COP31: İqlim danışıqlarında yekun razılaşma layihəsi təqdim olunub
Türkiyədə keçirilən BMT-nin iqlim danışıqları bazar günü yekun razılaşmaya yaxınlaşıb. COP31-in Türkiyə və Avstraliyadan olan həmsədrləri qlobal istiləşmə ilə mübarizədə növbəti addımlarla bağlı konsensus əldə olunacağına ümid edərək yeni təkliflər paketini təqdim ediblər.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, yeni razılaşma layihəsi Antalyada keçirilən konfransın planlaşdırılan başaçatma tarixindən iki gün sonra dərc olunub.
Sənəd qəbul ediləcəyi təqdirdə, qlobal istiləşmənin 1,5 dərəcə Selsi həddini aşmağa doğru irəlilədiyi ilk dəfə rəsmi şəkildə etiraf olunacaq. Ölkələr daha əvvəl bu həddin aşılmasının qarşısını almağa çalışacaqlarına dair öhdəlik götürüblər.
Bununla yanaşı, layihədə atmosferdən karbon qazının çıxarılması texnologiyalarının inkişafının sürətləndirilməsinə çağırış yer alıb. Məqsəd gələcəkdə qlobal temperatur artımının qeyd olunan həddi aşmasının qarşısını almaqdır.
Alimlərin iqlim dəyişikliyinin əsas səbəbi hesab etdikləri qalıq yanacaqlar sənəddə birbaşa qeyd olunmayıb. Məhz bu məsələ gərgin danışıqlar zamanı əsas fikir ayrılıqlarından birinə çevrilib. Bunun əvəzinə sənəddə əvvəlki COP konfransında hökumətlərin neft, qaz və kömürdən mərhələli şəkildə uzaqlaşmaq barədə əldə etdikləri razılaşmaya istinad edilib.
COP31-in sədri Murat Kurum bazar günü səhər saatlarında keçirilən plenar iclasda bildirib:
"Biz bütün tərəflərin razılaşa biləcəyi bir mətn təqdim etdiyimizi düşünürük".
O, razılaşmanın təsdiqlənməsi məqsədilə konfransın səhər saatlarında işini bərpa edəcəyini açıqlayıb.
Yeni sənəd danışıqlara rəhbərlik edən Avstraliya və ev sahibi Türkiyə ilə yanaşı, dünyanın müxtəlif ölkələrini təmsil edən təxminən 200 nümayəndə heyəti arasında aparılan intensiv məsləhətləşmələrin nəticəsi olub. Danışıqlarda zəngin və yoxsul, böyük və kiçik dövlətlərin nümayəndələri iştirak ediblər.
Konfransın rəhbərliyi nümayəndə heyətlərinə razılaşma layihəsi ilə bağlı mümkün etirazlarını bildirmək üçün bir neçə saat vaxt verib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 76 Tarix: 22 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı
Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib. Bu məqsədlə bankların birindən 4 00 manat kredit götürərək yaşadığı evə gətirib
21.11.2026 263 Azərbaycanda terminallarla ÖDƏNİŞ QAYDASI DƏYİŞDİ
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
00:23 559 Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif
Bir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər. Bəs kartdan-karta köçürmələrin bu qədər böyük həcmdə olması maliyyə sistemi üçün hansı riskləri yaradır?. mövzu ilə bağlı "Kaspi"
14:50 136 Bu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ
Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"
00:09 395 Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…
Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy
00:15 397 Börnhem Britaniyanı Avropa İttifaqına qaytarmaq istəyir
Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) qatılmasının tərəfdarıdır və cəmiyyətin də bu fikri bölüşdüyünə inanır. bildirir ki, bu barədə "The Times" nəşri onun ətrafındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Qaynağın sözlərinə görə, bu
21.11.2026 280 Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
ABŞ Prezidenti Donald Tramp Amerikanın texnologiya şirkəti Nvidia-nı üzr istəməsindən sonra Censen Huanqı yenidən baş direktor vəzifəsinə qaytarmağa çağırıb. "Report" Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib. "Mə
10:45 185 Tanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib
"Bulgari" şirkətinin dünyanın aparıcı zərgərlik brendlərindən birinə çevrilməsində əsas rol oynamış italyan zərgər Paolo Bulqari 89 yaşında vəfat edib. "Report"un "La Repubblica" qəzetinə istinadən məlumatına görə, onun dəfn mərasimi noyabrın 23-də Romada keçiriləcək. Markanı
12:10 159 Zelenski: NATO-da olacayıq və yox demək hələ tezdir
Müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətinin onun NATO-ya üzvlüyü olduğunu başa düşür. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə onlayn söhbət zamanı bildirib. "Şübhəsiz, bu hər iki tərəfi - həm Ukraynanı, həm də NATO-n
21.11.2026 235