Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?
Lent.az xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasının səbəbi yalnız xarici görünüşlə bağlı deyil. Bunun arxasında həm tarixi hadisələr, həm də istehsal texnologiyasındakı dəyişikliklər dayanır.
Əslində, təbii kauçukun rəngi qara deyil, ağımtıldır. Avtomobil sənayesinin ilk illərində istehsal olunan şinlər də məhz bu səbəbdən açıq rəngdə idi.
Həmin dövrdə istehsalçılar şinlərin möhkəmliyini artırmaq üçün sink oksidindən istifadə edirdilər. Bu maddə şinlərin ağ rəngdə görünməsinə səbəb olurdu.
Avtomobil şinlərinin qara rəngə keçməsində Birinci Dünya müharibəsinin də mühüm rolu olub. Müharibə dövründə hərbi sursat istehsalında istifadə edilən sink oksidinə tələbat kəskin artıb. Nəticədə bu maddənin tədarükündə çətinliklər yaranıb. Şin istehsalçıları isə kauçuku möhkəmləndirmək üçün alternativ material axtarmağa başlayıblar. Beləliklə, istehsalda texniki karbon adlı qara rəngli maddədən istifadə geniş yayılıb. Bu maddə şinlərin yalnız rəngini dəyişməyib, həm də onların möhkəmliyini, aşınmaya davamlılığını və istifadə müddətini artırıb. Maraqlıdır ki, texniki karbonun ilk təchizatçılarından biri bu gün rəngli karandaşları ilə tanınan "Crayola" brendinin istehsalçısı "Binney & Smith" şirkəti olub. Şirkət əvvəllər bu maddədən mürəkkəb istehsalında istifadə edirdi.
Bəs ağ kənarlı təkərlər necə yaranıb?
Bir müddət istehsalçılar xərcləri azaltmaq üçün texniki karbonu şinlərin yalnız yolla təmasda olan hissəsinə əlavə ediblər. Nəticədə təkərlərin yerə toxunan səthi qara, yan hissələri isə ağ rəngdə qalıb. Avtomobil tarixində klassik görünüşü ilə yadda qalan ağ yanlıqlı şinlər də məhz bu istehsal üsulu nəticəsində yaranıb. Sonrakı illərdə texniki karbonun şinlərin bütün hissələrində istifadəsi genişlənib və qara rəng avtomobil təkərlərinin standart görünüşünə çevrilib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 62 Tarix: 15 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549 Borşa da abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin
10.09.2021 1189 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Zooloqlar inəklərə görün nəyi öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas
15.09.2021 960 Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364 On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz
BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti
11.09.2021 2055