Cavanşir Abbaslı: Azərbaycanın qərarına kənardan müdaxilə yolverilməzdir

Cavanşir Abbaslı: Azərbaycanın qərarına kənardan müdaxilə yolverilməzdir"Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi məktəblərdə nizam-intizamın, vahid təhsil mühitinin və sosial bərabərliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəbli forması şagirdlər arasında geyim fərqlərini azaltmaqla onların diqqətinin təhsilə yönəlməsinə və məktəb mədəniyyətinin formalaşmasına töhfə verir. Qərarın əsas mahiyyəti uşaqlar üçün vahid, səliqəli və təhsilə uyğun mühitin yaradılmasıdır. Bəzi ölkələrin bu qərarı yanlış istiqamətdə istifadə edərək vəziyyətdən yararlanmaq cəhdləri əvvəlcədən gözlənilən idi".

Bu sözləri BiG.AZ-a açıqlamasında Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı söyləyib. O qeyd edib ki, istənilən ölkənin digər dövlətlərə təsir imkanları kifayət qədər genişdir:

Cavanşir Abbaslı: Azərbaycanın qərarına kənardan müdaxilə yolverilməzdir"Əgər bunun üçün siyasi, ideoloji və ya dini zəmin mövcuddursa, həmin ölkələr yaranmış vəziyyətdən dərhal yararlanmağa, proseslərə təsir göstərməyə çalışırlar. Azərbaycanla bağlı baş verənlərdə də bunun şahidi olduq. Məsələ ölkəmizin daxili işi olsa da, qonşu İranın bu istiqamətdə fəallaşması, eyni zamanda qardaş Türkiyədə bəzi dairələrin də proseslərə müdaxilə etməyə çalışması diqqətdən kənarda qalmadı. İranın bu məsələdən yararlanmağa çalışacağı gözlənilən idi. Çünki dini amil və mövcud təsir imkanları bu ölkəyə Azərbaycanda müəyyən dairələrə təsir göstərmək üçün zəmin yaradır. Bu reallığı nəzərə almaq lazımdır. Lakin Türkiyədə bəzi dairələrin məsələyə bu qədər açıq şəkildə müdaxilə etməsi, ayrı-ayrı media orqanlarının bu istiqamətdə çıxışları, hətta Ankarada səfirliyimizin qarşısında aksiyaların keçirilməsi xüsusilə üzücü mənzərə yaratdı. Türkiyə ilə Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətləri fonunda belə halların yaşanması təəssüf doğurur. Çünki dövlətlərarası münasibətlərin mahiyyəti ayrı-ayrı dairələrin mövqeyindən daha geniş anlayışdır və bu cür hadisələrə də məhz həmin kontekstdən yanaşmaq lazımdır".

Müsahibimiz hesab edir ki, artıq proseslər tədricən səngiməkdədir:

"Böyük ehtimalla, yaranmış ajiotaj ən geci bu həftə ərzində öz təsirini itirəcək və həyat əvvəlki axarına qayıdacaq. Çünki belə məsələlər ətrafında süni şəkildə yaradılan gərginliyin uzun müddət davam etməsi üçün ciddi əsaslar yoxdur. Bunun başqa alternativi də görünmür. Əsas məsələ emosional reaksiyalardan uzaqlaşaraq baş verənlərə soyuqqanlı yanaşmaq, Azərbaycanın öz qərarlarını müstəqil şəkildə qəbul etmək hüququna hörmətlə yanaşılmasını təmin etməkdir. Digər tərəfdən, bu cür qərarların ilk mərhələdə sərt təpkilərlə qarşılanması da tarixdə dəfələrlə müşahidə olunub. Tarixi təcrübəyə nəzər salsaq, görərik ki, cəmiyyətdə müəyyən dəyişikliklərə səbəb olan qərarlar qəbul edildikdə, xüsusilə də geyim və ictimai həyatla bağlı məsələlərdə ciddi müqavimət ortaya çıxa bilir. Buna nümunə olaraq Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyata keçirdiyi islahatları göstərmək olar. Cümhuriyyətin qurulmasından sonra Türkiyədə həyata keçirilən geyimlə bağlı dəyişikliklər də dövründə müəyyən dairələrin sərt etirazları ilə qarşılaşmışdı".

Cavanşir Abbaslı əlavə edib ki, zaman keçdikcə həmin qərarların cəmiyyətin həyatında yaratdığı dəyişikliklər daha aydın görünməyə başladı:

"Bu gün Türkiyənin keçdiyi tarixi yol həmin proseslərə daha geniş perspektivdən baxmağa imkan verir. Başlanğıcda mübahisələrə və etirazlara səbəb olan qərarların sonradan cəmiyyətin gündəlik həyatının bir hissəsinə çevrilməsi onu göstərir ki, hər hansı yeniliyə münasibətdə ilkin emosional reaksiyalarla uzunmüddətli nəticələri eyniləşdirmək olmaz. Ona görə də hesab edirəm ki, Azərbaycanda da bu məsələni məhz dövlətin müstəqil qərarvermə hüququ, cəmiyyətin maraqları və təhsilin dünyəvi prinsipləri kontekstində qiymətləndirmək lazımdır. Hər bir dövlət öz ictimai və təhsil siyasətini müəyyənləşdirmək hüququna malikdir. Bu qərarlarla bağlı müxtəlif fikirlərin səsləndirilməsi təbii olsa da, həmin müzakirələrin ölkələrin daxili işlərinə müdaxilə vasitəsinə çevrilməsi qəbuledilməzdir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 119   Tarix: 14 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sosial şəbəkələr İqtisadi itkilər və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski

Rolan Məmmədlinski. Reklam mütəxəssisi. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələr yalnız ünsiyyət və məlumat mübadiləsi vasitəsi deyil, həm də ölkələrin iqtisadiyyatına, informasiya təhlükəsizliyinə və milli suverenliyinə təsir göstərən güclü alətə çevrilib. Bu platformaları

12:46 74
.

Azərbaycan-Laos münasibətlərində yeni impuls

Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini, əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığı

11:51 127
.

Dost münasibətlər iqtisadi imkanlara yol açır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirən mühü

12:00 125
.

Alimlər nikahların dağılmasının riyazi düsturunu tapdı

İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric

13.10.2026 301
.

Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və vahid məktəb mühitinin əsas göstəricisidir

"Vahid məktəbli forması ətrafında müzakirələrin mərkəzində ilk növbədə təhsilin keyfiyyəti, şagirdlər arasında bərabərliyin təmin olunması, məktəb intizamının möhkəmləndirilməsi və uşaqların sağlam sosial mühitdə yetişməsi dayanmalıdır. Məktəbli forması sadəcə geyim seçimi deyil, məktəbdə ümum

11:40 141
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind

11:40 129
.

Vahid məktəbli forması ətrafında kampaniya: YAP-ın mövqeyi və Azərbaycan-Türkiyə parlamentlərarası həmrəyliyinin siyasi mesajı

"Vahid məktəbli formasının tətbiqi ətrafında aparılan müzakirələr artıq təkcə təhsil məsələsi deyil, cəmiyyətdə sosial bərabərlik, milli-mənəvi dəyərlər, uşaqların gələcəyi və informasiya təhlükəsizliyi baxımından da diqqət mərkəzindədir. Yeni Azərbaycan Partiyasının (YAP) mövqeyi və Milli Məclisi

11:28 149
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın siyasi, iqtisadi və geosiyasi transformasiyasının əsas mərhələləri

"2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 23 ili tamam olur. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı idi. Həmin tarixdən etibarən Azərbaycanın dövlət idarəçiliyi, iqtisad

12:12 132
.

Bakı-Vyentyan əməkdaşlığı: yeni perspektivlər və imkanlar

"Azərbaycanla Laos arasında siyasi dialoq və ikitərəfli əməkdaşlıq son dövrlərdə yeni inkişaf perspektivləri qazanır. Ötən əsrin sonlarında qurulan diplomatik əlaqələr illər ərzində qarşılıqlı maraq və hörmət əsasında inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Laos Xalq Demokratik Respublikasını

11:43 130
.