Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi

Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildiƏsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını da təmin edib. Belə ki, təqsirləndirilən şəxs qarşı tərəfə maddi ziyana görə 6 000 manat, mənəvi ziyana görə isə 3 000 manat ödəməlidir.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.

İttihama görə, əsgər Əli İbrahimli özünü narahat hiss etdiyindən hərbi hissənin tibb məntəqəsinə müraciət edib. Növbətçi həkim tərəfindən müayinə olunduqdan sonra onda taxikardiya olduğu müəyyən edilib və başqa hərbi hissəyə təxliyə olunub.

Əsgər həmin hərbi hissənin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-ya ürəyinin təxminən iki aydır ağrıdığını və tibb məntəqəsində müayinə zamanı onda taxikardiya aşkarlandığını bildirib.

Lakin təqsirləndirilən şəxs bu barədə aidiyyəti üzrə məlumat verməyib, klinik protokolun tələblərini pozub. Həmçinin zəruri müayinələr aparılmayıb. Həkim əsgərin yalnız təzyiqini ölçməklə kifayətlənib.

Təqsirləndirilən şəxs əsgərin təcili tibbi yardıma ehtiyacı olmasına baxmayaraq, onun xidmət etdiyi "N" saylı hərbi hissəyə qaytarılması barədə göstəriş verib. Hərbi hissəyə qayıtdıqdan qısa müddət sonra əsgərin səhhəti yenidən pisləşib. O, hospitala aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluq vəzifəsinə səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 231   Tarix: 18 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayaqqabıları paltaryuyan maşına atanların nəzərinə

İdman ayaqqabılarını paltaryuyan maşında yumaq həm praktik, həm də riskli üsul hesab olunur. Düzgün proqram və temperatur seçilmədikdə ayaqqabının altlığı açıla, forması isə tamamilə pozula bilər. Lakin mütəxəssislərin diqqət çəkdiyi bir amil sayəsində ayaqqabılarınızı ilk günkü kimi təmizləyə bilərsiniz

16:14 186
.

81 ilin ən məşhur uşaq adları

Türkiyədə yeni doğulan oğlan uşaqlarına verilən adlarla bağlı 81 vilayəti əhatə edən bölgü diqqətçəkən nəticələr ortaya qoyub. Bunu Türkiyə mediasına istinadən bildirib. Alparslan və Göktuğ adları ümumilikdə 59 vilayətdə ilk sırada qərarlaşıb. Bununla yanaşı, bölgələr üzrə fərqli ad seçimləri də diqqə

15:31 232
.

Smartfonu olmayanlar terminallarda necə ödəniş edəcəklər?

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. Qaydaya əsasən, 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsa

17.11.2026 449
.

Əmək haqqı ödənişləri elektronlaşdırılacaq

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması, işçilərin əməkhaqlarının vaxtınd

17.11.2026 518
.

500 manatdan çox terminal ödənişlərində şəxsiyyət vəsiqəsi niyə lazımdır? - Video

Ödəniş terminallarında 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri zamanı yeni tələb tətbiq olunur. Artıq bu məbləği aşan əməliyyatlar üçün istifadəçilər şəxsiyyətlərini "bir ID", "SİMA" və ya "myGov" platformaları vasitəsilə təsdiqləməlidirlər. Bəs yeni məhdudiyyəti

14:50 233
.

"Bu, olduqca axmaqlıqdır" - Pistoriusdan diqqətçəkən açıqlama

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələri tənqid etməyi "axmaqlıq" adlandırıb. xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi məlumat yayıb. Pistorius bildirib ki, Rusiyanın strateji hərbi hədəflərinə və hərbi məqsədlər üçü

11:26 241
.

Unudulan xatirələr, itən köklər: Ailə yaddaşını necə qoruyaq?

Bir ev düşünək. Divardan köhnə bir fotoşəkil asılıb. Şəkildə nənə, baba, bəlkə də çoxdan dünyasını dəyişmiş başqa bir ailə üzvü var. Uşaqlar hər gün bu fotoya baxırlar, lakin şəkildəki insanların kim olduğunu, harada yaşadıqlarını, hansı çətinliklərdən keçdiklərini bilmirlər. Bir gün foto divardan götürülür

15:24 201
.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar

11:50 237
.

Qiymətlər 8,4 faiz bahalaşıb - AÇIQLAMA

"Mənzil bazarında yaxın dövr üçün kəskin qiymət azalması gözlənilmir. Daha real senari qiymət artımının müəyyən qədər səngiməsi və bazarın tədricən sabitləşməsidir. Rəsmi statistik göstəricilər də bunu təsdiqləyir. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda mənzil qiymətləri ötən ilin müvafiq dövr

15:48 201
.