Melaniya Trampdan sevgi ilə bağlı məsləhət

Melaniya Trampdan sevgi ilə bağlı məsləhətMelaniya Tramp öz adına çəkilən sənədli filmdə oğlu Barron Trampa sevgi və münasibətlərlə bağlı verdiyi məsləhəti açıqlayıb.

56 yaşlı Melaniya sənədli filmin ilk bölümündə 20 yaşlı oğlu Barron Trampa romantik münasibətlərlə bağlı verdiyi xəbərdarlıqdan danışıb. Bunu BiG.AZ xarici mediaya istinadən bildirib.

"QIZLAR BARRONA AŞİQDİR"

Sənədli filmin rejissoru Brett Ratner birinci xanıma belə bir sual ünvanlayıb:

"Dostlarımın qızlarından eşitdiklərimə görə, onlar Barrona aşiqdirlər. Hətta yalnız Barrona yaxın olmaq üçün Nyu-York Universitetində təhsil almaq istədiklərini deyirlər. Bu məsələdə oğlunuza hansı məsləhəti verərdiniz?"

Melaniya Tramp isə belə cavab verib: "Nə vaxt mənim məsləhətimə və ya fikrimə ehtiyacı olsa, onun yanında olacağam".

Lakin romantik münasibətlər mövzusuna gəldikdə, oğluna "diqqətli olmağı" tövsiyə etdiyini bildirib.

"KÜÇƏDƏ TƏHLÜKƏLİ BİR DÜNYA VAR"

Birinci xanım sözlərinə belə davam edib: "Mən həmişə ona deyirəm: Küçədə təhlükəli bir dünya var, diqqətli ol".

O, həyatla bağlı məsələlərdə oğlu ilə açıq ünsiyyət qurduqlarını da vurğulayıb:

"Həyatla bağlı məsələlərdə aramızda çox açıq ünsiyyət var. Mən həmişə onun yanında olacağam. İndi də yanındayam və bundan sonra da belə olacaq.
O da bilir ki, mənim üçün hər zaman birinci yerdədir və bu, həmişə belə olacaq".

"SİYASƏTÇİ OLMAQ İSTƏYİR"

Sənədli filmdə Melaniya daha bir maraqlı məqama toxunub. O, Barronun atası Donald Trampın yolunu davam etdirərək siyasətə qoşulmaq istədiyini bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 48   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəlbəcərin doğma Vətənə qayıdışı

Azərbaycanın Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də erməni təcavüzkar qüvvələrinin işğalına məruz qalmışdır. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızda

12:43 156
.

Qəzada ölən Ada Süleyman tanınmış aparıcı olub

Bakının Lökbatan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub. Qaynarinfo xəbər verir ki, Ada Süleyman doğum gününü yaxınları ilə qeyd etdikdən sonra evə qayıdarkən qəzaya düşüb və hadisə nəticəsində dünyasını dəyişib. Fövqəladə Halla

10:06 330
.

Kəlbəcərlilər səbirsizliklə doğma yurda qayıdışı gözləyirlər

Azərbaycanın qədim tarixə və gözəl təbiətə malik yaşayış məskənlərindən biri olan Kəlbəcər rayonu ərazisindədə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloj

14:27 106
.

Çinli milyarder səkkiz ay ərzində sərvətini itirdi

Çinli iş adamı, 37 yaşlı Yan Juntsze təsis etdiyi süni intellekt şirkətinin səhmlərinin kəskin ucuzlaşması səbəbindən milyarder statusunu itirib. "Forbes"a istinadən xəbər verir ki, "MiniMax" şirkəti süni intellekt bazarı ilə bağlı investorların artan narahatlığından əziyyət çəkir

22.11.2026 355
.

Kəlbəcər haqqın, ədalətin bərpasının simvoludur

Azərbaycan tarixində dərin iz buraxan günlər arasında 25 noyabr xüsusi yer tutur. Həmin gün Kəlbəcər rayonunun işğaldan azad olunması və tarixi ədalətin bərpası günü kimi qeyd olunur. Azərbaycanın dövlətçilik salnaməsində mühüm hadisələrdən biri olan Kəlbəcərin azadlığı həm siyasi, həm də strateji baxımda

12:39 198
.

Məktəblərdə payız tətili başa çatdı

Bu gündən - noyabrın 23-dən ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ili üzrə payız tətili başa çatıb. BİG.AZ xəbər verir ki, noyabrın 16-dan başlayan beşgünlük payız tətili 20 noyabr tarixinədək davam edib. Şənbə və bazar günləri də nəzərə alınmaqla beş günlük iş həftəsi ilə fəaliyyət göstərə

10:10 176
.

Koşta: Aİ və Britaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcək

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya təhlükəsizlik, müdafiə və iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcək. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Aİ-Böyük Britaniya sammitinin yekunlarına dair mətbuat konfransında bildirib

22.11.2026 236
.

Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində aparıcı Ada Süleymanla birlikdə həlak olan sürücünün ailə üzvü olmadığı bilinib. -ın əldə etdiyi məlumata görə, sükan arxasında olan Anar Kərimov Ada Süleymanın yaxın dostu olub. Xəbərə görə, onlar restorandan birlikdə ayrılıblar. Xatırladaq ki, aparıc

12:13 331
.

Lamin Yamal Bakıya gəlməyəcək

"Barselona"nın ulduzu Lamin Yamal Bakıya gəlməyəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, "Vilyareal" ilə matçda zədələnən 18 yaşlı oyunçu Çempionlar Liqasında "Sabah"la matç üçün Azərbaycana gəlməyəcək

14:44 118
.