Ev heyvanları üçün ölümcül təhlükə yaradan otaq bitkiləri - Mütəxəssisdən xəbərdarlıq
"Aloe, fikus və hortenziya kimi geniş yayılmış otaq bitkiləri ev heyvanları üçün ölümcül dərəcədə təhlükəli ola bilər".
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı professor Damir Udavliyev RT-yə açıqlamasənda deyib.
O qeyd edib ki, bir çox bitkilərin tərkibində olan alkaloidlər, qlikozidlər, oksalatlar və saponinlər itlərin və pişiklərin dərisinə, tüklərinə və ya selikli qişalarına təmas etdikdə ciddi zəhərlənmələrə səbəb olur. Bunun səbəbi pişik və itlərdə toksinləri parçalayan və zərərsizləşdirən fermentlərin ümumiyyətlə olmaması və ya çox zəif fəaliyyət göstərməsidir.
"Məsələ yalnız bəzi fermentlərin çatışmazlığında deyil, həm də heyvanların maddələr mübadiləsinin insan metabolizmindən əsaslı şəkildə fərqlənməsindədir. Toksinlər orqanizmdən xaric olmur, əksinə, orada toplanır", - deyə D.Udavliyev bildirib.
Ekspertin sözlərinə görə, diffenbaxiya, monstera, spatifillum, zamiokulkas və filodendron kimi bitkilərin tərkibində kalsium oksalat kristalları mövcuddur. Selikli qişalarla təmas zamanı onlar qırtlağın şişməsinə, qıcıqlanmaya, bol tüpürcək ifrazına və nəfəsalmanın çətinləşməsinə səbəb olur, mədəyə düşdükdə isə qusma və böyrək zədələnməsi yarada bilər. Azaliya bitkisi koordinasiyanı pozan və böyük dozalarda tənəffüs iflicinə gətirib çıxaran qrayanotoksinlərə görə təhlükəlidir.
Saqo palması heyvanların qaraciyəri üçün zəhərli olan sikazin ehtiva edir, hətta kiçik miqdarı belə ölümcül olan oleandr isə aritmiya və kollapsa səbəb olan ürək qlikozidlərinə malikdir.
Potensial təhlükə daşıyan digər bitkilər arasında Udavliyev aloe, sarmaşıq, amarillis, hippeastrum, kliviya, siklamen, hortenziya, beqoniya, puansettiya, fikus, drasena, sanseviyerya, bruqmansiya və südləyənin adlarını çəkib. Onlar qusma, ishal, qıcolmalar, selikli qişaların zədələnməsi və ürək fəaliyyətinin pozulması ilə nəticələnə bilər.
Mütəxəssis, xüsusilə də toksinlərin ən yüksək konsentrasiyada olduğu amarillis soğanlarına və siklamen kök yumrularına qarşı son dərəcə diqqətli olmağı tövsiyə edib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 83 Tarix: 22 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15.11.2026 602 Ev heyvanları üçün ölümcül təhlükə yaradan otaq bitkiləri - Mütəxəssisdən xəbərdarlıq
"Aloe, fikus və hortenziya kimi geniş yayılmış otaq bitkiləri ev heyvanları üçün ölümcül dərəcədə təhlükəli ola bilər". xəbər verir ki, bu barədə rusiyalı professor Damir Udavliyev RT-yə açıqlamasənda deyib. O qeyd edib ki, bir çox bitkilərin tərkibində olan alkaloidlər, qlikozidlər, oksalatla
22:30 81 İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı
"Tesla" elektromobil satışlarına görə Çində ən çox avtomobil satan 10 brendin siyahısından kənarda qalıb. xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) oktyabr ayına dair statistikasında məlumat verilib. Bildirilib ki, şirkət oktyabrda Çin bazarında cəmi 8 81
15.11.2026 557 Həkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək
ABŞ-də tibbi səhlənkarlıqla bağlı məhkəmə prosesi milyonlarla dollarlıq təzminat qərarı ilə yekunlaşıb. xarici mətbuata istinadən xəbər verir ki, Oreqon ştatının Portlend şəhərində keçirilən məhkəmədə 51 yaşlı Vendi Luinin (Wendi Lui) ölümündə həkimin məsuliyyəti araşdırılıb. Ağciyər xərçəngindən dünyasın
11:15 195 Pişiklər sahiblərindən bu 3 səbəbə görə inciyə bilərlər
Pişiklərin davranışlarını anlamaq bəzən olduqca çətin olur. Onlar da insanlar kimi narahatlıq və narazılıq hiss edə bilirlər. Lakin bu duyğuları fərqli şəkildə büruzə verdiklərindən sahibləri çox vaxt öz hərəkətləri ilə ev heyvanlarını narahat etdiklərinin fərqinə varmırlar. Mütəxəssislər pişikləri
19:20 182 İnsanlar yaşlandıqca niyə daha çox üşüyür?
Yaş artdıqca insanların soyuğa qarşı həssaslığı güclənir. Xüsusilə yaşlı insanlar ətrafdakılar üçün normal hesab olunan temperaturda belə üşüyə bilirlər. Alimlər bunun səbəblərini araşdıraraq maraqlı nəticələr əldə ediblər. xarici mediaya istinadən xəbər verir ki, yeni araşdırma yaşlandıqca orqanizmi
18:20 196 250 milyon ildən sonra Yer fərqli görünəcək - Alimlər dörd ssenari irəli sürür
Təxminən 250 milyon il sonra Yer kürəsinin indiki xəritəsi tamamilə dəyişə bilər. Qitələrin hərəkəti nəticəsində Atlantik okeanı yox ola, bütün materiklər isə yenidən birləşərək nəhəng superqitə yarada bilər. BİG.AZ xəbər verir ki, bu barədə "Ilmessaggero" nəşri geoloqların araşdırmaların
18.11.2026 523 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır?
Avtomobil bazarında alıcıların seçimləri dəyişir. Çin markalarına maraq artır, yerli istehsal avtomobillərinin mövqeyi güclənir. İkinci əl bazarında isə mühərrik gücü əsasən 1.6 litr olan avtomobillərə tələb qalır. Avtomobil bazarında median qiymət artsa da, bu, real bahalaşmadan deyil, satışa çıxarıla
15:50 174 Mikrodalğalı soba xərçəng yaradır?
Mikrodalğalı sobada qızdırılan yemək zərərlidirmi? - Çoxlarının qorxduğu məsələ. Bir çox evdə və iş yerində yeməkləri qızdırmaq üçün mikrodalğalı sobadan istifadə olunur. Bu cihaz vaxta qənaət etsə də, onun sağlamlığa təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəziləri mikrodalğalı sobada qızdırıla
22:00 105