Günəş həsrəti ilə böyüyən Cəmilənin saç arzusu gerçəkləşdi - FOTO
Türkiyənin Qaziantep şəhərində xalq arasında "günəşə çıxa bilməmə xəstəliyi" kimi tanınan nadir "Xeroderma Pigmentosum" diaqnozu qoyulan 11 yaşlı Cəmilə Xanım Bozkurtun saçları müalicənin təsiri nəticəsində zamanla tökülüb.
"Manifest" qrupunun üzvlərindən Zoktayın saç modelini bəyənən Cəmilənin arzusu bərbər Mehmet Yıldırım tərəfindən gerçəkləşdirilib. O, qızın xəyal etdiyi pariki hazırlayaraq ona hədiyyə edib. Bunu BiG.AZ Türkiyə mediasına istinadən bildirib.
Cəmilə Bozkurt yaşadığı çətinliklərdən danışarkən deyib: "Günəşə çıxa bilmirəm, uşaqlığımı yaşaya bilmədim. Məsələn, uşaq vaxtı heç parka gedə bilməmişəm. Saç düzəldiləcəyini ilk dəfə eşidəndə çox sevindim".
Zəhra və Serdal Bozkurt cütlüyünün 6 övladından biri olan Cəmilənin üzündə 2 yaşından etibarən yaralar yaranmağa başlayıb. Ailəsi onu xəstəxanaya aparıb və həkimlər müxtəlif dəri kremləri təyin ediblər.
Lakin üzündəki yaralar artdıqca ailə bir çox dermatoloqa müraciət edib. Nəticədə qızlarına xalq arasında "günəşə çıxa bilməmə xəstəliyi" kimi tanınan, olduqca nadir rast gəlinən "Xeroderma Pigmentosum" diaqnozu qoyulduğunu öyrəniblər.
Artıq 9 ildir xərçənglə mübarizə apardığını bildirən Cəmilə günəşə çıxa bilmədiyi üçün uşaqlığını yaşaya bilmədiyini, parka gedə bilmədiyini və dostları ilə çöldə oynaya bilmədiyini söyləyib: "11 yaşım var və 9 ildir xərçəng xəstəsiyəm. 3 yaşımda xərçəng olduğumu öyrəndim. 2024-cü ildən sonra saçlarım seyrəlməyə və tökülməyə başladı. Bu proses məni çox kədərləndirdi. Mən saçlarımı çox sevirdim. İndiki vəziyyətimə də şükür edirəm. Məndən daha ağır vəziyyətdə olan insanlar da var.
Müalicə üçün daim Ankaradakı xəstəxanaya gedib-gəlirik. Bu, bizi xeyli yorur. Əvvəlcə Adanaya getdik və 8 yaşıma qədər 7 dəfə əməliyyat olundum. Daha sonra müalicəm Ankarada davam etdi. Mənim həyatım belədir.
Günəşə çıxa bilmirəm, uşaqlığımı yaşaya bilmədim. Məsələn, uşaq vaxtı heç parka gedə bilməmişəm. Dostlarımla çöldə oynaya bilməmişəm.
Saçlarımın düzəldiləcəyini ilk dəfə eşidəndə çox sevindim. Hər gün saçlarımla maraqlanacağımı, onlara müxtəlif sancaqlar taxacağımı düşündüm. Bu, məni çox xoşbəxt etdi.
Bu gün qalan saçlarım da kəsiləndə çox kədərləndim. Mənə taxılacaq saçları görəndə isə çox sevindim. İlk dəfə düşündüm ki, mənim də artıq uzun saçlarım olacaq".

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 92 Tarix: 23 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında strateji tərəfdaşlı
13:00 128 Lamin Yamal Bakıya gəlməyəcək
"Barselona"nın ulduzu Lamin Yamal Bakıya gəlməyəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, "Vilyareal" ilə matçda zədələnən 18 yaşlı oyunçu Çempionlar Liqasında "Sabah"la matç üçün Azərbaycana gəlməyəcək
14:44 74 Kəlbəcər azadlığının 6-cı ilində
25 noyabr Azərbaycanda Kəlbəcər Şəhər Günüdür. Bu gün işğalçı Ermənistanla müharibədə qazandığımız böyük Zəfərdən sonra tariximizə yazılmış şanlı günlərdən biridir. 2020-ci ilin noyabrın 10-da cəbhədə işğalçı ordusu darmadağın olmuş Ermənistan kapitulyasiya aktını imzalamağaməcbur oldu. Üçtərəfli bəyanat
12:33 174 Kimyəvi və bioloji silah iddiaları: Trampın İran planı nədir?
ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da "Fox News" telekanalına verdiyi müsahibədə İranın kimyəvi və bioloji silahlarla maraqlandığını iddia edib. O, Tehranın nüvə proqramından əlavə, xüsusilə kimyəvi qazlar və bioloji vasitələr üzərində də işləyə biləcəyini bildirib. ABŞ-İran münasibətlərind
12:12 158 Bir yaşlı uşaq 11-ci mərtəbədən yıxılıb öldü
Bakıda 1 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, hadisə Qaradağ rayonu S.Orucov küçəsində baş verib. 2025-ci il təvəllüdlü Alina Mərhəmət qızı Hüseynzadə yaşadığı 11-ci mərtəbədəki mənzilin eyvanından yıxılıb. O, hadisə yerində vəfat edib. Faktla bağlı Qarada
11:06 261 Kəlbəcərlilər səbirsizliklə doğma yurda qayıdışı gözləyirlər
Azərbaycanın qədim tarixə və gözəl təbiətə malik yaşayış məskənlərindən biri olan Kəlbəcər rayonu ərazisindədə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloj
14:27 75 Meksikada kartel rəhbərinin saxlanılması zamanı dörd hərbçi öldürüldü
Meksika ordusunun dörd hərbçisi Sinaloa ştatında "Beltran Leyva" cinayətkar qruplaşmasının rəhbəri, "Çapo İsidro" ləqəbli Fausto İsidronun saxlanılması əməliyyatı zamanı həlak olub. xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsində məluma
22.11.2026 311 Serbiyanın yeni parlamentində qadın deputatların sayı rekord həddə çatıb
Serbiya parlamentinin yeni tərkibində qadın deputatların payı rekord həddə çatıb. BİG.AZ "Telegraf" nəşrinə istinadən xəbər verir ki, bu göstərici ölkədə 1990-cı ildə çoxpartiyalı sistemin tətbiqindən bəri ən yüksək səviyyədir. Parlamentdəki 250 deputat mandatından 102-si qadınlara məxsusdur
22.11.2026 234 Tramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"
ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq istəyən 100 nəfərin olduğunu açıqlayıb. xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Dörd-beş nəfər namizəd barədə düşünürəm. Deyim ki, bu işi əldə etmək istəyən 100 nəfər var"
22.11.2026 279 xəbər verir ki, siyasətçi bu barədə X sosial şəbəkəsində paylaşım edib. "Ukraynada yalnız üç mümkü
10:54 166