Həyət evi alarkən nəyə diqqət edilməlidir? - AÇIQLAMA
Güclü yağışlar zamanı bir çox həyət evlərinin keyfiyyətsiz tikildiyinin, su ilə dolduğunun şahidi olduq. Bəs həyət evləri alarkən nəyə diqqət etmək lazımdır?
Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli BiG.AZ-a bildirib ki, həyət evi alarkən əsas meyar yalnız evin görünüşü, sahəsi və yerləşdiyi ərazi olmamalıdır: "Bu proses hüquqi, texniki və maliyyə baxımından kompleks qiymətləndirmə tələb edir".
Ekspert həyət evi alarkən diqqət yetirilməli olan 10 əsas meyarı açıqlayıb: "İlk növbədə evin hüquqi sənədləşməsi yoxlanılmalıdır. Torpağın çıxarışı, təyinatı, evin çıxarışı və tikilinin sənədlərdə göstərilən vəziyyətə uyğunluğu mütləq araşdırılmalıdır. Eyni zamanda, torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi və istifadəsi üçün hüquqi statusuna diqqət yetirilməlidir".
F.Cəfərli bildirib ki, növbəti vacib məqam tikilinin keyfiyyətidir. Evin bünövrəsi, daşıyıcı konstruksiyaları, divarları, dam örtüyü və nəmişlik problemləri mütəxəssis tərəfindən yoxlanılmalıdır.
Ekspert kommunal təminatın da mühüm amil olduğunu vurğulayıb. Onun fikrincə, evdə qaz, su, elektrik, kanalizasiya və internetin mövcudluğu ilə yanaşı, bu xidmətlərin qanuni və dayanıqlı şəkildə təmin edilməsi də araşdırılmalıdır.
Bununla yanaşı, evin yerləşdiyi ərazinin infrastrukturu, məktəb, bağça, tibb müəssisələri, ictimai nəqliyyat və gündəlik tələbat obyektlərinə əlçatanlığı nəzərə alınmalıdır.
F.Cəfərli bildirib ki, alıcılar əraziyə yalnız adi hava şəraitində deyil, yağışlı günlərdə də baxmalı, yolların vəziyyətini, giriş-çıxış imkanlarını və nəqliyyat sıxlığını qiymətləndirməlidirlər: "Həyət evi alarkən torpağın relyefi və geoloji vəziyyəti də araşdırılmalıdır. Su basma riski, qrunt sularının səviyyəsi, torpağın çökmə ehtimalı və drenaj sisteminin vəziyyəti gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq baxımından xüsusi əhəmiyyət daşıyır".
Digər vacib məqamlar arasında evin daxili planlaşdırılması, otaqların yerləşməsi, həyətin ölçüsü, parkinq imkanları, günəş işığının düşməsi və gələcəkdə tikilinin genişləndirilməsi imkanları da var.
Mütəxəssis təhlükəsizlik və qonşuluq mühitinin, eləcə də ərazinin ekoloji vəziyyətinin araşdırılmasını tövsiyə edib. O, həmçinin evin qiymətinin həmin ərazidəki real satış qiymətləri, torpağın bazar dəyəri və gələcəkdə əmlakın satılma imkanları ilə müqayisə edilməsinin vacibliyini qeyd edib.
Ekspert bildirib ki, həyət evi alarkən ən böyük risk yalnız gözlə görünən qüsurlarla bağlı deyil. Bəzi hüquqi və texniki problemlər alışdan sonra üzə çıxa bilər. Xüsusilə evin çıxarışının olması tikilinin bütün hissələrinin avtomatik olaraq qanuni hesab edilməsi demək deyil.
O, alıcılara qərar verməzdən əvvəl hüquqi sənədləri daşınmaz əmlak üzrə hüquqşünasa, evin texniki vəziyyətini isə müstəqil mühəndisə yoxlatmağı tövsiyə edib.
Yaxşı həyət evi yalnız görünüşü ilə deyil, hüquqi baxımdan problemsiz, konstruktiv cəhətdən etibarlı, infrastruktura əlçatan və bazar dəyəri əsaslandırılmış olması ilə seçilməlidir. Bu şərtlər yoxlanılmadan ev almaq gələcəkdə ciddi problemlərə səbəb ola bilər.
Aynurə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 61 Tarix: 24 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYerin maqnit qütbləri rekord sürətlə yerini dəyişə bilər
Yer kürəsinin maqnit şimal və cənub qütbləri geoloji tarix ərzində dəfələrlə bir-biri ilə yerini dəyişib. Yeni araşdırma göstərir ki, bəzi dövrlərdə bu proses əvvəlki ehtimallardan daha sürətlə baş verib və qütblərin dəyişmə tezliyi təxminən hər 90 min ildə bir dəfəyə çatıb. Qaynarinfo xəbər verir ki
23.11.2026 278 Dünyanın ən uzun çimərliyi - Uzunluğu 254 kilometrdir
Dünyanın ən uzun çimərliyi hesab edilən Praia do Cassino Braziliyada yerləşir. Uzunluğu təxminən 254 kilometr olan bu çimərliyi piyada başdan-başa keçmək üçün 8-10 gün vaxt tələb olunur. xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın cənubunda yerləşən Praia do Cassino dünyanın ən uzun fasiləsi
23.11.2026 290 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib
Bakıda "Sabah"la UEFA Çempionlar Liqasının oyununda üz-üzə gələcək İspaniyanın "Barselona" komandası Bakıya gəlib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, İspaniya təmsilçisi Bakıya səfəri çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Son ölkə çempionunu
23.11.2026 311 Dövlət Agentliyi süni intellektin rəqabət üçün yaratdığı riskləri açıqlayıb
Nəzarətçi orqan kimi bizim vəzifəmiz süni intellektdən istifadə edən şirkətlərin bir-birinin və rəqiblərinin hüquqlarını pozmamasını təmin etməkdir. Buna görə də, süni intellektin sənayeyə zərər verə biləcəyi üç əsas istiqamət görürük. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasını
23.11.2026 261 Bakıda yeni işıqforlar bu qaydada işləyəcək - Fotolar
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb. Axşam.az xəbər verir ki, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarını
10:25 206 İnsanın zehni və emosional zəkasının zirvəsinə çatdığı dəqiq yaş - Alimlərin cavabı
İnsanların zehni və emosional imkanlarının ən yüksək səviyyəyə çatdığı dövrün 20-30 yaşlar olduğu barədə geniş yayılmış fikir elmi araşdırmada sual altına alınıb. Tədqiqatçılar müəyyən ediblər ki, insanın ümumi intellektual potensialı daha gec - 55-60 yaş aralığında zirvəyə çatır. Qaynarinfo xəbər veri
23.11.2026 300 Hamiləlik qadın beynini dəyişir - Alimlərdən yeni KƏŞF
Alimlər hamiləlik dövründə qadın beynində baş verən genişmiqyaslı dəyişiklikləri aşkar ediblər. Araşdırmalar göstərir ki, bu dəyişikliklərin bəziləri doğuşdan sonra uzun illər, hətta onilliklər ərzində davam edə bilər. Mütəxəssislər müəyyən dəyişikliklərin doğuşdan sonrakı depressiya əlamətləri ilə əlaqəl
23.11.2026 310 Ada ilə qəzada həlak olan şəxs iş adamının oğlu deyil - Video
Gecə saatlarında iki nəfərin ölümü ilə nəticələnən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, Alik Kərimovun oğlu, "Metak" şirkətinin icraçı direktoru Aydın Kərimov sosial şəbəkədə vide
23.11.2026 470 İlham Əliyev Trampa təşəkkür etdi
Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ lideri Donald Trampa təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Hörmətli Prezident Donald Tramp, Beynəlxal
23.11.2026 245