Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir".

Bunu BiG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufan Məmmədov bildirib.

"İkili standartların, hibrid təhlükələrin hökm sürdüyü müasir dünya düzənində ədalətin bərpa olunması istiqamətində fəaliyyəti ilə örnək olan Azərbaycan Prezidentinin qeyd etdiyi kimi qeyri-sabit regionda sabitlik adası kimi tanınan ölkəmiz bəşəriyyətin ortaq problemlərinin həllinə, xalqlar və mədəniyyətlər arasında anlaşmanın möhkəmlənməsinə öz töhfəsini verir.
Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi də məhz bu prinsiplərin təşviqinə, fərqli mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edirdi. Müxtəlif ölkələrin nümayəndələrini, siyasi xadimləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirən Bakı Forumu etimadın möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcək naminə dialoqun inkişafı istiqamətində mühüm platforma rolunu oynayırdı. 
Ölkəmizin başçısı ikili standartlar siyasətinin doğurduğu problemləri sadalamaqla bu yanaşmanın beynəlxalq siyasətdən tamamilə çıxarılmasının vacibliyini bəyan etdi. Bu, həm də o deməkdir ki, dünya hamımızındır və beynəlxalq münasibətlərdə ədalət meyarları hər zaman öndə dayanmalıdır. Dövlətlərə münasibətdə fərqli ölçülərin tətbiqi, hüququn siyasi maraqlara tabe edilməsi qlobal problemlərin həllini çətinləşdirir, beynəlxalq etimada ciddi zərbə vurur. Müstəqil siyasət ölkələrin suverenliyinin və milli maraqlarının qorunmasının əsas şərtlərindəndir. Müstəqil siyasət yürüdən Azərbaycana beynəlxalq aləmdə böyük hörmət qazandıran amillərdən biri də məhz bu prinsipial mövqedir. Ölkəmizin geniş beynəlxalq təmasları, müxtəlif dövlətlərlə qurduğu münasibətlər Azərbaycanın beynəlxalq ictimaiyyətdə etibarlı və hörmət qazanan tərəfdaş kimi mövqeyini göstərir.
Uzun illər ikili standartlardan əziyyət çəkən ölkəmiz BMT Nizamnaməsinə və özünümüdafiə hüququna əsaslanaraq işğal altında olan ərazilərini azad etdi. Bununla Azərbaycan beynəlxalq hüququn və ədalətin bərpasına nail oldu, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etdi.
Dövlətimizin başçısı haqlı olaraq bəyan etdi ki, ikili standartlar, eyni zamanda ayrı-ayrı dairələrin başqa ölkələrə onların həyat tərzi ilə bağlı dərs verməyə çalışmasında özünü göstərir. Prezident bu yanaşmanı kəskin tənqid edərək bildirdi ki, kiməsə mühazirə oxumağa çalışan dairələr ilk növbədə özlərinə sual verməlidirlər. Onların başqalarına iradlar tutmağa, öz həyat tərzlərini digər xalqlara qəbul etdirməyə hansı hüquqları var? Şübhəsiz ki, bu cür yanaşmalar nəinki ədalətsizlikdir, hətta beynəlxalq münasibətlərdə etimadın zəifləməsinə, xalqlar arasında qarşılıqlı anlaşmanın pozulmasına və qlobal inkişafın qarşısında süni maneələrin yaranmasına səbəb olur.
Bu gün dünyada çoxsaylı münaqişələr mövcuddur. Prezident İlham Əliyev tarixi zəfərimizdən danışarkən mühüm bir məqama toxunaraq bildirdi ki, Ermənistan kapitulyasiya aktına imza atdıqdan sonra Azərbaycan dərhal dayandı və qarşı tərəfə sülh təklif etdi. Müharibələrin, təhlükələrin və qarşıdurmaların hökm sürdüyü müasir dünyada bu Azərbaycanın nümayiş etdirdiyi mühüm təcrübədir. Ölkəmizin nümunəsi göstərir ki, münaqişələrin aradan qaldırılması, davamlı sülhün təmin olunması və gələcək qarşıdurmaların qarşısının alınması üçün siyasi iradə və konkret addımlar vacibdir. Dövlət başçısı ölkəmizdə mövcud olan həmrəylik və qarşılıqlı anlaşma mühitinə toxunaraq milli ideyamız olan azərbaycançılıq məfkurəsinin ölkəmizdə yaşayan bütün xalqları bir araya gətirdiyini diqqətə çatdırdı. Bütün dünya bu birliyin gücünü İkinci Qarabağ müharibəsində aydın şəkildə gördü. Müharibədə müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin "Dəmir yumruq" ətrafında birləşməsi unudulmaz qələbəmizin rəmzinə çevrildi. Çünki Azərbaycan qarşılıqlı hörmətin, dini və milli dözümlülüyün, xalqlar arasında həmrəyliyin hökm sürdüyü ölkə kimi fərqli etnik və dini mənsubiyyətə malik vətəndaşlarını azərbaycançılıq məfkurəsi ətrafında birləşdirərək milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirir. 
Ədalətli yanaşmanı və ölkəmizdəki dözümlülük mühitini təmin edən Azərbaycan bu prinsiplərin bütün dünyada tətbiqinə çalışır. 
Bu baxımdanBakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da son illər ərzində qlobal gündəmdəki təxirəsalınmaz məsələlərin müzakirəsi, fərqli mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, ortaq həll yollarının müəyyənləşdirilməsi üçün effektiv və inklüziv platforma kimi dünyanın diqqət mərkəzinə düşüb. Qeyd etmək yerinə düşər ki, Forumun beynəlxalq nüfuzu Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi önəmin göstəricisidir. Müasir dünyada dini və milli zəmində ayrı-seçkiliyin, qarşıdurmaların və etimadsızlığın artdığı bir şəraitdə belə platformaların fəaliyyəti olduqca əhəmiyyətlidir. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan Prezidentinin beynəlxalq nüfuzunun, dövlətimizin prinsipial mövqeyinin və qlobal problemlərin həllinə yönəlmiş təşəbbüslərinin beynəlxalq səviyyədə qəbulunun göstəricisidir.
Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə dünyanın mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə, qarşılıqlı anlaşmadan isə ortaq gələcəyə aparan yolunu müəyyənləşdirir. Bu yanaşma Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bir daha aydın şəkildə nümayiş olundu".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 96   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dəyişdirməyin vaxtı gəldi: payız üçün 5 ideal ətir

Ağ müşk notlarına malik ətirlər populyarlığını qoruyub saxlayır. Müşk tərkibli ətirlər mövsümdən və moda tendensiyalarından asılı olmayaraq universal seçim hesab edilir. xəbər verir ki, payız mövsümündə xüsusilə isti, zərif və rahatlıq hissi yaradan ətirlərə üstünlük verilir. Ağ müşk notları təmiz dəri

27.10.2026 393
.

Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Məktəbli hadisə nəticəsində vəfat edib. *. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Qafqazinfo"nun sorğusuna cava

11:27 88
.

Sakinlər "Osmanlı hamam"ının fəaliyyətindən şikayətçidir (VİDEO)

Paytaxtın Yasamal rayonu Əsəd Əhmədov küçəsi 2 ünvanında yaşayan sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən narazıdırlar. Sakinlər deyirlər ki, gecələr generatorun səsi, gündüzlər isə tüstü onları narahat edir. Ərazidə olarkən öyrəndik ki, bu problem tez-tez təkrarlanır. İddialar

10:09 159
.

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

"Heç vaxt Azərbaycan klubunda oynayacağımı düşünməzdim". Bizim.Media xəbər verir ki, bu sözləri "Səbail"in fransız futbolçusu Sofian Budraa Əlcəzairin "Maghreb-Foot" nəşrinə müsahibəsində deyib. 23 yaşlı yarımmüdafiəçi Azərbaycana keçidi barədə danışaraq klubun ona maraql

27.10.2026 437
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27.10.2026 526
.

Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini

10:18 143
.

Bakı beynəlxalq diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilib

Dünya bu gün geosiyasi qarşıdurmaların, iqtisadi maraqların toqquşmasının və dövlətlərarası etimad böhranının dərinləşdiyi mürəkkəb mərhələdən keçir. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini bu reallıqlar fonunda qiymətləndirmək məqsədəuyğundur. Son illərdə Bakının beynəlxalq forumlara

10:28 140
.

Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA

Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is

10:26 152
.

Arda Mbappenin gözünü yolda qoydu

İspaniyanın "Real Madrid" klubunun "Barselona" üzərində 2:1 hesablı qələbəsindən sonra Kilian Mbappe ilə Arda Gülər arasında yaşanan səmimi anlar diqqət çəkib. -ın Türkiyə mediasına istinadən məlumatına görə, qarşılaşmadan sonra fransalı hücumçunun türkiyəli futbolçuya dəfələrlə səslənərə

27.10.2026 447
.