NASA iş elanı verdi - Maaş 164 mindir
ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib.
"Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəsi olaraq Ay səthində xidmət edə, gələcəkdə yaradılacaq Ay bazasında yaşaya və Marsa təşkil olunacaq uçuşların hazırlıqlarında yaxından iştirak edə biləcəklər.
NASA rəsmiləri tapşırıqların fərdi göstəricilərə və agentliyin ehtiyaclarına görə müəyyənləşdiriləcəyini vurğulayıblar.
NASA-nın rəsmi elanına əsasən, astronavt namizədlərinə illik 164 min 395 dollar (təxminən 279 min manat) məbləğində maaş ödəniləcək ki, bu da aylıq təxminən 13 min 700 dollara bərabərdir. Qəbul olunan şəxslər Texas ştatının Hyuston şəhərində yerləşən Conson Kosmik Mərkəzində kosmosda çıxışlar, robototexnika sistemləri və uçuş əməliyyatları üzrə intensiv iki illik hazırlıq proqramı keçəcəklər.
Proqrama yalnız ABŞ vətəndaşları müraciət edə bilər. Namizədlərdən mühəndislik, biologiya, fizika, kompüter elmləri və ya riyaziyyat sahəsində magistr dərəcəsi və müvafiq sahələrdə ən azı üçillik peşəkar iş təcrübəsi tələb olunur. Müraciətlər üçün son tarix 3 dekabr 2026-cı il olaraq müəyyən edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 92 Tarix: 13 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
21:15 1 Ermənistanda yeni Konstitusiya layihəsi gələn həftə dərc olunacaq
Ermənistan hakimiyyəti gələn həftə yeni Konstitusiya layihəsini dərc etməyi, bundan sonra isə sənədlə bağlı ictimai müzakirələr və dinləmələr keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə Sputnik Ermənistan "Joqovurd" qəzetinə istinadən məlumat yayıb. Məlumata görə, sənəd dərc olunduqda
10:21 205 Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
22:30 1 Başqasının adına olan evdə yaşayan şəxsin hüquqları nələrdir?
Mülkiyyət hüququ şəxsin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərini ifadə edir. İstifadə hüququ isə müəyyən hüquqi əsaslar olduqda başqa şəxsə məxsus yaşayış sahəsində yaşamaq və həmin əmlakdan qanuni qaydada faydalanmaq imkanı yaradır. Bu iki hüquq eyn
11:39 229 Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd
10:24 203 Ərbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında
İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını
15:22 158 Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü
20:30 1 Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını
10:28 204 Ölən adama 24 il həbs cəzası verildi
Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab
18:15 2