Qiymətlər 8,4 faiz bahalaşıb - AÇIQLAMA
"Mənzil bazarında yaxın dövr üçün kəskin qiymət azalması gözlənilmir. Daha real senari qiymət artımının müəyyən qədər səngiməsi və bazarın tədricən sabitləşməsidir. Rəsmi statistik göstəricilər də bunu təsdiqləyir. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda mənzil qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artıb. İlkin mənzil bazarında artım 11,9 faiz, təkrar bazarda isə 8,3 faiz təşkil edib. Üçüncü rübdə də qiymətlər əvvəlki rüblə müqayisədə 1,4 faiz yüksəlib". Bunu əmlak eksperti Fərid Cəfərli BiG.AZ-a bildirib.
Mənzil qiymətlərinə təsir edən əsas amillər tikinti xərcləri, torpaq sahələrinin dəyəri, təklif və tələbin nisbəti, ipoteka imkanları, əhalinin alıcılıq qabiliyyəti və inflyasiyadır. Xüsusilə Bakıda torpaq resurslarının məhdudluğu, tikinti üçün yararlı ərazilərin bahalaşması və keyfiyyətli mənzil təklifinin məhdud olması qiymətlərin aşağı düşməsini çətinləşdirən amillərdir.
Fərid Cəfərli bildirib ki, bütün mənzillərin qiymətində eyni dinamikanı gözləmək düzgün olmazdı: "Köhnə tikililərdə, sənədləşməsi problemli, yerləşməsi əlverişsiz və bazar dəyərindən yüksək qiymətə təklif olunan mənzillərdə qiymət endirimləri mümkündür. Müasir infrastruktura malik, keyfiyyətli və əlverişli yerləşmədə olan mənzillər isə dəyərini daha yaxşı qoruyacaq".
Ekspertin fikrincə, yaxın perspektivdə mənzil bazarında kütləvi ucuzlaşmadan daha çox, diferensial qiymət artımı və bazarın stabilləşməsi müşahidə olunacaq: "Yəni qiymətlər nominal ifadədə artmaqda davam edə bilər, lakin əvvəlki dövrlərlə müqayisədə artım tempi zəifləyə bilər.
Əsas məqam ondan ibarətdir ki, daşınmaz əmlak bazarında artıq hər mənzil avtomatik olaraq gəlirli investisiya hesab edilməməlidir. Bu mərhələdə düzgün lokasiya, real bazar qiyməti, tikilinin keyfiyyəti və hüquqi sənədləşmə daha böyük əhəmiyyət daşıyır".
A.Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 237 Tarix: 18 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAyaqqabıları paltaryuyan maşına atanların nəzərinə
İdman ayaqqabılarını paltaryuyan maşında yumaq həm praktik, həm də riskli üsul hesab olunur. Düzgün proqram və temperatur seçilmədikdə ayaqqabının altlığı açıla, forması isə tamamilə pozula bilər. Lakin mütəxəssislərin diqqət çəkdiyi bir amil sayəsində ayaqqabılarınızı ilk günkü kimi təmizləyə bilərsiniz
16:14 186 81 ilin ən məşhur uşaq adları
Türkiyədə yeni doğulan oğlan uşaqlarına verilən adlarla bağlı 81 vilayəti əhatə edən bölgü diqqətçəkən nəticələr ortaya qoyub. Bunu Türkiyə mediasına istinadən bildirib. Alparslan və Göktuğ adları ümumilikdə 59 vilayətdə ilk sırada qərarlaşıb. Bununla yanaşı, bölgələr üzrə fərqli ad seçimləri də diqqə
15:31 232 Smartfonu olmayanlar terminallarda necə ödəniş edəcəklər?
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. Qaydaya əsasən, 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsa
17.11.2026 449 Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması, işçilərin əməkhaqlarının vaxtınd
17.11.2026 518 500 manatdan çox terminal ödənişlərində şəxsiyyət vəsiqəsi niyə lazımdır? - Video
Ödəniş terminallarında 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri zamanı yeni tələb tətbiq olunur. Artıq bu məbləği aşan əməliyyatlar üçün istifadəçilər şəxsiyyətlərini "bir ID", "SİMA" və ya "myGov" platformaları vasitəsilə təsdiqləməlidirlər. Bəs yeni məhdudiyyəti
14:50 233 "Bu, olduqca axmaqlıqdır" - Pistoriusdan diqqətçəkən açıqlama
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələri tənqid etməyi "axmaqlıq" adlandırıb. xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi məlumat yayıb. Pistorius bildirib ki, Rusiyanın strateji hərbi hədəflərinə və hərbi məqsədlər üçü
11:26 241 Unudulan xatirələr, itən köklər: Ailə yaddaşını necə qoruyaq?
Bir ev düşünək. Divardan köhnə bir fotoşəkil asılıb. Şəkildə nənə, baba, bəlkə də çoxdan dünyasını dəyişmiş başqa bir ailə üzvü var. Uşaqlar hər gün bu fotoya baxırlar, lakin şəkildəki insanların kim olduğunu, harada yaşadıqlarını, hansı çətinliklərdən keçdiklərini bilmirlər. Bir gün foto divardan götürülür
15:24 201 Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar
11:50 237 Qiymətlər 8,4 faiz bahalaşıb - AÇIQLAMA
"Mənzil bazarında yaxın dövr üçün kəskin qiymət azalması gözlənilmir. Daha real senari qiymət artımının müəyyən qədər səngiməsi və bazarın tədricən sabitləşməsidir. Rəsmi statistik göstəricilər də bunu təsdiqləyir. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda mənzil qiymətləri ötən ilin müvafiq dövr
15:48 201