20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu.
Nəhayət, haqq-ədalət öz yerini tapdı. Müharibə qanunları və beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı Zəfər yürüşünə başlayan Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə ədalət məhkəməsini özüqurdu. 2020-ci il sentyabrın 27 Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin növbəti hücumuna məruz qalmışdır, 44 günlük müharibədə işğalçı Ermənistanın ordusu bütünlüklə məhv edildi, düşmən diz çökdü və 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda Şuşa şəhəri və Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları sənədə əsasən düşmən dövlət üzərinə bir sıra öhdəliklər götürdü və dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz respublikamıza təslim etdi.
Digər işğal altında olan ərazilərimiz kimi doğma Ağdam şəhəri 20 noyabr 2020-ci il tarixində düşmən taptağından azad edildi. Ağdamın 30 illik vətən, torpaq həsrətinə son qoyuldu.
Həmin gündən 3 gün sonra - noyabrın 23-də Ağdama gələn Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamın xarabalıqları, erməni vandallarının ağlasığmaz vəhşilikləri ilə tanış olduqdan sonra öz təkrarsız çıxışı ilə Ağdamda xalqımıza müraciət etmişdir: "Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kim də bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, bu böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik".
Ağdam bir zamanlar Qarabağın ən məşhur şəhəri, musiqiçiləri, xanəndələri, el sənətkarları, ağayana insanları, ticarət və iaşə obyektləri, bazarı, özünəməxsus adət və ənənələri olan bu məşhur şəhər düşmənlərimiz tərəfindən vəhşicəsinə dağıdılmışıdır vəerməni vandallarının törətdiyi vəhşiliklər adamı heyrətə gətirirdi.
Ağdam yenidən qurulur. Şəhər böyük bir tikinti meydanına çevrilib. Ağdam şəhərində artıq "Ağdam Cümə Məscidi", "Ağdam Sənaye Parkı", Konqres Mərkəzi, "Agdam Sity Hotel", "Pənahəli xanın sarayı və İmarət kompleksi" tikilərək istifadəyə verilib. "Zəfər Muzeyin"ində, "İmarət" stadionunda, Dəmir yol vağzalında və Avtovağzalda, "Park Forest Hotel Agdam" otelində, Ağdam şəhər Mərkəzi Parkında, Muğam Mərkəzində, Atçılıq Nəsilartırma Mərkəzində tikinti işləri surətlə davam etdirilir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev: "Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın."
Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir, azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atan dövlətimiz 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər görür.

Cavid Fərhadov - ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 66   Tarix: 14 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 0
.

Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs

Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq

13.11.2026 249
.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 271
.

"Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi

Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk

13.11.2026 368
.

"Müəllimlərin maaşı 2 min manat ola bilər"

Müəllimlərin əməkhaqqı məsələsi Azərbaycanda təhsil sahəsində ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Son illərdə bu sahədə maaşların artırıldığı bildirilib. "2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə

13.11.2026 402
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

13.11.2026 450
.

"Sadakat Albora" onunla sevgili imiş

"Uzak şehir" serialında rol alan aktyorlar arasında daha bir eşqin yarandığı iddia edilib. Axşam.az xəbər verir ki, "Sadakat Albora" obrazını canlandıran aktrisa Qonca Cilasun "Erol"u ifa edən həmkarı Barış Yalçınla sevgili olduğu bildirilib. Şayiələrə səbəb cütlüyün sosia

13.11.2026 467
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 437
.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 95
.