Kəlbəcər haqqın, ədalətin bərpasının simvoludur

Kəlbəcər haqqın, ədalətin bərpasının simvoludurAzərbaycan tarixində dərin iz buraxan günlər arasında 25 noyabr xüsusi yer tutur. Həmin gün Kəlbəcər rayonunun işğaldan azad olunması və tarixi ədalətin bərpası günü kimi qeyd olunur. Azərbaycanın dövlətçilik salnaməsində mühüm hadisələrdən biri olan Kəlbəcərin azadlığı həm siyasi, həm də strateji baxımdan ölkəmizin gücünü və qətiyyətini nümayiş etdirən dönüş nöqtəsi olmuşdur.

Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmaqla, tarixən mühüm mədəniyyət mərkəzlərindən biri kimi formalaşmışdır. Təbii sərvətlərlə zəngin olan bu bölgə əsasən dağlıq relyefi, mineral su ehtiyatları, yaylaqları, qədim abidələri və unikal təbiəti ilə seçilir. İstisu kimi məşhur kurort əraziləri, IX-XIII əsrlərə aid alban kilsələri, Qanlıqaya petroqlifləri və digər tarixi irs nümunələri uzun illər ərzində Azərbaycanın mədəni mənzərəsində xüsusi yer tutmuşdur.

Rayonun coğrafi mövqeyi də strateji əhəmiyyət daşıyırdı. Kəlbəcər həm Qarabağla, həm də Şərqi Zəngəzur bölgəsi ilə bağlı kommunikasiya əlaqələrinin mühüm həlqəsi olmuşdur. Bu əraziyə nəzarət regionun təhlükəsizliyinə və nəqliyyat-logistika imkanlarına birbaşa təsir göstərirdi.

1993-cü ildə Ermənistan tərəfindən işğal nəticəsində Kəlbəcər rayonunun bütün ərazisi viran edilmiş, yüzlərlə şəhər və kənd dağıdılmış, mədəni irs abidələri məhv edilmişdir. Minlərlə sakin öz ata-baba yurdlarından didərgin düşmüş, bölgənin bütün infrastruktur sistemi sıradan çıxarılmışdı. İşğal illəri Kəlbəcərin tarixində ən ağır dövrlərdən biri olmuşdur.
Bu dövrdə rayonun təbii sərvətləri talan edilmiş, unikal abidələrə ziyan vurulmuş, qışlaq-yaylaq sistemləri məhv edilmişdir. Ermənistan işğalı nəticəsində yalnız Kəlbəcərin deyil, bütövlükdə regionun sosial-iqtisadi inkişafı ciddi zərbə almışdı.

2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun parlaq Zəfəri nəticəsində Ermənistan kapitulyasiya etməyə məcbur olmuş, imzalanmış 10 noyabr Bəyanatına əsasən Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılmışdır. Bu hadisə təkcə hərbi-siyasi üstünlüklə deyil, həm də dövlətimizin qətiyyətinin təntənəsi kimi tarixə düşdü. Kəlbəcərə bir güllə atmadan qayıdılması həm Azərbaycan diplomatiyasının, həm də ordusunun qüdrətinin göstəricisi idi. 25 noyabr tarixinin "Kəlbəcər şəhər günü" kimi qeyd edilməsi isə bu mühüm hadisənin əbədiləşdirilməsi baxımından mühüm tarixi addımdır.

Kəlbəcərin azad olunmasından sonra bölgədə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin və kəndlərin bərpası üçün müasir planlaşdırma prinsiplərinə əsaslanan layihələr hazırlanmışdır. Yol infrastrukturunun yenilənməsi, tunel və körpülərin tikilməsi, enerji təminatının tam bərpası, "ağıllı kənd" və "yaşıl enerji" layihələrinin icrası Kəlbəcərin gələcəyini regionun prioritet inkişaf zonasına çevirir.

Kəlbəcərin təbii və turistik potensialı onun yaxın illərdə Azərbaycanın ən mühüm rekreasiya və iqtisadi mərkəzlərindən birinə çevriləcəyini göstərir. İstisu termal mərkəzinin yenidən qurulması, ekoturizmin inkişafı, kənd təsərrüfatı və heyvandarlığın modernləşdirilməsi rayonun iqtisadi dinamizmini təmin edəcək əsas istiqamətlərdir.

25 noyabr Kəlbəcər Şəhər Günü təkcə bir tarixi hadisənin qeyd olunması deyil, həm də milli qürur və dirçəlişin rəmzidir. Bu gün Kəlbəcər sakinlərinin uzun illər həsrətində olduqları yurdlarına qayıdışın, Azərbaycan dövlətinin gücünün və xalqımızın birliyinin təntənəsini ifadə edir. Kəlbəcərin yenidən qurulması və dirçəldilməsi isə çağdaş Azərbaycanın qarşısında duran ən şərəfli və strateji vəzifələrdən biri olaraq davam edir.

Ələddin Bəşirov
Tarixçi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 77   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəlbəcərin doğma Vətənə qayıdışı

Azərbaycanın Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də erməni təcavüzkar qüvvələrinin işğalına məruz qalmışdır. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızda

12:43 0
.

Melaniya Tramp Aleşkindəki humanitar missiyadan danışdı

ABŞ-nin birinci xanımı Melaniya Tramp Xerson vilayətinin Aleşki şəhərində həyata keçirilən humanitar missiya nəticəsində 800 nəfərin xilas edildiyini bildirib. xəbər verir ki, onun sözlərini "Breitbart News" nəşri yayımlayıb. "Bu an mənim üçün çox təsirli idi. Çünki mübarizə və münaqiş

11:04 133
.

Ev sahibləri qadın kirayəçilər üçün qiyməti niyə artırır?

Yalnız qadınlara kirayə verilən mənzillərin qiymətinin süni şəkildə artırılması əsasən daşınmaz əmlak bazarında tələb-təklif münasibətləri, mülkiyyətçilərin risklərə yanaşması və sosial stereotiplərlə bağlıdır. Bəzi ev sahibləri qadın kirayəçilərin mənzil seçimində daha məhdud imkanlara malik olduğun

12:32 1
.

Kəlbəcər haqqın, ədalətin bərpasının simvoludur

Azərbaycan tarixində dərin iz buraxan günlər arasında 25 noyabr xüsusi yer tutur. Həmin gün Kəlbəcər rayonunun işğaldan azad olunması və tarixi ədalətin bərpası günü kimi qeyd olunur. Azərbaycanın dövlətçilik salnaməsində mühüm hadisələrdən biri olan Kəlbəcərin azadlığı həm siyasi, həm də strateji baxımda

12:39 0
.

Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 596,9 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,9 % çoxdur. On ayda özəl sektorda ictimai iaş

22.11.2026 216
.

Aİ Şurası Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım ayırıb

Avropa İttifaqı (Aİ) Şurası Avropa Sülh Fondu (EPF) çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində yeni hərbi yardımın verilməsi barədə qərar qəbul edib. "Report" Aİ Şurasının bəyanatına istinadən xəbər verir ki, vəsaitlər Ukrayna Silahlı Qüvvələri üçün silahların birgə satınalınmasına yönəldiləcək

22.11.2026 241
.

Aİ və Böyük Britaniya universitetlərdə təhsil haqqı güzəştləri barədə razılığa gələ bilməyib

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Brüssel sammitində universitetlərdə güzəştli təhsil haqqının tətbiqi ilə bağlı razılığa gəlməyiblər - danışıqlar altı ay təxirə salınıb. "Report" xəbər verir ki, bu barədə "BBC" telekanalı məlumat yayıb. Aİ nümayəndələri bildiriblər ki, Britaniy

22.11.2026 263
.

Cənubi Koreyanın təhsil naziri imtahanlarda süni intellektdən istifadəylə bağlı qalmaqallar fonunda istefa verib

Cənubi Koreya Prezidenti Li Ce Myon, ölkənin dövlət imtahan sisteminin süni intellektdən (Sİ) istifadə edərək saxtakarlığın qarşısını almaq üçün yetərli hazırlıq görməməsi ilə bağlı ictimai tənqidlər fonunda təhsil naziri Çxve Qyo Çjinin istefasını qəbul edib. "Report"un Cənubi Koreyanın "NewsTomato"

22.11.2026 280
.

Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu

Ağcabədidə kişi arvadını döyüb. -a istinadən xəbər verir ki, 22 yaşlı Səxavət Bağırov (şərti adla) yaşadıqları evdə arvadı 37 yaşlı Nuranə Bağırovanı (şərti adla) üz və baş nahiyələrinə vuraraq döyüb. Zərərçəkənin şikayəti əsasında o saxlanılaraq, barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Bağırovu

22.11.2026 396
.