Çamadanlarını deyil, uşaqlarını unutdular
Braziliyada təyyarədən düşərək terminala doğru gedən ailə 7 yaşlı uşağını oturacaqda unudub. Bunu BiG.AZ xarici mediaya istinadən bildirib.
Uçuş başa çatdı, sərnişinlər təyyarəni tərk etdi və salon tamamilə boşaldı... Ən azı hər kəs belə düşünürdü. Braziliyada rutin yoxlama aparan heyətin oturacaqda təkbaşına əyləşən 7 yaşlı uşağı görməsi nadir rast gəlinən unutqanlıq hadisəsini üzə çıxarıb.
Təyyarə eniş etdi, bütün sərnişinlər terminala yönəldi
Braziliyanın San-Paulu şəhərindən havaya qalxan sərnişin təyyarəsi Porto-Aleqri hava limanına problemsiz eniş edib. Qapılar açıldıqdan sonra bütün sərnişinlər təyyarəni tərk edərək gəliş zalına yollanıblar.
Təyyarədəki hər kəsin düşdüyü düşünüldüyü vaxt, sərnişinlərin təxliyəsindən təxminən 20 dəqiqə sonra ağlasığmaz mənzərə ortaya çıxıb. 7 yaşlı oğlan tamamilə boşalmış təyyarənin oturacağında təkbaşına əyləşib.
Uşağın təhlükəsiz şəkildə ailəsinə çatdırılması üçün pilot dispetçerdən kömək istəyərək: "Zəhmət olmasa, aviaşirkətdən bir əməkdaşı təyyarəyə göndərə bilərsiniz?" - deyə müraciət edib.
Dispetçer isə ailənin artıq gəliş terminalına çatdığını təsdiqləyib.
Övladlarının yanlarında olmadığını anlayan və təşvişə düşən valideynlərin təyyarəyə geri qayıtmasına icazə verilməyib. Hava limanının ciddi təhlükəsizlik prosedurlarına əsasən, məhdud giriş-çıxış zonasını tərk edən sərnişinlərin həmin əraziyə yenidən daxil olması qadağandır. 7 yaşlı uşaq təxminən 15 dəqiqə sonra anasına təhvil verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 222 Tarix: 18 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAyaqqabıları paltaryuyan maşına atanların nəzərinə
İdman ayaqqabılarını paltaryuyan maşında yumaq həm praktik, həm də riskli üsul hesab olunur. Düzgün proqram və temperatur seçilmədikdə ayaqqabının altlığı açıla, forması isə tamamilə pozula bilər. Lakin mütəxəssislərin diqqət çəkdiyi bir amil sayəsində ayaqqabılarınızı ilk günkü kimi təmizləyə bilərsiniz
16:14 186 81 ilin ən məşhur uşaq adları
Türkiyədə yeni doğulan oğlan uşaqlarına verilən adlarla bağlı 81 vilayəti əhatə edən bölgü diqqətçəkən nəticələr ortaya qoyub. Bunu Türkiyə mediasına istinadən bildirib. Alparslan və Göktuğ adları ümumilikdə 59 vilayətdə ilk sırada qərarlaşıb. Bununla yanaşı, bölgələr üzrə fərqli ad seçimləri də diqqə
15:31 232 Smartfonu olmayanlar terminallarda necə ödəniş edəcəklər?
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. Qaydaya əsasən, 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsa
17.11.2026 449 Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması, işçilərin əməkhaqlarının vaxtınd
17.11.2026 518 500 manatdan çox terminal ödənişlərində şəxsiyyət vəsiqəsi niyə lazımdır? - Video
Ödəniş terminallarında 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri zamanı yeni tələb tətbiq olunur. Artıq bu məbləği aşan əməliyyatlar üçün istifadəçilər şəxsiyyətlərini "bir ID", "SİMA" və ya "myGov" platformaları vasitəsilə təsdiqləməlidirlər. Bəs yeni məhdudiyyəti
14:50 233 "Bu, olduqca axmaqlıqdır" - Pistoriusdan diqqətçəkən açıqlama
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələri tənqid etməyi "axmaqlıq" adlandırıb. xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi məlumat yayıb. Pistorius bildirib ki, Rusiyanın strateji hərbi hədəflərinə və hərbi məqsədlər üçü
11:26 241 Unudulan xatirələr, itən köklər: Ailə yaddaşını necə qoruyaq?
Bir ev düşünək. Divardan köhnə bir fotoşəkil asılıb. Şəkildə nənə, baba, bəlkə də çoxdan dünyasını dəyişmiş başqa bir ailə üzvü var. Uşaqlar hər gün bu fotoya baxırlar, lakin şəkildəki insanların kim olduğunu, harada yaşadıqlarını, hansı çətinliklərdən keçdiklərini bilmirlər. Bir gün foto divardan götürülür
15:24 201 Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar
11:50 237 Qiymətlər 8,4 faiz bahalaşıb - AÇIQLAMA
"Mənzil bazarında yaxın dövr üçün kəskin qiymət azalması gözlənilmir. Daha real senari qiymət artımının müəyyən qədər səngiməsi və bazarın tədricən sabitləşməsidir. Rəsmi statistik göstəricilər də bunu təsdiqləyir. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda mənzil qiymətləri ötən ilin müvafiq dövr
15:48 201