Ərbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında

Ərbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altındaİraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib.
PUK lideri Bafel Tələbani partiyasının Kürdüstan Regional Hökumətindən çıxdığını, Ərbildə keçirilən parlament iclasının nəticələrini və həmin iclasda qəbul edilən qərarları tanımadığını bəyan edib. O, daha da irəli gedərək bildirib ki, KDP Ərbildə öz prezidentini, baş nazirini və nazirlərini təyin edəcəyi təqdirdə, PUK da Süleymaniyyədə analoji addımlar atacaq.
Bu bəyanat İraq Kürdüstanında 2006-cı ildə aradan qaldırıldığı düşünülən ikili idarəçilik modelinin yenidən gündəmə gəlməsi ehtimalını artırır.
Aydın məsələdir ki, baş verənlər yalnız parlament spikerinin seçilməsi ilə bağlı deyil. Bu, uzun müddətdir yığılıb qalan siyasi, iqtisadi və inzibati ziddiyyətlərin açıq müstəviyə çıxmasıdır. Mövcud vəziyyətin mahiyyətini anlamaq üçün ilk növbədə İraq Kürdüstanının siyasi quruluşuna və burada formalaşmış güc balansına nəzər salmaq lazımdır.
İraq Kürdüstanında uzun illərdir iki əsas siyasi qüvvə və onların rəhbərlik etdiyi strukturlar həlledici təsir imkanlarına malikdir. Bir tərəfdə Məsud Bərzaninin rəhbərlik etdiyi KDP, digər tərəfdə isə mərhum Cəlal Tələbaninin yaratdığı və hazırda oğlu Bafel Tələbaninin rəhbərlik etdiyi PUK dayanır.
KDP-nin əsas siyasi dayaqları Ərbil və Duhok, PUK-un əsas dayağı isə Süleymaniyyədir. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu iki siyasi qüvvə yalnız partiya strukturlarına deyil, həm də təhlükəsizlik, iqtisadiyyat, yerli idarəçilik və media sahələrinə ciddi təsir imkanlarına malikdir.
Formal olaraq vahid muxtar siyasi qurum hesab edilən İraq Kürdüstanında güc bölgüsü uzun illər ərzində iki əsas siyasi mərkəz ətrafında formalaşıb. 1990-cı illərdə KDP və PUK arasında silahlı qarşıdurmaya qədər gedib çıxan mübarizə nəticəsində region faktiki olaraq iki ayrı idarəçilik zonasına bölünmüşdü.
2006-cı ildə əldə edilən siyasi razılaşma nəticəsində bu administrasiyalar birləşdirildi. Lakin inzibati birləşmə siyasi və təhlükəsizlik sahəsində mövcud olan bütün fərqləri aradan qaldırmadı. Başqa sözlə, iki fərqli siyasi və idarəçilik sistemi vahid hökumət çətiri altında fəaliyyətini davam etdirdi.
2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərində KDP 39, PUK isə 23 mandat qazandı. Heç bir siyasi qüvvə təkbaşına hökumət formalaşdırmaq üçün kifayət qədər mandat əldə edə bilmədi. Buna baxmayaraq, seçkilərdən sonra tərəflər arasında yeni hökumətin qurulması, yüksək vəzifələrin bölüşdürülməsi və parlament rəhbərliyinin müəyyənləşdirilməsi ilə bağlı razılıq əldə olunmadı. Nəticədə region iki ildən artıq müddət ərzində əvvəlki hökumətin rəhbərliyi altında idarə edildi.
Noyabrın 4-də parlamentin yenidən fəaliyyətə başlaması və KDP-nin namizədi Vala Fəridin spiker seçilməsi onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirdi. PUK bu iclası siyasi razılaşma olmadan atılmış addım kimi qiymətləndirərək boykot etdi. Noyabrın 5-də Bafel Tələbaninin hökumətdən çıxmaq qərarını açıqlaması ilə siyasi böhran yeni mərhələyə qədəm qoydu.
Mövcud qarşıdurmanın əsas səbəblərindən biri hakimiyyət bölgüsüdür. KDP seçkilərdə daha çox mandat əldə etməsini əsas gətirərək regionun idarə olunmasında aparıcı mövqeyinin tanınmasını istəyir. PUK isə ikinci böyük siyasi qüvvə kimi hökumətdəki təmsilçiliyinin formal xarakter daşımamalı olduğunu düşünür.
Xüsusilə prezidentlik, baş nazirlik, təhlükəsizlik strukturlarına, maliyyə və iqtisadi resurslara nəzarət məsələləri tərəflər arasında əsas mübahisə predmetidir.
Qarşıdurmanın digər mühüm tərəfi isə xarici siyasi əlaqələrlə bağlıdır. KDP ənənəvi olaraq Türkiyə ilə daha sıx siyasi və iqtisadi münasibətlərə malikdir. Xüsusilə enerji ixracı, ticarət və sərhəd təhlükəsizliyi sahələrində Ankara ilə Ərbil arasında mühüm əməkdaşlıq mövcuddur.
PUK isə tarixən İranla daha yaxın münasibətləri ilə seçilib. Süleymaniyyənin coğrafi mövqeyi, İranla iqtisadi əlaqələr və PUK-un regional siyasi münasibətləri bu yaxınlığın formalaşmasında mühüm rol oynayıb. Bununla belə, hər iki siyasi qüvvənin ABŞ-la da əlaqələri mövcuddur. Vaşinqton uzun illərdir İraq Kürdüstanının hər iki əsas siyasi aktoru ilə əməkdaşlıq edir.
İran və ABŞ arasında münasibətlərin gərginləşməsi, İraqın regional qarşıdurmalardakı mövqeyi və kürd siyasi qüvvələrinin xarici əlaqələri İraq Kürdüstanını geosiyasi baxımdan xüsusi əhəmiyyətə malik siyasi məkana çevirir.
Vaşinqton üçün region İraqdakı mövcudluğunu, təhlükəsizlik maraqlarını və İranın regional təsirini nəzərə almaq baxımından əhəmiyyətlidir. Tehran üçün isə İraq Kürdüstanında İrana qarşı istifadə oluna biləcək siyasi və hərbi platformaların formalaşmasının qarşısını almaq mühüm təhlükəsizlik məsələsidir.
Məncə, hazırkı vəziyyətdə İran-ABŞ amilini diqqətdən kənarda saxlamaq olmaz. Hətta ehtimal etmək mümkündür ki, regional gərginlik KDP və PUK arasındakı daxili siyasi mübarizəni daha da mürəkkəbləşdirir. Çünki tərəflərin xarici siyasi əlaqələri onların daxili mövqelərinə və regional güc balansına da təsir göstərə bilər.
Beləliklə, İraq Kürdüstanında baş verənlər sadəcə iki siyasi partiya arasında vəzifə bölgüsü uğrunda mübarizə deyil. Bu qarşıdurma regionun gələcək idarəçilik modelini, təhlükəsizlik sistemini və xarici siyasət istiqamətlərini müəyyənləşdirə biləcək prosesdir.
Tərəflər arasında qısa müddətdə siyasi uzlaşma əldə olunmasa, regionda ikili idarəçilik modelinin yenidən formalaşması və ciddi siyasi qarşıdurmaların baş verməsi ehtimalı arta bilər. Belə bir ssenari isə yalnız İraq Kürdüstanının daxili sabitliyinə deyil, bütövlükdə İraqın siyasi vəziyyətinə və regiondakı güc balansına təsirsiz ötüşməyəcək.

Turan Rzayev-politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 68   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki

14:33 122
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

10:28 189
.

Atasının ölümünə səbəb olan sürücü həbsdən buraxıldı

Bakı Apellyasiya Məhkəməsində yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxsin barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb. -ın məlumatına görə, işin halların

12.11.2026 363
.

"Sadakat Albora" onunla sevgili imiş

"Uzak şehir" serialında rol alan aktyorlar arasında daha bir eşqin yarandığı iddia edilib. Axşam.az xəbər verir ki, "Sadakat Albora" obrazını canlandıran aktrisa Qonca Cilasun "Erol"u ifa edən həmkarı Barış Yalçınla sevgili olduğu bildirilib. Şayiələrə səbəb cütlüyün sosia

11:44 250
.

İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, liderlər 2025-ci il avqustun 8-d

12.11.2026 328
.

Prezident İlham Əliyev Dublində Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrd

11:21 181
.

Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs

Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq

14:39 109
.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ

11:39 180
.

Azərbaycanda institutun adı dəyişdirildi

Naxçıvan Müəllimlər İnstitutunun binasının adı və loqosu dəyişdirilib. xəbər verir ki, Baş nazir Əli Əsədovun sentyabrın 21-də imzaladığı qərara əsasən, Naxçıvan Müəllimlər İnstitutu ləğv edilərək Naxçıvan Dövlət Universitetinə qoşulması yolu ilə yenidən təşkil edilib. Qərara əsasən, Naxçıvan Dövlə

10:12 224
.