"Süni intellekti nəzarətsiz buraxmaq olmaz" - AÇIQLAMA

"Süni intellekti nəzarətsiz buraxmaq olmaz" - AÇIQLAMABill Geytsin süni intellektin mümkün təhlükələri ilə bağlı açıqlaması süni intellektin gələcəyi ilə bağlı mühüm sualı yenidən gündəmə gətirir: Görəsən, süni intellekt bəşəriyyət üçün real təhlükəyə çevrilə bilər?

O, 2026-cı ilin sentyabrında NBC telekanalının "Meet the Press" proqramına müsahibəsində bildirib ki, süni intellekt bəşəriyyət üçün milyardlarla insanın həyatına son qoya biləcək hadisələrə səbəb olacaq qədər güclü ola bilər. Geytsin sözlərinə görə, xüsusilə pis niyyətli insanların ən müasir süni intellekt vasitələrindən istifadə etməsi indiyədək görünməmiş təhlükələr yarada bilər. O, həmçinin bu texnologiyanın yalnız şirkətlərin öz nəzarətinə buraxılmasının kifayət etmədiyini, dövlətlərin də təhlükəsizlik və tənzimləmə prosesində iştirak etməli olduğunu vurğulayıb.

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov BiG.AZ-a bildirib ki, süni intellekt ciddi risklər yarada bilər: "Real təhlükə hazırda robotların insanlara qarşı çıxması deyil. Daha real risk odur ki, süni intellekt dələduzluqda, saxta video və səs hazırlamaqda, kiberhücumlarda, dezinformasiyada və insanları manipulyasiya etməkdə istifadə olunsun. Yəni texnologiyanın özü neytraldır, onu hansı məqsədlə istifadə etdiyimiz əsas məsələdir".
"Süni intellekti nəzarətsiz buraxmaq olmaz" - AÇIQLAMAElvin Həsənovun sözlərinə görə, süni intellekt həm də bir çox sahədə qərarverməyə təsir edir: "Tibb, maliyyə, təhlükəsizlik, dövlət idarəçiliyi kimi sahələrdə alqoritmə həddindən artıq güvənmək də risklidir. Çünki sistem səhv edə bilər, qərəzli məlumatla öyrədilə bilər və ya insanın tam anlamadığı qərarlar verə bilər. Belə sistemlər nə qədər güclü olursa, onların üzərində insan nəzarəti də bir o qədər vacib olur.

Ekspertin fikrincə, Bill Geyts kimi insanların əsas xəbərdarlığı da budur: "Yəni texnologiya inkişaf edir, amma qaydalar, təhlükəsizlik standartları və nəzarət mexanizmləri ondan geri qalmamalıdır. Əgər süni intellekt çox güclü imkanlara sahib olacaqsa, onun harada, necə və hansı məhdudiyyətlə istifadə olunacağı əvvəlcədən düşünülməlidir. Yəni mən bunu süni intellekt sabah dünyanı məhv edəcək kimi yox, "Bu texnologiyanı nəzarətsiz buraxmaq olmaz" mesajı kimi başa düşürəm".

Süni intellekt insanlıq üçün böyük imkan da yarada bilər, böyük risk də. Əsas məsələ düzgün idarə olunmasıdır.

Aynurə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 116   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.