Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü - güclü dövlətçilik və milli birliyin siyasi təməli

Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü - güclü dövlətçilik və milli birliyin siyasi təməliAzərbaycanın müasir siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür. 1992-ci il noyabrın 21-də təsis edilən partiya ölkənin olduqca mürəkkəb siyasi, iqtisadi və ictimai böhranla üzləşdiyi bir dövrdə meydana çıxaraq Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və cəmiyyətin milli maraqlar ətrafında birləşdirilməsi kimi mühüm tarixi missiyanı üzərinə götürdü.

Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın taleyində həlledici qərarların verilməli olduğu bir dövrə təsadüf edirdi. Həmin vaxt ölkədə siyasi qeyri-sabitlik hökm sürür, hakimiyyət böhranı dərinləşir, iqtisadi çətinliklər və ictimai qarşıdurmalar müstəqilliyin gələcəyini ciddi təhlükə altına alırdı. Belə bir şəraitdə xalqın böyük əksəriyyəti ölkəni böhrandan çıxara biləcək güclü siyasi liderə və milli maraqları müdafiə edən təşkilata ehtiyac duyurdu.

Məhz bu zərurətdən irəli gələrək, 1992-ci il oktyabrın 16-da bir qrup ziyalı Ümummilli Lider Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasına rəhbərlik etməsini xahiş etdi. Heydər Əliyevin bu təşəbbüsü dəstəkləməsi Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsasını qoydu. Noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın sədri seçildi.

Bu hadisə yalnız yeni siyasi təşkilatın yaranması deyildi. Eyni zamanda, Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi, milli dövlətçilik ideyasının möhkəmləndirilməsi və xalqın siyasi iradəsinin təşkilatlanması baxımından tarixi əhəmiyyət daşıyırdı. Qısa müddətdə YAP cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirən, ölkənin siyasi həyatında mühüm mövqeyə sahib olan nüfuzlu siyasi qüvvəyə çevrildi.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində fundamental dəyişikliklər başlandı. Ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının gücləndirilməsi, iqtisadi islahatların həyata keçirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasını təşkil etdi. Bu dövrdə Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ölkənin gələcək inkişaf strategiyasına çevrildi.

Yeni Azərbaycan Partiyasının ideoloji əsasını təşkil edən azərbaycançılıq məfkurəsi, milli birlik, güclü dövlətçilik, müstəqilliyin qorunması və milli maraqların müdafiəsi prinsipləri bu gün də öz aktuallığını qoruyur. Heydər Əliyev siyasətinin əsas mahiyyəti Azərbaycanın müstəqil, güclü və beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilməsi idi. Sonrakı illərdə əldə olunan nailiyyətlər bu siyasi strategiyanın düzgünlüyünü təsdiqlədi.

2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yeni inkişaf mərhələsi başladı. Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirildi. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, infrastrukturun yenilənməsi, sosial layihələrin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi Azərbaycanın regional və qlobal mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.

Bu illərdə Azərbaycanın qazandığı ən böyük tarixi nailiyyət isə ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının onilliklər ərzində yaşadığı torpaq həsrətinə son qoydu. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suverenlik tam təmin edildi. Bu hadisələr Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsini nümayiş etdirdi.

Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın yeni inkişaf mərhələsinin əsas istiqamətlərindəndir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, müasir yaşayış məntəqələrinin salınması, yolların, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin inşası tarixi Zəfərin real nəticələrini nümayiş etdirir.

Yeni Azərbaycan Partiyası da bu proseslərdə dövlətçilik ideyalarının, milli həmrəyliyin və siyasi sabitliyin qorunmasını əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirir. Müasir dövrdə partiyanın qarşısında duran mühüm vəzifələrdən biri yeni nəsildə dövlətçilik düşüncəsinin, vətənpərvərlik ruhunun və milli məsuliyyət hissinin gücləndirilməsidir. Xüsusilə gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması və onların ölkənin gələcək inkişafında iştirakının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

2021-ci il martın 5-də keçirilən YAP-ın VII Qurultayı partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Qurultayda qəbul edilən qərarlar təşkilati yenilənməni, müasir siyasi çağırışlara uyğunlaşmanı və partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsini nəzərdə tuturdu. Bu yenilənmə YAP-ın müasir Azərbaycan cəmiyyətindəki rolunun daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Yeni Azərbaycan Partiyasının 34 illik tarixi Azərbaycanın müstəqillik və dövlətçilik salnaməsinin mühüm tərkib hissəsidir. Partiyanın yaranmasına səbəb olan tarixi zərurət, Heydər Əliyevin siyasi irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası müasir Azərbaycanın siyasi mənzərəsini formalaşdıran əsas amillərdəndir.

21 Noyabr yalnız partiyanın yaranma ildönümü deyil, həm də Azərbaycanın mürəkkəb tarixi sınaqlardan keçərək güclü dövlətə çevrilməsi yolunun xatırlanmasıdır. Bu tarix milli birliyin, siyasi məsuliyyətin və dövlətçilik ənənələrinin qorunmasının əhəmiyyətini bir daha ön plana çıxarır.

Azərbaycan bu gün qalib dövlət kimi yeni hədəflərə doğru inamla irəliləyir. Qarşıda dayanan əsas vəzifələr əldə olunmuş tarixi nailiyyətləri qorumaq, iqtisadi gücü artırmaq, sosial rifahı yüksəltmək və ölkənin beynəlxalq mövqelərini daha da möhkəmləndirməkdir. Yeni Azərbaycan Partiyasının qarşısında duran siyasi məsuliyyət də bu strateji məqsədlərin həyata keçirilməsinə töhfə verməkdən ibarətdir.

Yeni Azərbaycan Partiyasının 34 illik tarixi bir həqiqəti təsdiqləyir: güclü dövlətin əsasında milli birlik, sağlam siyasi iradə və dövlətçilik maraqlarına sədaqət dayanır. Azərbaycanın bugünkü uğurları və gələcəyə yönəlmiş inkişaf strategiyası isə bu prinsiplərin əhəmiyyətini bir daha nümayiş etdirir.

Jalə Əliyeva
Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 69   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.