Kimyəvi və bioloji silah iddiaları: Trampın İran planı nədir?
ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da "Fox News" telekanalına verdiyi müsahibədə İranın kimyəvi və bioloji silahlarla maraqlandığını iddia edib. O, Tehranın nüvə proqramından əlavə, xüsusilə kimyəvi qazlar və bioloji vasitələr üzərində də işləyə biləcəyini bildirib.
ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda bu iddiaların gündəmə gətirilməsi xüsusi diqqət çəkir. Ümumiyyətlə, kimyəvi və bioloji silahlarla bağlı bu cür iddiaların səsləndirilməsi bir sıra suallar doğurur: Vaşinqton İrana qarşı daha ciddi addımlar atmağa hazırlaşır, mümkün müdaxilə üçün siyasi zəmin formalaşdırır, yoxsa bu ritorika vasitəsilə Tehranı geri addım atmağa məcbur etməyə çalışır?
Düzdür, Tramp səsləndirdiyi iddiaları konkret sübutlarla müşayiət etməyib. Lakin bu yanaşma ABŞ-ın xarici siyasət tarixində artıq yaşanmış bir hadisəni xatırladır. Belə ki, 2003-cü ildə İraqa hərbi müdaxilə ərəfəsində Vaşinqtonun əsas arqumentlərindən biri Səddam Hüseyn rejiminin kütləvi qırğın silahlarına malik olması idi. ABŞ administrasiyası İraqın kimyəvi və bioloji silah arsenalının beynəlxalq təhlükə yaratdığını bildirir və bu arqumenti hərbi müdaxilənin əsaslandırılmasında ön plana çəkirdi.
Lakin sonradan İraq Araşdırma Qrupunun hesabatı ölkədə 2003-cü ilədək mövcud olduğu iddia edilən kütləvi qırğın silahları ehtiyatlarının aşkar edilmədiyini göstərdi. Başqa sözlə, müharibədən əvvəl beynəlxalq ictimaiyyətə təqdim olunan təhlükə mənzərəsi sonradan əldə edilən nəticələrlə təsdiqlənmədi. Buna baxmayaraq, İraqa hərbi müdaxilə həyata keçirildi və Səddam Hüseyn hakimiyyətdən devrildi.
Bu gün oxşar ritorikanın İranla bağlı yenidən gündəmə gətirilməsi diqqət çəkir. Məncə, bu, təsadüfi yanaşma deyil. Beləliklə, Tehranın nüvə imkanları ilə bağlı müzakirələrə yeni təhlükə elementi əlavə olunur. Bu isə İran ətrafında hərbi-siyasi təzyiqin artırılması üçün əlverişli informasiya mühiti yarada bilər.
Hesab edirəm ki, Tramp hazırkı mərhələdə ilk növbədə İranı geri addım atmağa məcbur etmək, Tehran üzərində siyasi və diplomatik təzyiqi gücləndirmək, eyni zamanda mümkün hərbi addımlar üçün siyasi zəmin formalaşdırmaq istəyir. Əgər bu strategiya gözlənilən nəticəni verməsə, İranın kimyəvi və bioloji silahlarla bağlı fəaliyyəti barədə iddiaların daha da qabardılması və hərbi müdaxilə arqumenti kimi istifadə olunması ehtimalı gündəmə gələ bilər.
Turan Rzayev-politoloq
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 46 Tarix: 23 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etdi - Fotolar
Prezident İlham Əliyev bu gün ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator kimi ölkəmizə səfərini v
22.11.2026 280 Meksikada kartel rəhbərinin saxlanılması zamanı dörd hərbçi öldürüldü
Meksika ordusunun dörd hərbçisi Sinaloa ştatında "Beltran Leyva" cinayətkar qruplaşmasının rəhbəri, "Çapo İsidro" ləqəbli Fausto İsidronun saxlanılması əməliyyatı zamanı həlak olub. xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsində məluma
22.11.2026 299 Ukrayna üzrə növbəti danışıqlar Əbu-Dabidə keçirilə bilər
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti danışıqlar raundunun Əbu-Dabidə keçirilməsini nəzərdə tutduğunu bildirib. xəbər verir ki, Kremlin sözçüsü bu barədə açıqlamasında deyib:. "Hazırda Əbu-Dabini nəzərdə tuturuq
11:34 74 Vaşkeleviçus: Bakının Avropa çempionatına ev sahibliyi edəcəyindən məmnunam
Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus Azərbaycanı oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcəyi münasibətilə təbrik edib. "Report" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Basketbolu
22.11.2026 274 Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. -ın məlumatına görə, polisin keçirdiyi tədbirlər nəticəsində 30 yaşlı N.Mustafayevə və 32 yaşlı C.Kazımova kəsici alətlə daxilə nüfuz etməyən xəsarətlər yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb. Qey
22.11.2026 300 Ada Süleymanın öldüyü qəza ilə bağlı cinayət işi açıldı
ARB TV-nin keçmiş aparıcısı Ada Süleymanovanın (Ada Süleyman) həyatını itirdiyi yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Qaynarinfo xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi açılıb. Həmin maddə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını
10:13 195 Çində elektromobillərin satışları rekord vurur
Çində noyabr ayında hər 10 avtomobil alıcısından 7-nin elektromobilə üstünlük verməsi proqnozlaşdırılır. Benzinlə işləyən avtomobillərin satışları isə azalmağa davam edir. xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb. Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) proqnozun
22.11.2026 254 Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 13 milyard 487,2 milyon manat olub. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8 % çoxdur. Bildirilib ki, hüquqi şəxslə
22.11.2026 219 WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
ABŞ Senatında Respublikaçılar Partiyasının nümayəndələri Prezident Donald Trampın Pentaqonda rəhbər vəzifələrə irəli sürdüyü ən azı iki namizədin təsdiqlənməsinə qarşı çıxmağa hazırdırlar. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) mənbələrə istinadən məlumat yayıb
22.11.2026 281