Dünyanın ən dadlı pendiri hansı ölkədə hazırlanır?
Dünyanın müxtəlif ölkələrindən olan pendir istehsalçılarının qatıldığı nüfuzlu beynəlxalq müsabiqənin qalibi müəyyənləşib. Dünyanın ən nüfuzlu pendir müsabiqələrindən biri hesab olunan "World Cheese Awards 2026"nın nəticələri açıqlanıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu il müsabiqənin qalibi özünəməxsus qoz dadı ilə seçilən Fransa pendiri olub. Bu pendir öz kateqoriyasında ilk dəfə ən yüksək mükafata layiq görülüb. Pendir istehsalı sahəsində "Oskar" mükafatı ilə müqayisə edilən "World Cheese Awards" müsabiqəsinə bu il 45 ölkədən 5330 pendir nümunəsi təqdim olunub.
Məhsulları 270 mütəxəssisdən ibarət münsiflər heyəti qiymətləndirib. Onların arasında pendir satıcıları, satınalma mütəxəssisləri, jurnalistlər, istehsalçılar və pendirin yetişdirilməsi üzrə ixtisaslaşmış ekspertlər yer alıb. Hər bir pendir nümunəsi xarici görünüşünə, quruluşuna, qoxusuna və dadına görə qiymətləndirilib. Müsabiqənin ilk pillələrində əsasən pendir istehsalında qədim ənənələrə malik İspaniya, İtaliya, İsveçrə və Fransa təmsilçiləri üstünlük təşkil ediblər. Bununla yanaşı, Türkiyə, Yaponiya, Braziliya, Hindistan və Meksikadan olan istehsalçılar da yarışmada iştirak ediblər.
Böyük Britaniya təmsilçiləri isə bu dəfə əlverişsiz vəziyyətlə üzləşiblər. İspaniyanın Kordova şəhərində keçirilən müsabiqəyə bu ölkədən qatılan iştirakçıların əksəriyyəti gecikdiyindən onların məhsulları qiymətləndirmədən kənarda qalıb.
Dünyanın ən dadlı pendiri hansıdır?
Gərgin rəqabətə baxmayaraq, əsas mükafatı Fransanın Yura bölgəsində istehsal olunan, dağ pendirləri qrupuna aid sərt "Komte" (Comté) pendiri qazanıb. Bu pendir İsveçrənin Alp dağlarında hazırlanan pendirləri və Fransanın qoyun südündən istehsal olunan pendir növlərini geridə qoyaraq birinci yerə yüksəlib. İspaniyalı pendir mütəxəssisi və münsiflər heyətinin üzvü Rafael Dominqes "The Telegraph" nəşrinə açıqlamasında qalib pendirin görünüşü, ətri və zəngin dadı ilə onu heyrətləndirdiyini bildirib.
"Pendirin xarici görünüşü çox cəlbedici idi. Ətri gözlənildiyi kimi zəngin, bulyonu xatırladan çalarlara malik idi. Lakin məni ən çox onun dadı valeh etdi. Burada çoxsaylı dad çalarları hiss olunurdu. Möhtəşəm qoz və ədviyyat notlarından sonra təxminən iki dəqiqə davam edən güclü umami dadı ortaya çıxırdı", - deyə ekspert bildirib. Dominqes müsabiqədə İspaniya pendirinin qalib gəlməsini arzuladığını da gizlətməyib. Bununla belə, o, nəticədən razı qaldığını vurğulayıb. "Bu, həqiqətən də möhtəşəm pendirdir", - deyə mütəxəssis əlavə edib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 133 Tarix: 22 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Evdə tək" filmi qayıdır
Aktyor Makoley Kalkin məşhur "Evdə tək" filminin yeni hissəsində çəkiləcək. Axşam.az xəbər verir ki, yeni ekran əsərində hadisələrin yetkin "Kevin MakKallister"in həyatından bəhs edəcəyi gözlənilir. Aktyorun daha əvvəl səsləndirdiyi ideyaya əsasən, Kevin bu dəfə ata obrazında tamaşaçıları
21.11.2026 225 Honkonqlu milyarderin varisi nəvəsi rusiyalı modellə evlənir
Honkonqun nüfuzlu biznes ailəsinin varisi, 43 yaşlı Erik Fokun 29 yaşlı rusiyalı model Narana Erdıneyeva ilə evlənəcəyi iddia olunur. Axşam.az xəbər verir ki, Çin mediasında cütlüyün qonaqlara göndərdiyi bildirilən toy dəvətnaməsinin fotosu yayılıb. Məlumata görə, toy dekabrın 12-də Honkonqdakı beşulduzl
16.11.2026 707 Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15.11.2026 584 100 yaşa çatanların qidalanma sirri
Çinli alimlərin apardığı araşdırma 100 yaşa qədər yaşamaq ehtimalı ilə qidalanma vərdişləri arasında maraqlı əlaqə olduğunu üzə çıxarıb. Məlum olub ki, ət yeyən yaşlı qadınların 100 yaşa çatma ehtimalı vegetarian qadınlarla müqayisədə daha yüksək ola bilər. Lakin burada mühüm bir məqam var. -ın xaric
15.11.2026 424 Van pişiklərinin gözləri niyə fərqli rənglərdə olur?
Türkiyənin dünyada tanınan təbii gözəlliklərindən biri olan Van pişikləri qar kimi ağ, ipək kimi yumşaq tükləri və fərqli rəngli gözləri ilə diqqət çəkir. Bu pişiklərin bir gözü mavi, digər gözü isə kəhrəba rəngində ola bilər. Onların qeyri-adi görünüşünün arxasında isə genetik xüsusiyyətlər dayanır
19.11.2026 362 Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15.11.2026 419 Romantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq
Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz
15.11.2026 424 Yorğunluq və baş ağrılarının əsl səbəbi...
Gün ərzində kifayət qədər su qəbul etmədikdə yaranan baş ağrıları, xroniki yorğunluq, diqqət dağınıqlığı və daimi halsızlıq orqanizmin "gizli susuzluq" siqnallarıdır. "Qafqazinfo"nun xəbərinə görə, tibb mütəxəssisləri bildirirlər ki, yalnız boğaz quruyanda su içməyi xatırlamaq hüceyrələri
19.11.2026 560 Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
15.11.2026 412