İnsanın zehni və emosional zəkasının zirvəsinə çatdığı dəqiq yaş - Alimlərin cavabı

İnsanın zehni və emosional zəkasının zirvəsinə çatdığı dəqiq yaş - Alimlərin cavabıİnsanların zehni və emosional imkanlarının ən yüksək səviyyəyə çatdığı dövrün 20-30 yaşlar olduğu barədə geniş yayılmış fikir elmi araşdırmada sual altına alınıb. Tədqiqatçılar müəyyən ediblər ki, insanın ümumi intellektual potensialı daha gec - 55-60 yaş aralığında zirvəyə çatır.

Qaynarinfo xəbər verir ki, Qərbi Avstraliya Universiteti və Varşava Universitetinin alimləri tərəfindən aparılan araşdırmanın nəticələri "Intelligence" elmi jurnalında dərc olunub.

Tədqiqat zamanı ayrı-ayrı zehni qabiliyyətlər deyil, insanın intellektual və psixoloji xüsusiyyətləri bütöv şəkildə qiymətləndirilib. Məlum olub ki, yaddaş və informasiyanın emal sürəti kimi bəzi bacarıqlar 25 yaşdan sonra zəifləməyə başlasa da, bu, ümumi intellektual imkanların da həmin vaxtdan geriləməsi demək deyil.

Alimlərin qənaətinə görə, insanın ümumi zehni fəaliyyəti 55-60 yaşlarında ən yüksək səviyyəyə çatır. Bu göstəricilərdə nəzərəçarpacaq azalma isə əsasən 65-70 yaşdan sonra müşahidə olunur.

Təcrübə və emosional sabitlik üstünlük qazandırır

Araşdırmada bildirilir ki, yaş artdıqca insanın bəzi qabiliyyətləri zəifləsə də, digər sahələrdə inkişaf davam edir. Xüsusilə toplanmış biliklər, söz ehtiyatı, maliyyə savadlılığı, düzgün qərarvermə və emosional intellekt daha yetkin yaşlarda yüksək səviyyəyə çatır.

Şəxsiyyətin sabitliyi, məsuliyyətlilik və emosional dayanıqlılıq da əsasən həyatın sonrakı mərhələlərində güclənir. Tədqiqatçılar bunu beynin müəyyən sahələrdəki itkiləri digər zehni imkanların inkişafı hesabına kompensasiya etməsi ilə əlaqələndirirlər.

Beləliklə, gənclik dövründə daha sürətli düşünmək mümkün olsa da, mürəkkəb məsələləri təhlil etmək, təcrübəyə əsaslanan qərarlar vermək və emosiyaları idarə etmək baxımından orta və yuxarı yaş dövrü üstünlük yarada bilər.

Yaşlı işçilərə münasibət yenidən nəzərdən keçirilməlidir

Araşdırmanın nəticələri əmək bazarında yaşla bağlı stereotipləri də gündəmə gətirir. ABŞ-da AARP təşkilatının keçirdiyi sorğuya əsasən, 50 yaşdan yuxarı insanların 74 faizi yaşlarının yeni iş tapmaqda maneə yaratdığını düşünür.

Böyük Britaniyada aparılan başqa bir sorğuda isə işəgötürənlərin 24 faizinin 50 yaşdan yuxarı şəxslərin işə götürülməsini məqsədəuyğun hesab etmədiyi müəyyənləşdirilib.

Halbuki alimlərin nəticələri göstərir ki, məhz 40-65 yaş aralığında olan insanlar təcrübə, bilik və emosional sabitlik baxımından mürəkkəb qərarların qəbulunda mühüm üstünlüklərə malik ola bilərlər.

Tədqiqatın əsas mesajı insanın intellektual imkanlarının yalnız gəncliklə məhdudlaşmadığını göstərməkdir. Bununla belə, nəticələr hər bir insanın eyni yaşda eyni səviyyəyə çatdığı anlamına gəlmir. Fərdi xüsusiyyətlər, sağlamlıq və həyat tərzi də zehni qabiliyyətlərə təsir göstərir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 60   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qarabağ Universitetinin tələbələri qız üstündə dalaşdı, oğlanı qovdular - TƏFƏRRÜAT

Qarabağ Universitetinin tələbələri qız üstündə dalaşıblar. xəbər verir ki, hadisə universitetinin Biznes və iqtisadiyyat fakültəsinin II kurs tələbələri arasında baş verib. Təbriz Muradov (ad və soyad şərtidir) universitetdə təhsil alan Sevda (ad şərtidir) adlı qızla dostluq münasibəti qurmaq istəyib

18:30 203
.

Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq

Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir: "Apte

17:49 166
.

Tacı əlindən alınan model gənc qızlara səsləndi

Futbolçu Salih Uçanın gözəllik kraliçası sevgilisi Alara Eriç "Miss Universe" müsabiqəsinə qatılmaq üçün yola düşməsinin ləğv edilməsi və tacının geri istənilməsi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, model yayımladığı videoda bu cür yarışmalara qatılmaq arzusunda olan gənc qızlar

20:15 138
.

Bəzi həkimlərə xüsusi rütbələr veriləcək

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda ola

16:54 186
.

Kəlbəcərdə ən müasir infrastruktur qurulur

25 noyabr - Kəlbəcər şəhər günüdür. Ölkəmizin ən böyük rayonu olan Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb

12:43 291
.

Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində aparıcı Ada Süleymanla birlikdə həlak olan sürücünün ailə üzvü olmadığı bilinib. -ın əldə etdiyi məlumata görə, sükan arxasında olan Anar Kərimov Ada Süleymanın yaxın dostu olub. Xəbərə görə, onlar restorandan birlikdə ayrılıblar. Xatırladaq ki, aparıc

12:13 506
.

Həmin "lyuk"un üstü bağlandı - Yenilənib+Video

Metronun "Gənclik"stansiyası yaxınlığında velosipedlə hərəkət edən vətəndaş yolda təhlükəli vəziyyətlə üzləşib. "Qafqazinfo" xəbər verir ki, o, böyük və üstü açıq "lyuk"a düşməkdən son anda xilas olduğunu bildirib. Həmin şəxs bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

21:50 0
.

Melaniya Trampdan sevgi ilə bağlı məsləhət

Melaniya Tramp öz adına çəkilən sənədli filmdə oğlu Barron Trampa sevgi və münasibətlərlə bağlı verdiyi məsləhəti açıqlayıb. 56 yaşlı Melaniya sənədli filmin ilk bölümündə 20 yaşlı oğlu Barron Trampa romantik münasibətlərlə bağlı verdiyi xəbərdarlıqdan danışıb. Bunu xarici mediaya istinadən bildirib

15:34 196
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməs

16:45 206
.