"Müəllimlərin maaşı 2 min manat ola bilər"

"Müəllimlərin maaşı 2 min manat ola bilər"Müəllimlərin əməkhaqqı məsələsi Azərbaycanda təhsil sahəsində ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Son illərdə bu sahədə maaşların artırıldığı bildirilib.

"2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə, müəllimlərimizin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir".

BiG.AZ xəbər verir ki, bunu Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Müəllimlərin maaşı 2 min manat ola bilər"Müəllimlərin maaşı artırılsa da, məbləğ müəllimin normal həyat yaşaması, ailəsini dolandırması və sosial rifahını təmin etməsi üçün kifayət edir?

Təhsil eksperti Rizvan Fikrətoğlu BiG.AZ-a bildirib ki, müəllimlərin əməkhaqqı məsələsinə yalnız rəqəmlər üzərindən yanaşmaq düzgün deyil. "1 030 manat yüksək nəticə göstərən müəllim üçün müəyyən üstünlükdür. Lakin bu məbləği yüksək əməkhaqqı hesab etmək də çətindir. 770 manat isə indiki yaşayış xərcləri fonunda, xüsusilə ailə dolandıran müəllim üçün kifayət edən gəlir deyil".
"Müəllimlərin maaşı 2 min manat ola bilər"Rizvan Fikrətoğlunun fikrincə, tam dərs yükü ilə çalışan müəllimin aylıq əməkhaqqısı ən azı 1 500-1 800 manat aralığında olmalıdır: "Yüksək nəticə göstərən, təcrübəli və əlavə pedaqoji fəaliyyəti olan müəllimlərin maaşı isə 2 000 manatdan yuxarı müəyyənləşdirilə bilər".

Burada vacib bir məsələ də var: müəllimin maaşı yalnız sertifikasiya imtahanında topladığı bala bağlanmamalıdır. Təcrübə, dərs yükü, şagirdlərin inkişafı, metodiki fəaliyyət və peşəkar bacarıqlar da nəzərə alınmalıdır.

R.Fikrətoğlu bildirib ki, müəllim məktəbdə dərsini keyfiyyətlə tədris etməklə layiqli əməkhaqqı qazanmalıdır: "Onun dolanışığı üçün mütləq repetitorluğa ehtiyac duyması normal sistem göstəricisi deyil".

Aynurə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 64   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

11:34 181
.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13:51 101
.

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirildi. Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanı

12.11.2026 302
.

Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu vurğulayaraq, Azərbayca

10:39 185
.

Ermənistanın Rusiyadakı səfiri Moskvadan getməyə hazırlaşır

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın qeyri-rəsmi olaraq vəzifəsindən və Moskvadan yaxın vaxtlarda ayrılmağa hazırlaşdığı iddia olunur. xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti mənbələrinə istinadən məlumat yayıb. Qəzet yazır ki, Arsenyanın yaxın dostlarından əld

10:45 182
.

Başqasının adına olan evdə yaşayan şəxsin hüquqları nələrdir?

Mülkiyyət hüququ şəxsin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərini ifadə edir. İstifadə hüququ isə müəyyən hüquqi əsaslar olduqda başqa şəxsə məxsus yaşayış sahəsində yaşamaq və həmin əmlakdan qanuni qaydada faydalanmaq imkanı yaradır. Bu iki hüquq eyn

11:39 194
.

"Sadakat Albora" onunla sevgili imiş

"Uzak şehir" serialında rol alan aktyorlar arasında daha bir eşqin yarandığı iddia edilib. Axşam.az xəbər verir ki, "Sadakat Albora" obrazını canlandıran aktrisa Qonca Cilasun "Erol"u ifa edən həmkarı Barış Yalçınla sevgili olduğu bildirilib. Şayiələrə səbəb cütlüyün sosia

11:44 231
.

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsind

12.11.2026 279
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

10:28 181
.