Yerin maqnit qütbləri rekord sürətlə yerini dəyişə bilər
Yer kürəsinin maqnit şimal və cənub qütbləri geoloji tarix ərzində dəfələrlə bir-biri ilə yerini dəyişib. Yeni araşdırma göstərir ki, bəzi dövrlərdə bu proses əvvəlki ehtimallardan daha sürətlə baş verib və qütblərin dəyişmə tezliyi təxminən hər 90 min ildə bir dəfəyə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review" nəşri məlumat yayıb.
Çin Elmlər Akademiyasının mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu planetin maqnit sahəsindəki dəyişiklikləri araşdırmaq üçün Çinin cənubunda, Lyuçjou şəhəri yaxınlığındakı əhəngdaşı süxurlarını tədqiq edib.
Araşdırma nəticəsində 3,75 milyon il ərzində maqnit qütblərinin istiqamətinin dəyişdiyi 29 dövr müəyyənləşdirilib.
Məlum olub ki, tədqiq edilən dövrün ilk 750 min ilində qütblərin yerdəyişməsi hər milyon ildə beş dəfədən az baş verib. Sonrakı mərhələdə isə bu göstərici kəskin artaraq milyon ildə təxminən 11 dəfəyə çatıb. Başqa sözlə, maqnit qütbləri orta hesabla hər 90 min ildən bir yerini dəyişib.
Alimlər maqnit sahəsindəki dəyişikliklərin sürətlənməsini qədim Pangeya superqitəsinin formalaşması ilə əlaqələndirirlər. Onların ehtimalına görə, okean qabığının soyuq hissələrinin Yer mantiyasının dərinliklərinə çökməsi planetin nüvəsindən istiliyin ötürülmə prosesinə təsir göstərib. Bu dəyişikliklər isə maqnit sahəsinin davranışını dəyişə bilərdi.
Bununla belə, tədqiqatçılar həmin fərziyyənin hələ tam təsdiqlənmədiyini vurğulayırlar.
Tədqiqat zamanı maqnit sahəsinin zəifləməsinin atmosferə mümkün təsirləri də nəzərdən keçirilib. Alimlər belə proseslərin ozon qatının zədələnməsinə və Yer səthinə çatan ultrabənövşəyi şüalanmanın artmasına şərait yarada biləcəyini istisna etmirlər.
Qeyd edək ki, maqnit qütblərinin dəyişməsi coğrafi qütblərin, yəni Yer oxunun yerləşdiyi şimal və cənub nöqtələrinin yerini dəyişməsi demək deyil. Bu, planetin maqnit sahəsinin istiqamətinin tərsinə çevrilməsidir. Hazırkı araşdırma isə belə dəyişikliklərin geoloji keçmişdə hansı sürətlə baş verə bildiyini üzə çıxarır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 81 Tarix: 23 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüclü külək əsəcək - Xəbərdarlıq
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızıda narıncı xəbərdarlığ
17:25 193 Səhər bu vaxt siqaret çəkmək xərçəng riskini artırır
Siqaret çəkməyin sağlamlıq üçün yaratdığı riskləri qiymətləndirərkən yalnız gün ərzində çəkilən siqaretlərin sayını və ümumi siqaret çəkmə müddətini nəzərə almaq kifayət deyil. Alimlər güclü nikotin asılılığından xəbər verə bilən daha bir səhər vərdişinə diqqət yetiriblər. Söhbət insanın oyandıqdan n
18:15 161 İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında strateji tərəfdaşlı
13:00 199 Alim Qasımovun "GTA 6" uğurunun pərdəarxası - Meneceri danışdı
Xalq artisti, xanəndə Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın ifalarının dünyanın məşhur videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilməsi ilə bağlı bəzi detallar məlum olub. Xanəndələrin meneceri İlkin Robin Qaynarinfo-ya açıqlamasında bildirib ki, "GT
17:36 203 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib
Bakıda "Sabah"la UEFA Çempionlar Liqasının oyununda üz-üzə gələcək İspaniyanın "Barselona" komandası Bakıya gəlib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, İspaniya təmsilçisi Bakıya səfəri çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Son ölkə çempionunu
21:38 0 Kəlbəcərdə ən müasir infrastruktur qurulur
25 noyabr - Kəlbəcər şəhər günüdür. Ölkəmizin ən böyük rayonu olan Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb
12:43 291 Ev sahibləri qadın kirayəçilər üçün qiyməti niyə artırır?
Yalnız qadınlara kirayə verilən mənzillərin qiymətinin süni şəkildə artırılması əsasən daşınmaz əmlak bazarında tələb-təklif münasibətləri, mülkiyyətçilərin risklərə yanaşması və sosial stereotiplərlə bağlıdır. Bəzi ev sahibləri qadın kirayəçilərin mənzil seçimində daha məhdud imkanlara malik olduğun
12:32 225 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməs
16:45 206 Qarabağ Universitetinin tələbələri qız üstündə dalaşdı, oğlanı qovdular - TƏFƏRRÜAT
Qarabağ Universitetinin tələbələri qız üstündə dalaşıblar. xəbər verir ki, hadisə universitetinin Biznes və iqtisadiyyat fakültəsinin II kurs tələbələri arasında baş verib. Təbriz Muradov (ad və soyad şərtidir) universitetdə təhsil alan Sevda (ad şərtidir) adlı qızla dostluq münasibəti qurmaq istəyib
18:30 203