Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FotolarBakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

BiG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilib.

İlk müşavirələr paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarında keçirilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər. Qeyd edilib ki, BŞİH tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.

Bildirilib ki, qış aylarında yağışlı və şaxtalı hava şəraiti ilə əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə dünyanın əksər ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FotolarPaytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FotolarPaytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FotolarPaytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FotolarPaytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FotolarPaytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FotolarPaytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FotolarPaytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FotolarPaytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FotolarPaytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FotolarPaytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FotolarPaytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 61   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Eni 92 santimetr olan ev - İçərisində mətbəx və yataq otağı da var

Polşanın paytaxtı Varşavada iki çoxmənzilli binanın arasında yerləşən qeyri-adi ev diqqət çəkir. Ən dar hissəsinin eni cəmi 92 santimetr olan tikilidə mətbəx, yataq otağı və hamam yerləşir. xarici mediaya istinadən xəbər verir ki, Keret evi adlanan tikilini memar Yakub Şçensnı layihələndirib. Ümumi sahəs

12.11.2026 390
.

İnsan sevdiyi şəxsdən niyə birdən-birə soyuyur?

Bəzən insan illərlə sevdiyi, həyatını birlikdə qurmaq istədiyi şəxsə qarşı qəfil soyuqluq hiss etməyə başlayır. Dünənə qədər onunla danışmaqdan, görüşməkdən və vaxt keçirməkdən zövq alan biri birdən-birə uzaqlaşır, mesajlara gec cavab verir və əvvəlki marağını göstərmir. Bu dəyişiklik qarşı tərəfdə çoxsayl

12.11.2026 373
.

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirildi. Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanı

12.11.2026 302
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

11:34 181
.

Atasının ölümünə səbəb olan sürücü həbsdən buraxıldı

Bakı Apellyasiya Məhkəməsində yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxsin barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb. -ın məlumatına görə, işin halların

12.11.2026 354
.

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsind

12.11.2026 279
.

Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdı

Plastik butulkaların hazırlanmasında istifadə olunan materialdan laboratoriya şəraitində almaz əldə etmək mümkün olub. Almaniyalı fiziklər güclü lazer şüası vasitəsilə PET plyonkasını nanodiamantlara çevirməyə nail olublar. Qaynarinfo xəbər verir ki, Almaniyanın Drezden şəhərindəki Helmholts Mərkəzini

12.11.2026 325
.

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

İrlandiyanın paytaxtı Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyası keçirilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir

12.11.2026 303
.

İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe - innovation, connectivit

12.11.2026 279
.