Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdiÖdənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur.

Oxu.Az xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsal platformalar vasitəsilə təsdiqləməlidirlər.

"Milliön" terminallarında təsdiq prosesi Bir ID, SİMA və ya "MyGov" vasitəsilə həyata keçirilir. Bir ID ilə təsdiq prosesi "Birbank" tətbiqi üzərindən edilə bilər.

Təsdiq prosesi necə işləyir?

1.Terminalda istədiyiniz xidməti seçin və məbləği daxil edin.
2.Məbləğ 500 AZN-dən çox olduqda, terminalın ekranında Bir ID, SİMA və ya MyGov vasitəsilə təsdiq seçimləri göstəriləcək.
3.Seçiminizi etdikdən dərhal sonra terminalda QR-kod əks olunacaq.
4.Telefonunuzda müvafiq tətbiqi açın və QR-kodu skan edərək şəxsiyyətinizi təsdiqləyin.
5.Təsdiq uğurla tamamlandıqdan sonra ödənişinizi həyata keçirin.
Vacib qeyd: 500 AZN-dən yuxarı ödənişlərinizi rahat həyata keçirmək üçün müvafiq tətbiqlərdən ən azı birinin aktiv olduğundan əmin olun.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 60   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mənzillərin qiyməti ucuzlaşır

Çində daşınmaz əmlaka investisiyaların azalması fonunda mənzillərin qiyməti ucuzlaşıb. Bunu xarici mediaya istinadən bildirib. Çin Milli Statistika Bürosunun açıqladığı mənzil qiymətləri indeksinə əsasən, oktyabr ayında ölkənin iri və orta ölçülü 70 şəhərinin əksəriyyətində yeni və ikinci əl mənzilləri

12:37 265
.

Azərbaycanın güclənən beynəlxalq mövqeyi və yeni strateji tərəfdaşlıq

Avropanın siyasi mərkəzində keçirilən görüşlər Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu, strateji tərəfdaşlıq imkanlarını və sülh gündəliyini bir daha diqqət mərkəzinə gətirdi. 2026-cı il noyabrın 12-13-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Avropa Siyasi Birliyi Sammit

14:58 293
.

Ölkəmizin xarici siyasətinin növbəti diplomatik uğuru

Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində, nüfuzunun yüksəldilməsində və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır

15:00 292
.

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə

21:47 0
.

Qara dənizdə batan yük gəmisindən azərbaycanlılar xilas edildilər

Somali bayrağı altında üzən və Bolqarıstan sahillərində partlayış nəticəsində batan "BETUL 8" yük gəmisindən 12 nəfər xilas edilib. Bu barədə Türkiyənin NTV nəşrinə istinadən məlumat verir. Məlumata görə, Türkiyə və Bolqarıstan səlahiyyətlilərinin koordinasiyalı işləri nəticəsində gəmidə ola

20:30 129
.

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əlaqələrinin yeni məzmun qazanmasına zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikas

15:04 291
.

Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq

Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. -ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihəni

14:11 328
.

"Kurtlar Vadisi"nin Çakırı toyda kisənin ağzını açdı: gəlinə görün nə hədiyyə etdi

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca qatıldığı toy mərasimində bahalı hədiyyəsi ilə diqqət mərkəzinə düşüb. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Mersin şəhərində kirvəsi və yaxın ailə dostu Ali Topçunun oğlu Süleyman Topçunun toyunda iştirak edib. İstanbulda vəkil kimi fəaliyyət göstərə

18:45 222
.

İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı

Prezident İlham Əliyev 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçü

16:23 221
.