Payız depressiyasından xilas olmağın yolları - AÇIQLAMA

Payız depressiyasından xilas olmağın yolları - AÇIQLAMAPayız və qış aylarında günlərin qısalması, günəş işığının azalması və havaların soyuması insanların psixoloji vəziyyətinə də təsir göstərir. Bir çox insanda bu dövrdə ruh düşkünlüyü, yorğunluq, həvəssizlik və daxili sıxıntı müşahidə olunur. Lakin bu əlamətlər uzun müddət davam etdikdə və gündəlik həyata təsir göstərdikdə mövsümi depressiyanın göstəricisi ola bilər.

Psixoloq Samirə Bağırova BiG.AZ-a mövsümi depressiyanın hansı hallarda ciddi qəbul edilməli olduğunu açıqlayıb.

Payız depressiyasından xilas olmağın yolları - AÇIQLAMAMütəxəssisin sözlərinə görə, səhərlər yataqdan qalxmaqda çətinlik çəkmək, heç nəyə maraq göstərməmək, davamlı kədər və boşluq hissi yaşamaq, insanlardan uzaqlaşmaq istəyi, yuxu və iştah dəyişiklikləri, özünü dəyərsiz və ümidsiz hiss etmək diqqət yetirilməli əsas əlamətlərdəndir.

İnsan bəzən səbəbini özü də anlamadan heç nə etmək istəmir, əvvəllər zövq aldığı fəaliyyətlərdən həzz almır, daha çox yatmağa, evdə qalmağa və insanlardan uzaqlaşmağa meyil edir.

Psixoloq qeyd edir ki, bu vəziyyətin yaranmasında psixoloji amillər də mühüm rol oynayır: "Yay fəsli bir çox insan üçün tətil, nostalji və iş fəaliyyətinin nisbətən azalması ilə əlaqələndirilir. Payız və qış aylarında isə istirahət və əyləncə azalır, iş və gündəlik məsuliyyətlər artır. Nəticədə tənhalıq və monotonluq hissi yarana bilər".

Mövsümi ruh düşkünlüyünün təsirlərini azaltmaq üçün gündəlik həyatda kiçik dəyişikliklər etmək tövsiyə olunur. Hava şəraitindən asılı olmayaraq hər gün 20-30 dəqiqə açıq havada gəzmək, gündüz saatlarında evin pərdələrini açıq saxlamaq və təbii işıqdan daha çox yararlanmaq faydalıdır.

Bununla yanaşı, toxuculuq, rəsm, yoqa, gimnastika və müxtəlif əl işləri kimi yeni hobbilərlə məşğul olmaq, qidalanmaya diqqət yetirmək və zülalla zəngin qidalar qəbul etmək də vacibdir. Sosial həyatdan uzaqlaşmaq əvəzinə, əhvala müsbət təsir göstərən fəaliyyətləri artırmaq lazımdır.

Mövsümi depressiyadan uzun müddət əziyyət çəkən insanlar üçün xüsusi müalicə üsulları da mövcuddur. Bunlara işıq terapiyası, psixoloji dəstək və zərurət yarandıqda dərman müalicəsi daxildir.

İşıq terapiyası xüsusi müalicə üsulu olduğundan, xüsusilə göz xəstəlikləri və bipolyar pozuntu ehtimalı olan şəxslərə yalnız həkim məsləhəti ilə tətbiq edilməlidir.

Mütəxəssislər xəbərdarlıq edir ki, uzun müddət davam edən ruh düşkünlüyü, ümidsizlik və gündəlik fəaliyyətlərə marağın itməsi adi yorğunluq kimi qiymətləndirilməməlidir.
Aynurə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 119   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənubi Koreyanın təhsil naziri imtahanlarda süni intellektdən istifadəylə bağlı qalmaqallar fonunda istefa verib

Cənubi Koreya Prezidenti Li Ce Myon, ölkənin dövlət imtahan sisteminin süni intellektdən (Sİ) istifadə edərək saxtakarlığın qarşısını almaq üçün yetərli hazırlıq görməməsi ilə bağlı ictimai tənqidlər fonunda təhsil naziri Çxve Qyo Çjinin istefasını qəbul edib. "Report"un Cənubi Koreyanın "NewsTomato"

22.11.2026 306
.

Bir yaşlı uşaq 11-ci mərtəbədən yıxılıb öldü

Bakıda 1 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, hadisə Qaradağ rayonu S.Orucov küçəsində baş verib. 2025-ci il təvəllüdlü Alina Mərhəmət qızı Hüseynzadə yaşadığı 11-ci mərtəbədəki mənzilin eyvanından yıxılıb. O, hadisə yerində vəfat edib. Faktla bağlı Qarada

11:06 307
.

Trampdan "Nvidia" rəhbərliyinə çağırış: Huanqı geri qaytarın

ABŞ Prezidenti Donald Tramp "Nvidia" şirkətinin idarə heyətindən qalmaqallı hadisə səbəbindən istefa verən həmtəsisçi Censen Huanqın yenidən baş direktor vəzifəsinə qaytarılmasını istəyib. Bunu xarici mediaya istinadən xəbər verib. Donald Tramp "Nvidia" şirkətinin idarə heyətinə birbaş

15:19 133
.

Kimyəvi və bioloji silah iddiaları: Trampın İran planı nədir?

ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da "Fox News" telekanalına verdiyi müsahibədə İranın kimyəvi və bioloji silahlarla maraqlandığını iddia edib. O, Tehranın nüvə proqramından əlavə, xüsusilə kimyəvi qazlar və bioloji vasitələr üzərində də işləyə biləcəyini bildirib. ABŞ-İran münasibətlərind

12:12 179
.

Bəzi həkimlərə xüsusi rütbələr veriləcək

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda ola

16:54 63
.

Kəlbəcər azadlığının 6-cı ilində

25 noyabr Azərbaycanda Kəlbəcər Şəhər Günüdür. Bu gün işğalçı Ermənistanla müharibədə qazandığımız böyük Zəfərdən sonra tariximizə yazılmış şanlı günlərdən biridir. 2020-ci ilin noyabrın 10-da cəbhədə işğalçı ordusu darmadağın olmuş Ermənistan kapitulyasiya aktını imzalamağaməcbur oldu. Üçtərəfli bəyanat

12:33 235
.

Məktəblərdə payız tətili başa çatdı

Bu gündən - noyabrın 23-dən ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ili üzrə payız tətili başa çatıb. BİG.AZ xəbər verir ki, noyabrın 16-dan başlayan beşgünlük payız tətili 20 noyabr tarixinədək davam edib. Şənbə və bazar günləri də nəzərə alınmaqla beş günlük iş həftəsi ilə fəaliyyət göstərə

10:10 183
.

Melaniya Trampdan sevgi ilə bağlı məsləhət

Melaniya Tramp öz adına çəkilən sənədli filmdə oğlu Barron Trampa sevgi və münasibətlərlə bağlı verdiyi məsləhəti açıqlayıb. 56 yaşlı Melaniya sənədli filmin ilk bölümündə 20 yaşlı oğlu Barron Trampa romantik münasibətlərlə bağlı verdiyi xəbərdarlıqdan danışıb. Bunu xarici mediaya istinadən bildirib

15:34 133
.

Sabahın havası açıqlandı

Bakıda və Abşeron yarımadasında noyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq. Havanı

12:54 191
.