Təhlükəsizliyi" adlı elmi-metodiki tədris vəsaiti hazırlanıb

"İnformasiya Təhlükəsizliyi" adlı elmi-metodiki tədris vəsaiti hazırlanıb. İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, vəsaitin həmmüəlliflərindən biri olmaq onun elmi-pedaqoj

17:49 20
.

Rusiyalı hakerin ABŞ-dakı taleyi bəlli oldu

Rusiyalı haker Andrey Peredvigin iki il müddətinə azadlıqdan məhrum edildikdən sonra ABŞ-dan deportasiya olunacaq. xəbər verir ki, bu barədə "Shot" Telegram kanalı məlumat yayıb. Məlumata görə, Peredvigin 2026-cı ilin iyul ayında qorunan kompüter sistemindən qanunsuz məlumat əldə etməkdə, həmçini

11:08 227
.

Ah, atam, ah… Bir qalx da bax gör, məmləkətdə nələr baş verir!

Bir vaxtlar yazığın gələn, qayğısına qaldığın, əlindən tutub adam yerinə qoyduğun insanlar var ha… Bu gün pulu tapıblar, iki qəpiklik vəzifənin, üç qəpiklik sərvətin sahibi olublar, məmləkətdə özlərini adam hesab edib gəzirlər. Vaxtilə sənin kölgəndə sərinləyənlər bu gün elə bilirlər ki, günəş özlərində

17:53 0
.

Sabah Bakıya yağış yağacaq

Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərind

12:45 216
.