Azərbaycanlı reper qıza 5 il həbs istənildi
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələri olub.
İstanbul Respublika Baş Prokurorluğu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Mərkəzinə (CİMER) daxil olan şikayətlər əsasında araşdırmaya başlayıb. İstintaq zamanı mahnının sözlərinin zorakılığı təşviq etdiyi iddia olunub. Klipdə isə dörd nəfərin yerdə uzanan bir şəxsi döyməsini əks etdirən görüntülər diqqətə çatdırılıb.
Prokurorluq Lvbel C5 adı ilə tanınan Süleyman Burak Bodur, Alizade kimi məşhurlaşan Asya Alizade və bəstəkar Can Akdoğan haqqında "açıq şəkildə cinayət törətməyə təhrik etmə" ittihamı ilə 5 ilədək həbs cəzası tələb edib. Məhkəmə ittiham aktını qəbul edib.
İstintaq çərçivəsində ifadə verən Lvbel C5 ittihamları rədd edib. O, mahnının sözlərinin bədii təxəyyül məhsulu olduğunu və heç kimi cinayətə təhrik etmək niyyətinin olmadığını bildirib. Reper klipin xaricdə əcnəbi rejissor tərəfindən çəkildiyini və görüntülərə görə məsuliyyət daşımadığını iddia edib.
Bəstəkar Can Akdoğan isə mahnının sözlərinin mənasını bilmədiyini və klipdəki zorakılıq səhnələri ilə əlaqəsinin olmadığını söyləyib. Alizadenin isə xaricdə olması və Türkiyəyə girişinə 5 illik qadağa qoyulması səbəbindən ifadəsi alına bilməyib. Azərbaycanlı reper vəkili vasitəsilə yazılı müdafiəsini təqdim edib.
İstintaqın əvvəlki mərhələsində Lvbel C5-in həbs olunması tələb edilsə də, məhkəmə bu tələbi rədd edib. Onun barəsində ölkədən çıxış qadağası, polis bölməsində mütəmadi imza vermək kimi məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Hazırda iş üzrə məhkəmə prosesi gözlənilir. Təqsirləndirilən şəxslər barəsində yekun hökm çıxarılmayıb.
Qeyd edək ki, əsl adı Asya Alizade olan reper Azərbaycan əsillidir. O, 2000-ci ildə Azərbaycanda anadan olub. Türkiyədə musiqi karyerasını davam etdirən Alizade rep və hip-hop janrında ifaları ilə məşhurlaşıb. Xüsusilə sosial şəbəkələrdə yayılan mahnıları ilə geniş dinləyici auditoriyası qazanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 86 Tarix: 13 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi
Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk
12:04 227 Trampa Putin və Si Cinpinlə tarixi üçtərəfli görüş keçirmək təklif edildi
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında dialoqu normallaşdırmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə tarixdə ilk üçtərəfli görüş keçirməlidir. xəbər verir ki, bu fikri ABŞ-ın sabiq prezidenti Barak Obamanın keçmiş köməkçisi, beynəlxalq münasibətlə
10:55 209 Prezident İlham Əliyev Dublində Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrd
11:21 200 Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi
Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar
17:07 100 Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU
Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi
18:30 1 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirildi. Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanı
12.11.2026 310 Bu ərazilərdə pensiyalar ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. Bu barədə "Qafqazinfo"ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən d
12:23 208 "Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək
Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad
18:45 1 Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdı
Plastik butulkaların hazırlanmasında istifadə olunan materialdan laboratoriya şəraitində almaz əldə etmək mümkün olub. Almaniyalı fiziklər güclü lazer şüası vasitəsilə PET plyonkasını nanodiamantlara çevirməyə nail olublar. Qaynarinfo xəbər verir ki, Almaniyanın Drezden şəhərindəki Helmholts Mərkəzini
12.11.2026 356