Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏBAlimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, temperaturun qavranılmasındakı fərqləri öyrənmək üçün alimlər 30 erkək və 27 dişi siçanla təcrübə aparıblar. Heyvanlara temperaturu fərqli olan iki səth arasında seçim etmək imkanı verilib.

Məlum olub ki, dişi siçanlar daha isti səthlərə üstünlük veriblər. Onların seçdiyi səthin orta temperaturu 36 dərəcə, erkək siçanların seçdiyi səthin temperaturu isə 32 dərəcə olub.

Hər iki qrupda bədən və dəri temperaturu, demək olar ki, eyni olub. Buna görə alimlər fərqin istiliyin tənzimlənməsindən çox, isti və soyuğu qəbul edən sinir sisteminin fəaliyyəti ilə bağlı ola biləcəyini ehtimal ediblər.

Tədqiqatçılar dərinin sinir uclarında yerləşən, temperatur dəyişikliklərinə reaksiya verərək məlumatı beyinə ötürən zülal reseptorlarının fəaliyyətini də öyrəniblər.

Erkək siçanlarda istiliyə həssas reseptorun fəaliyyəti zəiflədildikdə, onlar daha isti səthləri daha çox seçiblər. Dişi siçanlarda isə oxşar müdaxilə onların seçiminə, demək olar ki, təsir etməyib.

Əlavə təcrübələr testosteronun roluna işarə edib. Bu hormonun yaranması bloklandıqdan sonra erkək siçanlar daha isti səthlərə üstünlük verməyə başlayıblar. Dişi siçanlara testosteron verildikdə isə onların yüksək temperatura meyli azalıb.

Estrogen və progesteronla aparılan təcrübələrdə isə müqayisə edilə biləcək təsir aşkarlanmayıb. Tədqiqatçılar əldə olunan nəticələrə əsasən, testosteronun temperaturun qavranılmasındakı fərqlərin yaranmasında əsas rol oynaya biləcəyini düşünürlər.

Tədqiqatın insanlara aidiyyəti hələ araşdırılmalıdır

Araşdırmanın həmmüəllifi, London Kral Kollecindən Piter Maknəton hesab edir ki, testosteron müəyyən genlərin fəaliyyətini dəyişməklə temperatur reseptorlarına təsir göstərə bilər. Bununla belə, bu proseslərin dəqiq ardıcıllığı hələ məlum deyil.

Hormonal səviyyənin dəyişdirilməsi siçanların temperatur seçimindəki fərqləri tam aradan qaldırmayıb. Bu isə alimlərin hələ araşdırmalı olduğu başqa mexanizmlərin də mövcud ola biləcəyini göstərir.

İnsanlar üzərində təcrübə aparılmasa da, tədqiqatçılar oxşar hissiyyat zülallarının insan orqanizmində də fəaliyyət göstərdiyini ehtimal edirlər. Nəticələr temperaturun qavranılmasındakı fərqləri daha yaxşı anlamağa, yaşayış və iş yerlərinin layihələndirilməsini təkmilləşdirməyə, həmçinin isti və soyuğa həssaslıqla bağlı nevroloji pozuntuları araşdırmağa kömək edə bilər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 55   Tarix: 15 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12.11.2026 462
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. BİG.AZ fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14.11.2026 309
.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 431
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

14.11.2026 652
.

100 yaşa çatanların qidalanma sirri

Çinli alimlərin apardığı araşdırma 100 yaşa qədər yaşamaq ehtimalı ilə qidalanma vərdişləri arasında maraqlı əlaqə olduğunu üzə çıxarıb. Məlum olub ki, ət yeyən yaşlı qadınların 100 yaşa çatma ehtimalı vegetarian qadınlarla müqayisədə daha yüksək ola bilər. Lakin burada mühüm bir məqam var. -ın xaric

15:50 0
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 446
.

I Nikolayın qızının cehizi bu qiymətə satıldı

Rusiya imperatoru I Nikolayın qızı Olqa Nikolayevnaya məxsus çay-qəhvə dəsti Fransada keçirilən hərracda 321 min avrodan baha qiymətə satılıb. Axşam.az xəbər verir ki, bu barədə hərrac evi "Aguttes"in rəsmi saytında məlumat verilib. Hərracda səkkiz əşyadan ibarət dəstin 40-80 min avroya satılacağ

14.11.2026 220
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

10.11.2026 1170
.

Dünyanın ən qəribə qadağaları açıqlandı

Dünyanın müxtəlif ölkələrində tətbiq olunan bəzi qanunlar eşidənləri təəccübləndirir. Gündəlik həyatda tamamilə adi hesab edilən davranışlar bəzi ölkələrdə cəriməyə, hətta hüquqi məsuliyyətə səbəb ola bilər. Saqqız çeynəməkdən tutmuş göyərçin bəsləməyə, ev heyvanlarının tək saxlanılmasına qədər fərql

13.11.2026 351
.