Dövlət Agentliyi süni intellektin rəqabət üçün yaratdığı riskləri açıqlayıb
Nəzarətçi orqan kimi bizim vəzifəmiz süni intellektdən istifadə edən şirkətlərin bir-birinin və rəqiblərinin hüquqlarını pozmamasını təmin etməkdir. Buna görə də, süni intellektin sənayeyə zərər verə biləcəyi üç əsas istiqamət görürük.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev Azərbaycan-İtaliya Biznes Forumu çərçivəsində təşkil olunan panel sessiyalarında deyib.
Onun sözlərinə görə, birincisi, hesablama gücü və məlumatlarla bağlıdır: "Hamımıza məlumdur ki, bu, təkcə Azərbaycanda, yaxud İtaliyada deyil, qlobal miqyasda mövcud olan problemdir. Dünya məhdud sayda məlumat mərkəzlərinin üstünlük təşkil etdiyi bir istiqamətdə inkişaf edir və bu, nəzərə almalı olduğumuz ciddi məsələdir. Burada əsas sual hər kəsin həmin hesablama gücünə ədalətli çıxış imkanının necə təmin edilməsidir".
Cəfər Babayev vurğulayıb ki, ikinci məsələ alqoritmlərlə bağlıdır: "Şirkətlər istehlakçıların seçimlərinə təsir göstərmək üçün alqoritmlərdən istifadə edirlər. Biz əmin olmalıyıq ki, bu alqoritmlər konkret bir şirkətin deyil, bütövlükdə cəmiyyətin maraqlarına xidmət edir, istehlakçıları aldatmır və onları yanlış istiqamətləndirmir".
O qeyd edib ki, üçüncü məsələ isə bazarda təmərküzləşmədir: "Söhbət şirkətlər arasında, xüsusilə də məhdud resurslara çıxış imkanına malik olan şirkətlər arasında təmərküzləşmədən gedir. Eyni zamanda, onların müəyyən bir sahədə öz aralarında məhdudlaşdırıcı qərarlar qəbul etməyə meyilli olmaları da mümkündür. Mən demirəm ki, onlar bunu edirlər, sadəcə belə bir ehtimal mövcuddur".
"Bəs biz nə etməliyik? İndiyədək ənənəvi iqtisadiyyatda tətbiq olunan qaydaları yenidən işləyib hazırlamalıyıq. Burada rəqabət orqanlarının, dövlət qurumlarının və istənilən nəzarətçi və tənzimləyici orqanın qarşısında duran əsas vəzifə süni intellekti də öyrənməkdir. Bundan başqa, biz də özümüzü inkişaf etdirməliyik. Öyrənirik, əməkdaşlarımıza təlimlər keçiririk. Özəl sektor və biznes nümayəndələri ilə paralel şəkildə bu yeni iqtisadiyyatın necə işlədiyini anlamağa çalışırıq. İkinci məsələ bu qaydaları tətbiq etməkdir. Lakin tətbiq zamanı tənzimləmənin həddindən artıq tənzimləməyə çevrilməməsinə diqqət yetirməliyik. Bir tərəfdən texnoloji inkişafı və innovasiyanı dəstəkləməli, digər tərəfdən isə bazarın digər iştirakçılarına özlərini qorunan hiss etmək, başqa tərəflərin qanunsuz və ya düzgün olmayan davranışlarından müdafiə olunmaq imkanı yaratmalıyıq", - deyə Cəfər Babayev bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 99 Tarix: 23 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKəlbəcərdə ən müasir infrastruktur qurulur
25 noyabr - Kəlbəcər şəhər günüdür. Ölkəmizin ən böyük rayonu olan Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb
12:43 268 Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir: "Apte
17:49 35 Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
"Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanın icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb
12:04 194 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməs
16:45 142 Ev sahibləri qadın kirayəçilər üçün qiyməti niyə artırır?
Yalnız qadınlara kirayə verilən mənzillərin qiymətinin süni şəkildə artırılması əsasən daşınmaz əmlak bazarında tələb-təklif münasibətləri, mülkiyyətçilərin risklərə yanaşması və sosial stereotiplərlə bağlıdır. Bəzi ev sahibləri qadın kirayəçilərin mənzil seçimində daha məhdud imkanlara malik olduğun
12:32 208 Prezident Çexiya ilə sazişi təsdiqlədi
"Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, sənəd 2026-cı il sentyabrın 30-da Bakı şəhərində imzalanıb
14:53 159 Alim Qasımovun "GTA 6" uğurunun pərdəarxası - Meneceri danışdı
Xalq artisti, xanəndə Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın ifalarının dünyanın məşhur videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilməsi ilə bağlı bəzi detallar məlum olub. Xanəndələrin meneceri İlkin Robin Qaynarinfo-ya açıqlamasında bildirib ki, "GT
17:36 95 Qışda paltarları tez qurutmağın yapon üsulu: heç bir əlavə xərc tələb etmir
Qış aylarında yuyulan paltarların quruması bəzən bir neçə gün çəkir. Xüsusilə evdə paltarqurudan maşın olmadıqda bu problem daha çox hiss olunur. Lakin yaponların istifadə etdiyi sadə üsul sayəsində paltarları heç bir əlavə xərc çəkmədən daha tez qurutmaq mümkündür. xarici mediaya istinadən xəbər veri
19:00 1 Melaniya Tramp Aleşkindəki humanitar missiyadan danışdı
ABŞ-nin birinci xanımı Melaniya Tramp Xerson vilayətinin Aleşki şəhərində həyata keçirilən humanitar missiya nəticəsində 800 nəfərin xilas edildiyini bildirib. xəbər verir ki, onun sözlərini "Breitbart News" nəşri yayımlayıb. "Bu an mənim üçün çox təsirli idi. Çünki mübarizə və münaqiş
11:04 187