Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA

Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDABakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını balta ilə öldürməyə cəhddə təqsirləndirilən İradə Hacıyevanın cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə müdafiə vəkili hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını, vəkili ilə birlikdə əyləşməsi barədə vəsatət verib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən İ. Hacıyevanın vəkili ilə birlikdə əyləşməsi barədə olan vəsatətin təmin edildiyini, digər vəsatətin təmin edilmədiyini bildirib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən İ. Hacıyeva ona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli bildiyini deyib.

Növbəti proses 8 dekabra təyin olunub.

Xatırladaq ki, hadisə 28 iyun 2026-cı ildə Bakının Yasamal rayonu ərazisində baş verib.

İddialara görə, hadisənin baş verməsinə uzun illərdir davam edən məişət zorakılığı səbəb olub. İ. Hacıyevanın ali təhsili olmasına rəğmən həyat yoldaşı iyirmi ildən artıq müddətdə onu ev dustağı edib və işləməsinə imkan verməyərək, evdən çıxmasına mütəmmadi olaraq maneələr yaradıb. Qonşuların bildirdiyinə görə, Hacıyev tüfeyli həyat tərzi sürüb, onları narahat edib və hər gün spirtli içki içərək İ. Hacıyevanı fiziki zorakılığa məruz qoyub.

Hadisə baş verən gün İradə Hacıyeva ailə münaqişəsi zəminində həyat yoldaşı Elşən Hacıyevə balta ilə bir neçə dəfə zərbə endirib. Zərbələr nəticəsində E. Hacıyev üz, hər iki qol və kürək nahiyəsindən ağır xəsarətlər alıb. Həmin an evdə olan iki oğlu son anda müdaxilə edərək, baltanı İ. Hacıyevadan alıblar. Yaralının həyatını xilas etmək mümkün olub.

Faktla bağlı cinayət işi başlanılıb, İradə Hacıyeva Cinayət Məcəlləsinin 120.2.9-cu (Qəsdən adam öldürməyə cəhd - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 87   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Eyni məhsul, fərqli qiymətlər: PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

Eyni daşınmaz əmlak, avtomobil və ya məhsul internetdə fərqli qiymətlərlə qarşınıza çıxa bilər. Bəs ilkin elan hansıdır və real bazar qiyməti nə qədərdir?. xəbər verir ki, PRAYK internetdəki açıq məlumatları davamlı analiz edərək eyni təklifin müxtəlif saytlardakı elanlarını müqayisə edir, ilkin mənbən

12:57 191
.

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı

11.11.2026 316
.

Azərbaycan və Türkiyə qardaşlığı əbədidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri Bakı-Ankara münasibətlərinin sadəcə diplomatik tərəfdaşlıqdan ibarət olmadığını bir daha nümayiş etdirdi. Bu qarşılıqlı səfərlər iki dövlət arasında mövcud olan qardaşlığın, strateji müttəfiqliyi

10:56 195
.

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

İrlandiyanın paytaxtı Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyası keçirilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir

17:16 104
.

Bakıda daha bir böyük tədbir keçiriləcək

2027-ci ildə Bakıda keçiriləcək "SportAccord Convention 2027" idman sammiti üçün qeydiyyat prosesi başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb. Tədbir 9-13 may aralığında baş tutacaq. Sammitdə 120-dən çox beynəlxalq idman federasiyası

17:07 109
.

Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

11:54 196
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12:52 186
.

Hollandiya və ABŞ-dan BCM-in səlahiyyətləri ilə bağlı müzakirə

Hollandiya və ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) dövlət başçıları ilə bağlı yurisdiksiyasının məhdudlaşdırılması məsələsini müzakirə edirlər. xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, müzakirələr bir sıra məsələləri, o cümlədən dövlət başçılarını

10:10 174
.

Bu instituta icraçı direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb. Digər Əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub. Ötən gün Nigar Kərimov

15:46 173
.