Yeni Azərbaycan Partiyasının yaranması - Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsi

Yeni Azərbaycan Partiyasının yaranması - Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsiAzərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması dövlətçilik tariximizin mühüm hadisələrindən biri, ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əlamətdar siyasi mərhələ kimi xüsusi yer tutur. Bu hadisə yalnız yeni bir siyasi təşkilatın meydana çıxması deyil, həm də Azərbaycanın mürəkkəb tarixi şəraitdə milli maraqlar ətrafında birləşmək, dövlətçiliyi qorumaq və siyasi sabitliyə nail olmaq istəyinin ifadəsi idi.

1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalmışdı. Ölkədə hökm sürən hakimiyyət böhranı, siyasi qarşıdurmalar, Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı və ictimai-siyasi qeyri-sabitlik dövlət müstəqilliyinin gələcəyini ciddi təhlükə altına almışdı. Belə bir mürəkkəb şəraitdə xalq ölkəni böhrandan çıxara biləcək, milli maraqları müdafiə edəcək, güclü dövlətçilik ənənələrinə malik siyasi liderə ehtiyac duyurdu.

Məhz belə bir tarixi şəraitdə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya qısa müddətdə geniş xalq dəstəyi qazandı. Onun yaranması Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Partiyanın yaradılmasına mane olmaq cəhdlərinə baxmayaraq, Azərbaycanın müxtəlif bölgələrindən olan ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri və vətəndaşlar bu siyasi təşəbbüs ətrafında birləşdilər.

Yeni Azərbaycan Partiyasının yaradılması zərurəti, ilk növbədə, milli dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin edilməsi və ölkənin müstəqil inkişaf yolunun müəyyənləşdirilməsi ilə bağlı idi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və xalq arasında qazandığı böyük nüfuz partiyanın cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilməsində mühüm rol oynadı.

1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət idarəçiliyində sabitlik bərpa edildi, müstəqilliyin qorunması və möhkəmləndirilməsi istiqamətində fundamental addımlar atıldı. Sonrakı dövrdə həyata keçirilən siyasi və iqtisadi islahatlar Azərbaycanın inkişaf strategiyasının əsasını formalaşdırdı.

YAP-ın siyasi tarixində Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsi, azərbaycançılıq ideologiyası, milli birlik və həmrəylik prinsipləri xüsusi əhəmiyyət daşıyır. Bu ideoloji xətt Azərbaycan xalqının milli kimliyinin qorunmasına, dövlətçilik düşüncəsinin möhkəmlənməsinə və cəmiyyətin vahid məqsəd ətrafında birləşməsinə xidmət edir.

Bu gün Yeni Azərbaycan Partiyasının fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, iqtisadi potensialının artırılmasına, ordu quruculuğuna və milli maraqların qətiyyətlə müdafiəsinə nail olub. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət Azərbaycanın regionda və beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrindəndir. Bu qələbə güclü dövlətin, qüdrətli ordunun, milli birliyin və qətiyyətli siyasi iradənin nəticəsi kimi tarixə düşdü. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının uğurlu davamının bariz nümunəsidir.

YAP bu gün də Azərbaycanın siyasi sistemində aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərir. Partiyanın qarşısında duran əsas vəzifələrdən biri dövlət siyasətinin ictimai dəstəyinin gücləndirilməsi, gənc nəslin siyasi və vətəndaşlıq fəallığının artırılması, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətin inkişaf proseslərinə daha fəal cəlb edilməsidir. Xüsusilə gənclərin partiya fəaliyyətində iştirakı siyasi varisliyin və gələcək inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Müasir dövrdə siyasi partiyaların nüfuzu yalnız onların tarixi ilə deyil, həm də dəyişən dünyanın çağırışlarına nə dərəcədə cavab verməsi, cəmiyyətin gözləntilərini necə qarşılaması və ölkənin inkişafına verdiyi töhfələrlə ölçülür. Bu baxımdan YAP-ın qarşısında yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərmək, innovativ yanaşmaları təşviq etmək, ictimai dialoqu genişləndirmək və milli həmrəyliyi daha da möhkəmləndirmək kimi mühüm vəzifələr dayanır.

Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü təkcə bir siyasi təşkilatın tarixini xatırlamaq deyil. Bu tarix Azərbaycanın müstəqillik yolunun, dövlətçilik ənənələrinin qorunmasının, siyasi sabitliyə və milli birliyə aparan mübarizənin əlamətdar səhifəsidir. 1992-ci ildə yaranan siyasi hərəkatın əsas ideyası olan güclü Azərbaycan quruculuğu bu gün də ölkənin inkişaf strategiyasının başlıca istiqamətlərindən birini təşkil edir.

Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol Ulu Öndər Heydər Əliyevin siyasi irsinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin və xalq-iqtidar birliyinin mühüm siyasi təzahürlərindən biridir. Bu gün YAP-ın yaranma ildönümü Azərbaycanın dövlətçilik tarixində mühüm xidmətləri olan siyasi irsin, milli həmrəyliyin və güclü dövlət quruculuğu ideyasının təntənəsi kimi qeyd olunur.

Azər Badamov
Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 55   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.