Prezident qəbul keçirdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqronun uzun illərdir dost və tərəfdaş olduğunu deyərək, ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin qurulduğunu qeyd edib.
Dövlət başçısı gələn il Monteneqro Prezidentinin ölkəmizə rəsmi səfər edəcəyini bildirib və vurğulayıb ki, bütün bunlar siyasi, iqtisadi, investisiya, həmçinin bir çox digər sahələrdə əlaqələrimizin inkişafında müsbət dinamikanın olduğunu və yaxşı nəticələrin əldə edildiyini göstərir.
Prezident İlham Əliyev Baş nazirin səfərinin uğurlu keçəcəyinə və ikitərəfli əməkdaşlığımızın gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Bakıda olmaqdan məmnunluğunu ifadə edən Baş nazir Miloyko Spayiç öz növbəsində iki ölkənin uzun müddətdir müxtəlif formatlarda dost və tərəfdaş olduğunu vurğulayıb. Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını deyən qonaq münasibətlərimizin yaxşı perspektivlərə malik olduğunu qeyd edib.
Miloyko Spayiç Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu deyib və vurğulayıb ki, ölkəmiz bölgədə davamlı sülhün, sabitliyin möhkəmləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcək.
Baş nazir Azərbaycanın Monteneqroya böyük sərmayələr yatırdığını deyərək, bunun ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirib.
Görüşdə Azərbaycanın Monteneqroda həyata keçirdiyi investisiya layihələrinin gələcəkdə genişləndirilməsi üçün imkanların olduğu da qeyd edilib.
Miloyko Spayiç qarşılıqlı turist axınına toxunaraq bildirib ki, çoxsaylı azərbaycanlı turistlər Monteneqroda, Monteneqro turistləri isə Azərbaycanda özlərini rahat hiss edirlər.
Qonaq bütün bunlara görə dövlət başçısına minnətdarlığını ifadə edib.
Söhbət zamanı infrastruktur layihələri, enerji təchizatı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.







BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 68 Tarix: 24 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏn yaşlı "qanuni oğru"lardan biri hava limanında saxlanıldı
Kriminal aləmdə "Valter" kimi tanınan 80 yaşlı Valiko Ceceya Rusiyada saxlanılıb. -ın xarici mediaya istinadən məlumatına görə, mənbələrdən biri bildirib ki, Valiko Cecey Rusiyada Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb"
23.11.2026 311 Payız depressiyasından xilas olmağın yolları - AÇIQLAMA
Payız və qış aylarında günlərin qısalması, günəş işığının azalması və havaların soyuması insanların psixoloji vəziyyətinə də təsir göstərir. Bir çox insanda bu dövrdə ruh düşkünlüyü, yorğunluq, həvəssizlik və daxili sıxıntı müşahidə olunur. Lakin bu əlamətlər uzun müddət davam etdikdə və gündəlik həyat
23.11.2026 315 Təbiətdən istifadəçilər üçün yeni tələb: Ətraf mühitin monitorinqini aparacaqlar
Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatları ictimaiyyətə açıqlanacaq. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barəd
23.11.2026 217 Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir: "Apte
23.11.2026 285 Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı - Açıqlama
Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qarabağ Universitetinin tələbələr
23.11.2026 372 TikTok yeniyetmələrin təhlükəsizliyi və süni intellektdən məsuliyyətli istifadə üçün yeni alətlər təqdim edib
Qısa videoların yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan TikTok yeni təhlükəsizlik alətlərini təqdim edib. Əsas yeniliklər arasında "Ailə parametrləri" funksiyasının imkanlarının genişləndirilməsi, müəllimlər üçün xüsusi bələdçinin hazırlanması, eləcə də süni intellekt (AI) tərəfində
11:35 111 Alim Qasımovun "GTA 6" uğurunun pərdəarxası - Meneceri danışdı
Xalq artisti, xanəndə Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın ifalarının dünyanın məşhur videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilməsi ilə bağlı bəzi detallar məlum olub. Xanəndələrin meneceri İlkin Robin Qaynarinfo-ya açıqlamasında bildirib ki, "GT
23.11.2026 308 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək
"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda ola
23.11.2026 247 "Arzulayırdın ki, səndən bütün saytlar yazsın"
Aktyor Azər Aydəmir ötən gün avtomobil qəzasında vəfat edən aparıcı Ada Süleymanlı ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, mərhum aparıcı ilə bağlı bunları yazıb:. "Hər zaman arzulayırdın ki, səndən bütün saytlar yazsın. Allah rəhmət eləsin. Çox işıqlı idin"
10:18 218