Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik

Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik"Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanın icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil olunmayacaq.

Qaydaya əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyənləşdirilmiş hərbi-həkim komissiyaları tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür.

Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin tibbi-sosial ekspert komissiyalarına (TSEK) göndərilir. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır.

İndiyə qədər qərar bu Qaydaya əlavədə müəyyənləşdirilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş altsistemə daxil olunur, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanırdı.

Dəyişikliyə görə, artıq şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstərişin sistemə daxil olunmasına dair tələbi ləğv edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 62   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hörmüz boğazında iki tanker partladı - İran ordusu açıqlama yaydı

Səhər saatlarında Hörmüz boğazının şərq hissəsində iki tanker partlayış nəticəsində dayanıb. xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri İranın dövlət televiziyası IRIB-in Telegram kanalında yayımlanan açıqlamada məlumat verib. "İİKK-nın Hərb

10:59 126
.

Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik

"Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanın icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb

12:04 0
.

Ukrayna üzrə növbəti danışıqlar Əbu-Dabidə keçirilə bilər

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti danışıqlar raundunun Əbu-Dabidə keçirilməsini nəzərdə tutduğunu bildirib. xəbər verir ki, Kremlin sözçüsü bu barədə açıqlamasında deyib:. "Hazırda Əbu-Dabini nəzərdə tuturuq

11:34 74
.

Cənubi Koreyanın təhsil naziri imtahanlarda süni intellektdən istifadəylə bağlı qalmaqallar fonunda istefa verib

Cənubi Koreya Prezidenti Li Ce Myon, ölkənin dövlət imtahan sisteminin süni intellektdən (Sİ) istifadə edərək saxtakarlığın qarşısını almaq üçün yetərli hazırlıq görməməsi ilə bağlı ictimai tənqidlər fonunda təhsil naziri Çxve Qyo Çjinin istefasını qəbul edib. "Report"un Cənubi Koreyanın "NewsTomato"

22.11.2026 277
.

Məktəblərdə payız tətili başa çatdı

Bu gündən - noyabrın 23-dən ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ili üzrə payız tətili başa çatıb. BİG.AZ xəbər verir ki, noyabrın 16-dan başlayan beşgünlük payız tətili 20 noyabr tarixinədək davam edib. Şənbə və bazar günləri də nəzərə alınmaqla beş günlük iş həftəsi ilə fəaliyyət göstərə

10:10 129
.

Tramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"

ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq istəyən 100 nəfərin olduğunu açıqlayıb. xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Dörd-beş nəfər namizəd barədə düşünürəm. Deyim ki, bu işi əldə etmək istəyən 100 nəfər var"

22.11.2026 268
.

Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BİG.AZ Yurd.Media-ya istinadən xəbər verir ki, Elvin Zeynalov hündürlükdən yıxılaraq həyatını itirib. Hadisənin tikinti işlərinin aparıldığı binada baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır

22.11.2026 405
.

Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif

Bir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər. Bəs kartdan-karta köçürmələrin bu qədər böyük həcmdə olması maliyyə sistemi üçün hansı riskləri yaradır?. mövzu ilə bağlı "Kaspi"

22.11.2026 256
.

COP31: İqlim danışıqlarında yekun razılaşma layihəsi təqdim olunub

Türkiyədə keçirilən BMT-nin iqlim danışıqları bazar günü yekun razılaşmaya yaxınlaşıb. COP31-in Türkiyə və Avstraliyadan olan həmsədrləri qlobal istiləşmə ilə mübarizədə növbəti addımlarla bağlı konsensus əldə olunacağına ümid edərək yeni təkliflər paketini təqdim ediblər. "Reuters" agentliyin

22.11.2026 227
.