Kəlbəcərdə ən müasir infrastruktur qurulur

Kəlbəcərdə ən müasir infrastruktur qurulur25 noyabr - Kəlbəcər şəhər günüdür. Ölkəmizin ən böyük rayonu olan Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, Ermənistan onun icrasından yayındı, beynəlxalq təşkilatlar isə sənədin icrasını tələb etmədi. Hətta bütün beynəlxalq prinsiplərə zidd olaraq Ermənistan 1999-cu ildən Kəlbəcər rayonu ərazisində qanunsuz məskunlaşdırma apardı. 27 il işğal altında qalan Kəlbəcər 2020-ci il 44 günlük Vətən müharibəsində azad olundu.

Müharibənin ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdi. Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin azad olunması erməni silahlı qüvvələrinin hərəkətinin bu istiqamətdə böyük dərəcədə məhdudlaşdırılmasına imkan verdi, faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bununla da Ermənistan ordusu iflic vəziyyətə düşdü.

44 günlük savaş zamanı qazandığımız böyük Qələbə nəticəsində isə Ermənistan üzərinə öhdəlik götürərək, Laçın və Ağdam kimi Kəlbəcəri də Azərbaycana qaytarmağa məcbur oldu. Hətta Azərbaycan humanistlik nümayiş etdirərək Ermənistana əlavə 10 gün də vaxt verdi. Beləliklə, noyabrın 25-də Kəlbəcər boşaldıldı. Amma ermənilər bu müddətdə onlara məxsus olmayan evlərə, meşələrə od vuraraq vandal xislətlərini gizlədə bilmədilər. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu.

Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi.

Vətən müharibəsində Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2021-ci ilin avqustunda Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaltdı. Bütün azad olunmuş ərazilərimiz kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Öz doğma yurduna qayıdan soydaşlarımızın rifahı və təhlükəsiz yaşayışı üçün proqramlar icra olunmaqdadır. İsveçrə layihəsi əsasında bərpa olunan Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.
Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu vaxta qədər Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb. Birinci mərhələdə "Böyük Qayıdış" Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.

Cənab Prezidentin də söylədiyi kimi, Azərbaycan bayrağı Kəlbəcərdə əbədi dalğalanacaq.

Həcər Verdiyeva
Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 73   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəlbəcərin doğma Vətənə qayıdışı

Azərbaycanın Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də erməni təcavüzkar qüvvələrinin işğalına məruz qalmışdır. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızda

12:43 0
.

Melaniya Tramp Aleşkindəki humanitar missiyadan danışdı

ABŞ-nin birinci xanımı Melaniya Tramp Xerson vilayətinin Aleşki şəhərində həyata keçirilən humanitar missiya nəticəsində 800 nəfərin xilas edildiyini bildirib. xəbər verir ki, onun sözlərini "Breitbart News" nəşri yayımlayıb. "Bu an mənim üçün çox təsirli idi. Çünki mübarizə və münaqiş

11:04 133
.

Ev sahibləri qadın kirayəçilər üçün qiyməti niyə artırır?

Yalnız qadınlara kirayə verilən mənzillərin qiymətinin süni şəkildə artırılması əsasən daşınmaz əmlak bazarında tələb-təklif münasibətləri, mülkiyyətçilərin risklərə yanaşması və sosial stereotiplərlə bağlıdır. Bəzi ev sahibləri qadın kirayəçilərin mənzil seçimində daha məhdud imkanlara malik olduğun

12:32 1
.

Kəlbəcər haqqın, ədalətin bərpasının simvoludur

Azərbaycan tarixində dərin iz buraxan günlər arasında 25 noyabr xüsusi yer tutur. Həmin gün Kəlbəcər rayonunun işğaldan azad olunması və tarixi ədalətin bərpası günü kimi qeyd olunur. Azərbaycanın dövlətçilik salnaməsində mühüm hadisələrdən biri olan Kəlbəcərin azadlığı həm siyasi, həm də strateji baxımda

12:39 0
.

Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 596,9 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,9 % çoxdur. On ayda özəl sektorda ictimai iaş

22.11.2026 216
.

Aİ Şurası Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım ayırıb

Avropa İttifaqı (Aİ) Şurası Avropa Sülh Fondu (EPF) çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində yeni hərbi yardımın verilməsi barədə qərar qəbul edib. "Report" Aİ Şurasının bəyanatına istinadən xəbər verir ki, vəsaitlər Ukrayna Silahlı Qüvvələri üçün silahların birgə satınalınmasına yönəldiləcək

22.11.2026 241
.

Aİ və Böyük Britaniya universitetlərdə təhsil haqqı güzəştləri barədə razılığa gələ bilməyib

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Brüssel sammitində universitetlərdə güzəştli təhsil haqqının tətbiqi ilə bağlı razılığa gəlməyiblər - danışıqlar altı ay təxirə salınıb. "Report" xəbər verir ki, bu barədə "BBC" telekanalı məlumat yayıb. Aİ nümayəndələri bildiriblər ki, Britaniy

22.11.2026 263
.

Cənubi Koreyanın təhsil naziri imtahanlarda süni intellektdən istifadəylə bağlı qalmaqallar fonunda istefa verib

Cənubi Koreya Prezidenti Li Ce Myon, ölkənin dövlət imtahan sisteminin süni intellektdən (Sİ) istifadə edərək saxtakarlığın qarşısını almaq üçün yetərli hazırlıq görməməsi ilə bağlı ictimai tənqidlər fonunda təhsil naziri Çxve Qyo Çjinin istefasını qəbul edib. "Report"un Cənubi Koreyanın "NewsTomato"

22.11.2026 280
.

Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu

Ağcabədidə kişi arvadını döyüb. -a istinadən xəbər verir ki, 22 yaşlı Səxavət Bağırov (şərti adla) yaşadıqları evdə arvadı 37 yaşlı Nuranə Bağırovanı (şərti adla) üz və baş nahiyələrinə vuraraq döyüb. Zərərçəkənin şikayəti əsasında o saxlanılaraq, barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Bağırovu

22.11.2026 396
.