Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif

Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklifBir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər.

Bəs kartdan-karta köçürmələrin bu qədər böyük həcmdə olması maliyyə sistemi üçün hansı riskləri yaradır?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanda kartdan-karta köçürmələrin həcminin sürətlə artması Mərkəzi Bankın narahatlığına səbəb olub. Mərkəzi Bankın sədri Taleh Kazımov 2025-ci ildə bu əməliyyatların həcminin 66 milyard manata çatdığını, 2026-cı ilin avqust ayına qədər isə 48 milyard manat təşkil etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu qədər böyük dövriyyəni yalnız vətəndaşlar arasında şəxsi pul köçürmələri ilə izah etmək mümkün deyil. T.Kazımov bəzi əməliyyatların vergidən yayınma, qanunsuz mərc oyunlarının təşkili və digər qeyri-qanuni fəaliyyətlərlə əlaqəli olduğunu bildirib. Məhz bu riskləri nəzərə alaraq bank sektorunda kartlara gündəlik beş mədaxil əməliyyatı və aylıq 20 min manat limitinin tətbiqi dəstəklənib.

Vergidən yayınma riski artır

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, kartdan-karta köçürmələrin iqtisadi mahiyyət baxımından nağd pulun əlbəəl verilməsindən ciddi fərqi yoxdur. Onun sözlərinə görə, bir şəxs digərinə 100 manat nağd pul verdikdə bu əməliyyat necə rəsmiləşdirilmədən həyata keçirilə bilirsə, kartdan-karta köçürmə zamanı da eyni vəziyyət yarana bilər. Bu baxımdan, əsas məsələ pulun hansı formada ötürülməsi deyil, əməliyyatın iqtisadi mahiyyəti və vergitutma baxımından necə rəsmiləşdirilməsidir.

Ekspert bildirib ki, kartdan-karta köçürmələr banklar üçün də xüsusi gəlir mənbəyi hesab olunmur. Belə əməliyyatlarda bankların gəlirləri məhdud olur, müəyyən məbləğədək köçürmələr komissiyasız həyata keçirilir, limit aşıldıqda isə xidmət haqqı tətbiq edilir.

X.Kərimlinin fikrincə, hazırda tətbiq edilən məhdudiyyətlərin əsas səbəblərindən biri fiziki şəxslərin şəxsi bank kartlarından sahibkarlıq fəaliyyəti və vergidən yayınma məqsədilə istifadə edilməsinin qarşısını almaqdır. O qeyd edib ki, bank sektorunda tətbiq olunan qaydalara əsasən, adi debet və kredit kartlarına gündəlik beşdən artıq mədaxil əməliyyatı və ay ərzində 20 min manatdan çox vəsait daxil olması standartdan kənar hal kimi qiymətləndirilir. Lakin vətəndaş banka müraciət edərək əməliyyatlarının mahiyyətini əsaslandıra bilsə, bu məhdudiyyətlər aradan qaldırıla bilər. Söhbət VÖEN-ə bağlı biznes kartlarından deyil, fiziki şəxslərin fərdi kartlarından gedir.

Məhdudiyyətlər qeyri-rəsmi dövriyyəni azaldacaqmı?

Ekspert hesab edir ki, Mərkəzi Bank və bank sektoru vergidən yayınma hallarının geniş yayılması üçün əlverişli şəraitin qalmasında maraqlı deyil. Onun sözlərinə görə, ölkədə əhalinin orta gəlirləri və adambaşına düşən ümumi daxili məhsul göstəriciləri məlumdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi vətəndaşın hesabına hər ay 20 min manatdan artıq vəsait daxil olmasının iqtisadi əsaslandırılması suallar doğurur.

Ekspert digər risk kimi qanunsuz sahibkarlıq fəaliyyətini, qumar və mərc oyunlarını, eləcə də onlayn kazinolarla əlaqəli pul köçürmələrini göstərib. Onun fikrincə, tətbiq edilən məhdudiyyətlər bu cür qeyri-qanuni maliyyə əməliyyatlarının qarşısının alınmasına xidmət edir.

İqtisadçı hesab edir ki, yeni qaydalar kartdan-karta köçürmələrin ümumi dövriyyəsinin artımını məhdudlaşdıracaq. Bununla belə, vergidən yayınmaq istəyən şəxslərin müxtəlif banklardan və başqa insanların adlarına kartlar əldə etməklə mövcud məhdudiyyətləri aşmağa çalışdıqlarını da istisna etmir. Belə ki, hazırkı qaydalar hər bank üzrə kartlara tətbiq edildiyindən, bir şəxsin müxtəlif banklarda kart açdıraraq əməliyyatlarını bölüşdürməsi mümkündür.

Bununla belə, X. Kərimli bildirir ki, bu üsul da sonsuz imkan yaratmır və müəyyən mərhələdə öz məhdudiyyətinə çatacaq.

Kart sayına da məhdudiyyət qoyulmalıdır

Bank məsələləri üzrə ekspert Emin Kərimov da hesab edir ki, kartdan-karta köçürmələrin həcminin bu qədər artması arzuolunan hal deyil. Onun fikrincə, bu göstəricilər kart əməliyyatlarının yaratdığı rahatlıq və mövcud nəzarət mexanizmlərindəki boşluqlardan bəzi sahibkarlıq subyektlərinin, xüsusilə kiçik və orta biznes nümayəndələrinin vergidən yayınmaq məqsədilə istifadə etdiyini göstərir.

E.Kərimov deyib ki, kartdan-karta əməliyyatlara gündəlik say və aylıq məbləğ limiti tətbiq edilməsi ilə yanaşı, bir şəxsin adına açılan kartların sayına da məhdudiyyət qoyulmalıdır. Çünki mövcud qaydalar əməliyyatların alternativ yollarla davam etdirilməsinə imkan yaradır. Belə ki, şəxs öz adına müxtəlif banklardan, eləcə də yaxınlarının adına əlavə kartlar əldə etməklə müəyyən edilmiş limitləri faktiki olaraq aşa bilər.

Ekspertin sözlərinə görə, bəzi hallarda geniş filial şəbəkəsinə malik banklardan müxtəlif filiallar vasitəsilə çoxsaylı debet kartları sifariş etməklə də məhdudiyyətlərdən yayınmaq mümkündür. Bu baxımdan, yalnız əməliyyat sayına limit qoyulması gözlənilən nəticəni verməyə bilər.

E.Kərimovun qənaətincə, problemin həlli üçün bir şəxsin adına olan bütün kartlar üzrə əməliyyatlar vahid sistemdə birləşdirilməli, aylıq 20 min manatlıq limit fərdi qaydada hesablanmalıdır. Yəni vətəndaşın neçə bankda və neçə kartı olmasından asılı olmayaraq, ümumi dövriyyəsi nəzərə alınmalıdır. Limitin aşılması halında isə müvafiq nəzarət mexanizmləri işə düşməli, əməliyyatın xarakterindən asılı olaraq vergi orqanları tərəfindən araşdırma aparılmalıdır.

O əlavə edib ki, kartdan-karta köçürmələrdən istifadənin məhdudlaşdırılması ilə yanaşı, sahibkarların alternativ ödəniş vasitələrinə yönləndirilməsi də vacibdir. Bunun üçün POS-terminalların, mobil POS və QR ödənişlərinin təşviqi, banklar və elektron pul təşkilatları tərəfindən maarifləndirmə işinin gücləndirilməsi zəruridir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 147   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Abort zamanı vəfat edən Yeganə həkim səhlənkarlığının qurbanı olub? - Video

Şəmkirdə abort zamanı həyatını itirən qadının yaxınları danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, mərhumun yaxınları 35 yaşlı Yeganə Əhmədovaya tibbi yardımın vaxtında göstərilmədiyini iddia edirlər. Onların sözlərinə görə, Şəmkir şəhər sakini hamiləliyini sonlandırmaq məqsədil

21.11.2026 341
.

Bu şəxslərin həyat yoldaşlarına 400 manat veriləcək

Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. -un məlumatına görə, bunu jurnalistlərə açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Komitə sədri bildiri

00:19 404
.

Börnhem Britaniyanı Avropa İttifaqına qaytarmaq istəyir

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) qatılmasının tərəfdarıdır və cəmiyyətin də bu fikri bölüşdüyünə inanır. bildirir ki, bu barədə "The Times" nəşri onun ətrafındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Qaynağın sözlərinə görə, bu

21.11.2026 280
.

Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat

Qazaxda ehtiyatda olan zabit dəm qazından boğularaq ölüb. -ın məlumatına görə, əslən Qazax rayonundan olan, Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Vüqar Qulu oğlu Məmmədov bir neçə gün əvvəl iki avtomobilin toqquşması nəticəsində həyatını itirən Dərgahquliyevlər ailəsinin üzvlərinin yas mərasimind

11:23 223
.

Tramp onun nitqini kəsən jurnalistə arxa sıranı göstərdi - Video

ABŞ Prezidenti Donald Tramp NBC telekanalının onun çıxışına müdaxilə edən əməkdaşını kobud adlandıraraq, birinci sıradan ən arxaya keçməyi məsləhət görüb. xəbər verir ki, bu barədə TASS yazıb. Hadisə Ağ Evdə keçirilən mətbuat konfransında baş verib. "Siz olduqca kobud insansınız, mən sizinlə danışmıram

21.11.2026 235
.

Bakıda hava kəskin dəyişir: "Əsrin qışı" gəlir - 47 ildir beləsi görünməmişdi

Bakıda havanın temperaturu enib, külək güclənib, yağışlı hava şəraiti müşahidə olunur. Ölkənin bir sıra bölgələrində də yağıntılar davam edir. Bu dəyişikliklər 2026-2027-ci illərin qışına dair proqnozların yenidən gündəmə gəlməsi ilə eyni vaxta təsadüf edir. Şimal qütbü üzərindəki qütb burulğanında rekor

00:17 399
.

Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif

Bir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər. Bəs kartdan-karta köçürmələrin bu qədər böyük həcmdə olması maliyyə sistemi üçün hansı riskləri yaradır?. mövzu ilə bağlı "Kaspi"

14:50 136
.

Maşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı

Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib. Bu məqsədlə bankların birindən 4 00 manat kredit götürərək yaşadığı evə gətirib

21.11.2026 263
.

Bakıda bu ərazilərə giriş PULLU OLACAQ

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq və həmin ərazilərə avtomobillə daxil olan sürücülərdən haqq alınacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Avtomobil yolları haqqınd" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Yen

00:13 393
.