"Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi
Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb.
"Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb.
Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırkı maliyyə direktoru Kolet Kress icra edəcək.
Bundan əlavə, "Nvidia" şirkəti "Synopsys"in keçmiş baş direktoru Harvi Consu Direktorlar şurasının sədri təyin edib. Daimi baş direktor vəzifəsi üçün həm şirkət daxilindən, həm də kənardan namizədlərin nəzərdən keçiriləcəyi bildirilib.
Eşq qalmaqalları bir-birinin ardınca üzə çıxdı
Huanqın Çin kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən Elis Huanq adlı qadınla münasibət yaşadığı barədə iddialar ciddi reaksiyalara səbəb olub.
Bundan başqa, 2008-ci ildən şirkətdə çalışan və "Nvidia"nın səhiyyə xidmətləri üzrə vitse-prezidenti vəzifəsini icra edən, ailəli Kimberli Pauell ilə də münasibətinin olduğu üzə çıxıb. Bu məlumatın şirkət rəhbərliyində narahatlıq yaratdığı bildirilir.
Huanqın istefası ilə bağlı xəbərin yayılmasından sonra şirkətin səhmləri 10 faizdən çox dəyər itirib. Analitiklər bu ayrılığın şirkət üçün 700 milyard dollar itkiyə səbəb olacağını və süni intellekt sektorunda yeni qeyri-müəyyənlik dövrünün başlayacağını bildirirlər.
Tramp: Onun yerini tuta biləcək yalnız bir nəfər var
"Nvidia"nın möhtəşəm işlər görmüş baş direktoru Censen Huanq istefa etdiyinə görə, onun yerini tuta biləcək yalnız bir nəfər var: "Apple"dan Tim Kuk. Bir əfsanənin yerini başqa bir əfsanə alır!". Bunu ABŞ Prezidenti Donald Tramp sosial hesabında etdiyi paylaşımda yazıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 77 Tarix: 13 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMakron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil
ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"
11:02 102 "Qalatasaray"ın ulduzundan sevgi sürprizi
Türkiyənin "Qalatasaray" klubunun məşhur futbolçusu Barış Alper Yılmaz bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib. İdmançının adı sənət direktoru və sosial media fenomeni Yeşim Yeşilçimenlə hallanmağa başlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeşim Yeşilçimenin sosial şəbəkə hesabınd
12.11.2026 333 Azərbaycanda institutun adı dəyişdirildi
Naxçıvan Müəllimlər İnstitutunun binasının adı və loqosu dəyişdirilib. xəbər verir ki, Baş nazir Əli Əsədovun sentyabrın 21-də imzaladığı qərara əsasən, Naxçıvan Müəllimlər İnstitutu ləğv edilərək Naxçıvan Dövlət Universitetinə qoşulması yolu ilə yenidən təşkil edilib. Qərara əsasən, Naxçıvan Dövlə
10:12 144 Eni 92 santimetr olan ev - İçərisində mətbəx və yataq otağı da var
Polşanın paytaxtı Varşavada iki çoxmənzilli binanın arasında yerləşən qeyri-adi ev diqqət çəkir. Ən dar hissəsinin eni cəmi 92 santimetr olan tikilidə mətbəx, yataq otağı və hamam yerləşir. xarici mediaya istinadən xəbər verir ki, Keret evi adlanan tikilini memar Yakub Şçensnı layihələndirib. Ümumi sahəs
12.11.2026 353 Trampa Putin və Si Cinpinlə tarixi üçtərəfli görüş keçirmək təklif edildi
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında dialoqu normallaşdırmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə tarixdə ilk üçtərəfli görüş keçirməlidir. xəbər verir ki, bu fikri ABŞ-ın sabiq prezidenti Barak Obamanın keçmiş köməkçisi, beynəlxalq münasibətlə
10:55 110 Xəstəxana qəzalı vəziyyətdə imiş - Nazirlik məlumat yaydı
Səhiyyə Nazirliyi təmirə bağlanan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, məlumatda institutun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyətini dayandırdığı qeyd olunub. Bildirilib ki, uzun müddət istismard
12.11.2026 280 Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd
10:24 125 Nyu-Yorkda binanın çökməsi nəticəsində ölənlərin sayı artdı
ABŞ-də üçmərtəbəli binanın çökməsi nəticəsində həyatını itirənlərin sayı beşə yüksəlib. xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Xilasedicilər dağıntılar altından daha üç nəfərin meyitini çıxarıblar. Vurğulanır ki, müxtəlif dərəcəli xəsarətlər alan ən azı 17 nəfə
12.11.2026 288 Əsrlərdir axtarılan əşya təsadüfən tapıldı
ABŞ-dan İsrailə ekskursiyaya gələn 17 yaşlı məktəbli təsadüfən 3300 il yaşı olan qədim Misir amuleti aşkar edib. xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb. Hadisə İsrailin Tel-Gezer Milli Parkında baş verib. Şelo Atun adlı məktəbli gəzinti zamanı yerdən daş götürərə
12.11.2026 299