Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs

Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbsAzərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunla tənzimlənir.
Qanunun müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq və ya qarşılıqlılıq prinsipi əsasında Azərbaycan vətəndaşları ilə yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir.
Müəlliflik hüququ əsərin təyinatından, dəyərindən, məzmunundan, ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərini əhatə edir. Bu hüquq həm açıqlanmış, həm də açıqlanmamış əsərlərə şamil olunur.
Qanunvericiliyə əsasən, müəlliflik hüququ və əlaqəli hüquqların sahibləri, habelə əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hüquq pozuntusuna yol verən və ya belə pozuntu təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb edə bilərlər.
İstehsalı və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və fonoqram nüsxələri pirat nüsxələr hesab edilir.
Müəlliflik hüququ pozulduqda hansı müdafiə vasitələri mövcuddur?
Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbsMüəlliflik hüququ və əlaqəli hüquqların sahibləri pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.
Məhkəmə mülki-hüquqi müdafiənin ümumi vasitələrindən əlavə, iddiaçının tələbi əsasında aşağıdakı tədbirlər barədə qərar qəbul edə bilər:
Zərərin ödənilməsi əvəzinə hüquq pozuntusuna yol vermiş şəxsdən pozuntu nəticəsində əldə etdiyi gəlirin tutulması;
Zərərin ödənilməsi və ya əldə edilmiş gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi;
Hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla, pirat nüsxələrin istehsalında istifadə edilmiş material və avadanlıqların məhkəmə qərarı əsasında müsadirə edilməsi;
Pirat nüsxələrin hüquqları pozan şəxsə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə edilməsi və ya məhv olunması.
Bundan başqa, müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin texniki müdafiə vasitələrini birbaşa və ya dolayı yolla aradan qaldırmağa yönəlmiş hərəkətlər də qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb ola bilər.
Hüquq pozuntusu faktı sübut edildikdə məhkəmə vəkilə ödənilən haqq da daxil olmaqla, hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin qarşı tərəfdən tutulması barədə qərar qəbul edə bilər.
Həmçinin hüquq sahibinin müəlliflik hüququnun və ya əlaqəli hüquqlarının pozulması nəticəsində ona məxsus əsərdən və ya digər əqli mülkiyyət obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini tələb etmək hüququ vardır.
Müəlliflik hüququnun pozulmasına görə inzibati və cinayət məsuliyyəti
Azərbaycan qanunvericiliyində müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur.
Belə ki, müəlliflik hüququnu və əlaqəli hüquqları pozma nəticəsində az miqdarda, yəni 1000 manatadək ziyan vurulduqda İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə əsasən, pirat nüsxələr, onların hazırlanmasında və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmanın törədilməsinə səbəb olan digər vasitələr müsadirə edilməklə 80 manatdan 150 manatadək məbləğdə cərimə tətbiq edilir.
Vurulmuş ziyanın məbləği xeyli miqdarda, yəni 1000 manatdan çox olduqda isə Cinayət Məcəlləsinin 165-ci maddəsi ilə cinayət məsuliyyəti yarana bilər.
Həmin maddəyə əsasən, müəlliflik hüququ və ya əlaqəli hüquqların obyektlərindən qanunsuz istifadə, o cümlədən özgənin elmi, ədəbi, bədii və ya digər əsərini öz adı ilə nəşr etdirmək, müəllifliyi başqa formada mənimsəmək, əsəri qanunsuz olaraq yenidən dərc etmək və ya yaymaq, habelə şəxsi şərikli müəllifliyə məcbur etmək, bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulduqda cinayət məsuliyyətinə səbəb olur.
Belə əməllərə görə 1000 manatdan 2000 manatadək məbləğdə cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər cəzası nəzərdə tutulur.
Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən həyata keçirildikdə isə əmlak müsadirə edilməklə 2000 manatdan 4000 manatadək cərimə, iki ilədək müddətə islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.
Beləliklə, müəlliflik hüququnun qorunması yalnız əsərin müəllifinin adının göstərilməsi ilə məhdudlaşmır. Başqasına məxsus əsərdən icazəsiz istifadə, onun qanunsuz yayılması, mənimsənilməsi və pirat nüsxələrin hazırlanması da qanunla müəyyən edilmiş hallarda hüquqi məsuliyyət yaradır. Müəlliflərin və digər hüquq sahiblərinin hüquqlarına hörmət etmək həm yaradıcılıq fəaliyyətinin qorunması, həm də əqli mülkiyyət sahəsində qanunçuluğun təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Rəşad Əliyev-Vəkillər Kollegiyasının üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 74   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

11:34 181
.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13:51 101
.

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirildi. Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanı

12.11.2026 302
.

Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu vurğulayaraq, Azərbayca

10:39 185
.

Ermənistanın Rusiyadakı səfiri Moskvadan getməyə hazırlaşır

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın qeyri-rəsmi olaraq vəzifəsindən və Moskvadan yaxın vaxtlarda ayrılmağa hazırlaşdığı iddia olunur. xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti mənbələrinə istinadən məlumat yayıb. Qəzet yazır ki, Arsenyanın yaxın dostlarından əld

10:45 182
.

Başqasının adına olan evdə yaşayan şəxsin hüquqları nələrdir?

Mülkiyyət hüququ şəxsin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərini ifadə edir. İstifadə hüququ isə müəyyən hüquqi əsaslar olduqda başqa şəxsə məxsus yaşayış sahəsində yaşamaq və həmin əmlakdan qanuni qaydada faydalanmaq imkanı yaradır. Bu iki hüquq eyn

11:39 194
.

"Sadakat Albora" onunla sevgili imiş

"Uzak şehir" serialında rol alan aktyorlar arasında daha bir eşqin yarandığı iddia edilib. Axşam.az xəbər verir ki, "Sadakat Albora" obrazını canlandıran aktrisa Qonca Cilasun "Erol"u ifa edən həmkarı Barış Yalçınla sevgili olduğu bildirilib. Şayiələrə səbəb cütlüyün sosia

11:44 231
.

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsind

12.11.2026 279
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

10:28 181
.