Kəlbəcərlilər səbirsizliklə doğma yurda qayıdışı gözləyirlər

Kəlbəcərlilər səbirsizliklə doğma yurda qayıdışı gözləyirlərAzərbaycanın qədim tarixə və gözəl təbiətə malik yaşayış məskənlərindən biri olan Kəlbəcər rayonu ərazisindədə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Eyni zamanda bu ərazilərdə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 5 min il yaşı olan qaya təsvirləri,çop şəkilli qədim turk əlifbası nümunələri aşkar edilib. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" deməkdir.
Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngin olan bu qəbristanlıqlar bir daha bu ərazilərdə qədim türk tayfalarınin yaşadığını sübut edir.
Azərbaycanımızın dilbər guşələrindən olan bu rayonumuz 1993-cü ildə 10 gündən çox gedən gərgin döyüşlərdə düşmən tərəfindən işğal edildi. əsgərlərimiz özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki verdi və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail oldular.
BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda 822 saylı Qətnamə qəbul etdi.Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin işğalçı Ermənstan dövləti digər Qətanmələr kimi bu qətnamənin də icrasını təmin etmədi.
27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun bir birinin ardınca işğal altında olan rayonlarimızı azad etməsi Ermənstanı cıxılmaz vəziyyətdə qoydu və 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən noyabrın 25-də Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldaraq rayonu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
Bu gün işğaldan azad olunmuş digər rayonlarımız kimi Kəlbəcərdə də abadlıq, quruculu işlərinə, böyük infrastruktur layihələrinə start verilib. İndi 30 ilə yaxın bir müddətdə köçkünlük həyatı yaşıyan 10 minlərlə Kəlbəcərli oz döğma ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Ölkə başçısının 2023-cü ildə imzaladığı sərəncama əsasən Kəlbəcərin azad edildiyi gün - noyabr ayının 25-i Kəlbəcər Şəhər Günü elan edilib, bu il artlq 4-cü dəfə bu gün təntənəli şəkildə qeyd ediləcəkdir.

İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 88   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında strateji tərəfdaşlı

13:00 128
.

Lamin Yamal Bakıya gəlməyəcək

"Barselona"nın ulduzu Lamin Yamal Bakıya gəlməyəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, "Vilyareal" ilə matçda zədələnən 18 yaşlı oyunçu Çempionlar Liqasında "Sabah"la matç üçün Azərbaycana gəlməyəcək

14:44 74
.

Kəlbəcər azadlığının 6-cı ilində

25 noyabr Azərbaycanda Kəlbəcər Şəhər Günüdür. Bu gün işğalçı Ermənistanla müharibədə qazandığımız böyük Zəfərdən sonra tariximizə yazılmış şanlı günlərdən biridir. 2020-ci ilin noyabrın 10-da cəbhədə işğalçı ordusu darmadağın olmuş Ermənistan kapitulyasiya aktını imzalamağaməcbur oldu. Üçtərəfli bəyanat

12:33 174
.

Kimyəvi və bioloji silah iddiaları: Trampın İran planı nədir?

ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da "Fox News" telekanalına verdiyi müsahibədə İranın kimyəvi və bioloji silahlarla maraqlandığını iddia edib. O, Tehranın nüvə proqramından əlavə, xüsusilə kimyəvi qazlar və bioloji vasitələr üzərində də işləyə biləcəyini bildirib. ABŞ-İran münasibətlərind

12:12 158
.

Bir yaşlı uşaq 11-ci mərtəbədən yıxılıb öldü

Bakıda 1 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, hadisə Qaradağ rayonu S.Orucov küçəsində baş verib. 2025-ci il təvəllüdlü Alina Mərhəmət qızı Hüseynzadə yaşadığı 11-ci mərtəbədəki mənzilin eyvanından yıxılıb. O, hadisə yerində vəfat edib. Faktla bağlı Qarada

11:06 261
.

Kəlbəcərlilər səbirsizliklə doğma yurda qayıdışı gözləyirlər

Azərbaycanın qədim tarixə və gözəl təbiətə malik yaşayış məskənlərindən biri olan Kəlbəcər rayonu ərazisindədə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloj

14:27 75
.

Meksikada kartel rəhbərinin saxlanılması zamanı dörd hərbçi öldürüldü

Meksika ordusunun dörd hərbçisi Sinaloa ştatında "Beltran Leyva" cinayətkar qruplaşmasının rəhbəri, "Çapo İsidro" ləqəbli Fausto İsidronun saxlanılması əməliyyatı zamanı həlak olub. xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsində məluma

22.11.2026 311
.

Serbiyanın yeni parlamentində qadın deputatların sayı rekord həddə çatıb

Serbiya parlamentinin yeni tərkibində qadın deputatların payı rekord həddə çatıb. BİG.AZ "Telegraf" nəşrinə istinadən xəbər verir ki, bu göstərici ölkədə 1990-cı ildə çoxpartiyalı sistemin tətbiqindən bəri ən yüksək səviyyədir. Parlamentdəki 250 deputat mandatından 102-si qadınlara məxsusdur

22.11.2026 234
.

Tramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"

ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq istəyən 100 nəfərin olduğunu açıqlayıb. xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Dörd-beş nəfər namizəd barədə düşünürəm. Deyim ki, bu işi əldə etmək istəyən 100 nəfər var"

22.11.2026 279
xəbər verir ki, siyasətçi bu barədə X sosial şəbəkəsində paylaşım edib. "Ukraynada yalnız üç mümkü

10:54 166
.