Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri ikitərəfli əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Laos Prezidenti ilə mətbuata açıqlamasında iki dövlətin beynəlxalq təşkilatlar daxilində əməkdaşlığını, qarşılıqlı dəstəyini, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi imkanlarını diqqətə çatdırdı. Dövlətimizin başçısı bildirib ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək. Dövlətimizin başçısı, həmçinin bu gün təkbətək və geniş tərkibdə görüşlərdə bir çox önəmli məsələlərin müzakirə edildiyini vurğulayıb.
Qeyd edilib ki, iki ölkə arasında siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir. "Otuz ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk. Bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaq", - deyə dövlətimizin başçısı əlavə edib.
Cənab Prezident iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlığın intensivləşməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini bildirib. Dövlətimizin başçısı, həmçinin bildirib: "Ümid edirəm ki, Bakıda keçiriləcək Azərbaycan-Laos biznes-forumu bu istiqamətdə önəmli addım olacaq".
Vurğulanıb ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyib ki, milyardlarla dollar səviyyəsində olan sərmayələr bizim həm imkanlarımızı göstərir, eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir.
Bıldirilib ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb. İndi daha çox yüklərin aşkar olunması, yeni ünvanlardan yüklərin səfərbər edilməsi və yüklərin həcminin artırılması ilə məşğul olduğumuzu deyən dövlətimizin başçısı vurğulayıb: "Ümid edirəm ki, gələcəkdə hər iki tərəfdə reallaşan bütün bu layihələr başa çatandan sonra yükdaşımaların da həcmi artacaq".
Laos Prezidentinin Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata açıqlamaları yalnız ikitərəfli münasibətlərin inkişaf perspektivlərini əks etdirmədi, eyni zamanda, Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakteri, dövlətlərarası əməkdaşlığın imkanları və müasir beynəlxalq münasibətlərin əsas prinsipləri haqqında aydın təsəvvür yaratdı.
Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 195 Tarix: 14 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım
"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati
13.10.2026 313 Ankaradan gələn "fərmana" Bakıdan cavab: Kimsə sultan deyil!
"Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral Azərbaycanda hicabla bağlı vəziyyətə münasibət bildirərək "hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbulolunmazdır" deyib. Oktay Saral sıradan bir şəxs deyil. Onun Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın çevrəsində təmsil olunmas
11:27 186 Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və vahid məktəb mühitinin əsas göstəricisidir
"Vahid məktəbli forması ətrafında müzakirələrin mərkəzində ilk növbədə təhsilin keyfiyyəti, şagirdlər arasında bərabərliyin təmin olunması, məktəb intizamının möhkəmləndirilməsi və uşaqların sağlam sosial mühitdə yetişməsi dayanmalıdır. Məktəbli forması sadəcə geyim seçimi deyil, məktəbdə ümum
11:40 141 Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı
12:39 167 Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13.10.2026 259 Məktəbli forması ətrafında kampaniya: Təhsil, milli dəyərlər və Azərbaycanın mövqeyi
"Vahid məktəbli forması ətrafında aparılan müzakirələr artıq təkcə təhsil və geyim məsələsi deyil. Bu mövzu məktəblərdə sosial bərabərlik, milli-mənəvi dəyərlər, dünyəvi təhsil prinsipləri və Azərbaycan cəmiyyətinə təsir göstərmək cəhdləri kontekstində də müzakirə olunur. Yeni Azərbaycan Partiyasını
11:11 149 Ordumuzun ilk qadın snayperi vəfat etdi
I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayper olub
10:06 167 İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın güc strategiyası, Qarabağ Zəfəri və yeni inkişaf mərhələsinin siyasi təhlili
2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. Bu tarix ölkənin müasir siyasi tarixində baş vermiş dəyişikliklərin, dövlət idarəçiliyinin əsas istiqamətlərinin və Azərbaycanın regional güc mərkəzi kimi mövqeyinin təhlili üçün mühüm fürsətdir
12:13 131 Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı
Astronomlar Süd Yolu qalaktikasında gələcək planetlərin su ehtiyatlarını formalaşdıra biləcək nəhəng ulduzlararası buz buludlarının geniş xəritəsini hazırlayıblar. Kəşf yeni planetlərdə okeanların necə yarana biləcəyini anlamağa kömək edə bilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Th
13.10.2026 229