Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?
Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdikləri məlum olub. Bəs qida zəhərlənmələrinin qarşısını almaq üçün hansı qaydalara əməl edilməlidir?
Qida eksperti Fərid Səfərov bununla bağlı BiG.AZ-a bildirib ki, konservləşdirilmiş pomidor və ev şəraitində hazırlanmış plovdan zəhərlənmələrin baş verməməsi üçün ilk növbədə məhsulların hazırlanması, saxlanması və istehlakı zamanı qida təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir. "Konservləşdirilmiş pomidorlara gəldikdə, ev şəraitində konserv hazırlayarkən məhsulların düzgün sterilizasiya edilməsi, turşuluq səviyyəsinin və istilik emalı rejiminin təmin olunması vacibdir. Çünki düzgün hazırlanıb sterilizasiya edilməyən, xüsusilə aşağı turşuluqlu konservlərdə botulizm törədicisinin inkişafı üçün şərait yarana bilər. Qapağı şişmiş, sızdıran, paslanmış, açıldıqda köpüklənmə və ya qeyri-adi qoxu müşahidə olunan konservlər qətiyyən istehlak edilməməlidir. Hətta normal görünən konserv də təhlükəli ola bilər".
Fərid Səfərovun sözlərinə görə, plov və digər düyü xörəklərində əsas risklərdən biri "Bacillus cereus" bakteriyasıdır: "Bu bakteriyanın sporları düyüdə ola bilər və bişirmə zamanı tam məhv olmaya bilər. Bişmiş plov otaq temperaturunda uzun müddət saxlanıldıqda bakteriyalar çoxala və toksin əmələ gətirə bilər. Buna görə plov bişdikdən sonra uzun müddət otaq temperaturunda saxlanılmamalı, qısa müddətdə soyuducuya yerləşdirilməli və istehlakdan əvvəl yaxşı qızdırılmalıdır. Böyük həcmdə plovu bir qabda soyutmaq əvəzinə, kiçik və dayaz qablara bölmək daha təhlükəsizdir".
Qida ekspertinin fikrincə, evdə hazırlanmış qidaların da avtomatik olaraq təhlükəsiz olduğunu düşünmək olmaz: "Qida təhlükəsizliyində əsas prinsip düzgün istilik emalı, gigiyena və temperatur rejiminə əməl edilməsidir. Botulizm şübhəsi olduqda məhsulun dadına baxmaq belə olmaz. İkiqat görmə, udma və danışma çətinliyi, əzələ zəifliyi kimi əlamətlər yaranarsa, dərhal təcili tibbi yardıma müraciət edilməlidir".
Aynurə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 63 Tarix: 13 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe - innovation, connectivit
12.11.2026 267 Bakıda daha bir böyük tədbir keçiriləcək
2027-ci ildə Bakıda keçiriləcək "SportAccord Convention 2027" idman sammiti üçün qeydiyyat prosesi başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb. Tədbir 9-13 may aralığında baş tutacaq. Sammitdə 120-dən çox beynəlxalq idman federasiyası
12.11.2026 296 Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?
Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər
12:41 42 Mərcdə udduğumuz pulu məhkəməylə ala bilərik? - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzu mərcdə udulan pulun məhkəmə yolu ilə tələb edilməsiylə bağlıdır. Mərcə girib, udduğumuz pulu qarşı tərəf vermirsə, məhkəmə yolu ilə onu ala bilərik?. xəbər verir ki, Mülki Məcəllənin 1084-cü maddəsinə əsasən, lotereyalar, idman mərc və lisenziy
12.11.2026 291 Atasının ölümünə səbəb olan sürücü həbsdən buraxıldı
Bakı Apellyasiya Məhkəməsində yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxsin barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb. -ın məlumatına görə, işin halların
12.11.2026 329 Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ
11:39 127 Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsind
12.11.2026 267 Dünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırır
Dünyada əhalinin azalması və yaşlanması bəşəriyyətin tarixində indiyədək rast gəlinməyən demoqrafik prosesə çevrilir. Əvvəlki dövrlərdə əhali sayının azalması əsasən müharibələr, epidemiyalar, ölüm hallarının artması və həyat şəraitinin pisləşməsi ilə bağlı idisə, hazırda bu tendensiya yaşayış səviyyəsini
12.11.2026 319 Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi - Yenilənib
Lənkəran rayonunda kütləvi zəhərlənmə olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün 11 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlardan 3-ü azyaşlıdır. İlkin məlumata görə, zəhərlənən şəxslərin hamısı Osaküçə kənd sakinləridir. Onları
12.11.2026 352