"Şəxsi maraqlar ailə öhdəliklərinin kölgəsində qalır"
Erkən nikahlarla mübarizə dövlət səviyyəsində diqqət mərkəzində qalmaqdadır. 2027-ci ilin büdcəsində erkən nikahlarla mübarizəyə də vəsait ayrılır.
BiG.AZ xəbər verir ki, bu barədə Milli Məclis vitse-spikeri Musa Qasımlı 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
Musa Qasımlı bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə 4 milyon 700 min manat ayrılması nəzərdə tutulub: "Vəsaitin bir hissəsi erkən nikahların qarşısının alınmasına, məişət zorakılığına məruz qalan şəxslərə dəstəyə və insan alveri qurbanlarına yardım göstərilməsinə yönəldiləcək".
Erkən nikahların qarşısının alınması üçün maliyyə dəstəyi ilə yanaşı, cəmiyyətdə hansı dəyişikliklərə ehtiyac var? Erkən yaşda ailə qurmaq insanın psixoloji inkişafına və gələcək həyatına necə təsir edir?
Psixoloq Samirə Bağırova BiG.AZ-a bildirib ki, erkən evlilik insanın psixoloji və emosional vəziyyətinə və şəxsiyyət kimi formalaşmasına təsir edən mühüm problemdir: "İnsan özünü tam tanımadan, emosional və sosial yetkinliyə çatmadan ailə məsuliyyətini üzərinə götürdükdə müxtəlif çətinliklərlə qarşılaşa bilər".
Psixoloq qeyd edib ki, erkən evlilik fərdi inkişaf və özünüreallaşdırma prosesini yarımçıq qoya bilər: "Belə hallarda müstəqil qərarvermə bacarığı zəifləyir, şəxsi maraqlar ailə öhdəliklərinin kölgəsində qalır. İnsan bəzən öz kimliyini həyat yoldaşının və ya ailənin gözləntilərinə uyğun formalaşdırmağa məcbur olur".
S.Bağırovanın fikrincə, ailə qurmazdan əvvəl insanın özünü tanıması, şəxsiyyət kimi formalaşması, təhsil alması və şəxsi inkişaf imkanlarından yararlanması vacibdir. Yalnız bundan sonra ailə məsuliyyətini üzərinə götürməyə hazır olması məsələsi gündəmə gəlməlidir.
Aynurə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 82 Tarix: 13 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhurlar səhərlər nə içirlər? - Limonlu su, göbələkli qəhvə və...
Dünya ulduzları günə enerjili başlamaq üçün müxtəlif içkilərə üstünlük verirlər. Bəziləri limonlu su, digərləri göbələkli qəhvə, yaşıl çay və tərəvəz smuziləri seçirlər. xarici mediaya istinadən bəzi məşhurların qəbul etdikləri içkiləri təqdim edir. Cennifer Eniston səhərlər acqarına bir stəkan ilı
12.11.2026 320 Xəstəxana qəzalı vəziyyətdə imiş - Nazirlik məlumat yaydı
Səhiyyə Nazirliyi təmirə bağlanan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, məlumatda institutun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyətini dayandırdığı qeyd olunub. Bildirilib ki, uzun müddət istismard
12.11.2026 295 Trampa Putin və Si Cinpinlə tarixi üçtərəfli görüş keçirmək təklif edildi
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında dialoqu normallaşdırmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə tarixdə ilk üçtərəfli görüş keçirməlidir. xəbər verir ki, bu fikri ABŞ-ın sabiq prezidenti Barak Obamanın keçmiş köməkçisi, beynəlxalq münasibətlə
10:55 180 Mərcdə udduğumuz pulu məhkəməylə ala bilərik? - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzu mərcdə udulan pulun məhkəmə yolu ilə tələb edilməsiylə bağlıdır. Mərcə girib, udduğumuz pulu qarşı tərəf vermirsə, məhkəmə yolu ilə onu ala bilərik?. xəbər verir ki, Mülki Məcəllənin 1084-cü maddəsinə əsasən, lotereyalar, idman mərc və lisenziy
12.11.2026 294 Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını
10:28 175 İnsan sevdiyi şəxsdən niyə birdən-birə soyuyur?
Bəzən insan illərlə sevdiyi, həyatını birlikdə qurmaq istədiyi şəxsə qarşı qəfil soyuqluq hiss etməyə başlayır. Dünənə qədər onunla danışmaqdan, görüşməkdən və vaxt keçirməkdən zövq alan biri birdən-birə uzaqlaşır, mesajlara gec cavab verir və əvvəlki marağını göstərmir. Bu dəyişiklik qarşı tərəfdə çoxsayl
12.11.2026 367 Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsind
12.11.2026 276 Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"
"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB
11:34 173 Prezident İlham Əliyev Dublində Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrd
11:21 166