Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri ikitərəfli əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Laos Prezidenti ilə mətbuata açıqlamasında iki dövlətin beynəlxalq təşkilatlar daxilində əməkdaşlığını, qarşılıqlı dəstəyini, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi imkanlarını diqqətə çatdırdı. Dövlətimizin başçısı bildirib ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək. Dövlətimizin başçısı, həmçinin bu gün təkbətək və geniş tərkibdə görüşlərdə bir çox önəmli məsələlərin müzakirə edildiyini vurğulayıb.
Qeyd edilib ki, iki ölkə arasında siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir. "Otuz ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk. Bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaq", - deyə dövlətimizin başçısı əlavə edib.
Cənab Prezident iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlığın intensivləşməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini bildirib. Dövlətimizin başçısı, həmçinin bildirib: "Ümid edirəm ki, Bakıda keçiriləcək Azərbaycan-Laos biznes-forumu bu istiqamətdə önəmli addım olacaq".
Vurğulanıb ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyib ki, milyardlarla dollar səviyyəsində olan sərmayələr bizim həm imkanlarımızı göstərir, eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir.
Bıldirilib ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb. İndi daha çox yüklərin aşkar olunması, yeni ünvanlardan yüklərin səfərbər edilməsi və yüklərin həcminin artırılması ilə məşğul olduğumuzu deyən dövlətimizin başçısı vurğulayıb: "Ümid edirəm ki, gələcəkdə hər iki tərəfdə reallaşan bütün bu layihələr başa çatandan sonra yükdaşımaların da həcmi artacaq".
Laos Prezidentinin Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata açıqlamaları yalnız ikitərəfli münasibətlərin inkişaf perspektivlərini əks etdirmədi, eyni zamanda, Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakteri, dövlətlərarası əməkdaşlığın imkanları və müasir beynəlxalq münasibətlərin əsas prinsipləri haqqında aydın təsəvvür yaratdı.
Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 202 Tarix: 14 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSosial şəbəkələr İqtisadi itkilər və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
Rolan Məmmədlinski. Reklam mütəxəssisi. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələr yalnız ünsiyyət və məlumat mübadiləsi vasitəsi deyil, həm də ölkələrin iqtisadiyyatına, informasiya təhlükəsizliyinə və milli suverenliyinə təsir göstərən güclü alətə çevrilib. Bu platformaları
12:46 74 Azərbaycan-Laos münasibətlərində yeni impuls
Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini, əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığı
11:51 127 Dost münasibətlər iqtisadi imkanlara yol açır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirən mühü
12:00 125 Alimlər nikahların dağılmasının riyazi düsturunu tapdı
İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric
13.10.2026 301 Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və vahid məktəb mühitinin əsas göstəricisidir
"Vahid məktəbli forması ətrafında müzakirələrin mərkəzində ilk növbədə təhsilin keyfiyyəti, şagirdlər arasında bərabərliyin təmin olunması, məktəb intizamının möhkəmləndirilməsi və uşaqların sağlam sosial mühitdə yetişməsi dayanmalıdır. Məktəbli forması sadəcə geyim seçimi deyil, məktəbdə ümum
11:40 141 İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri
2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind
11:40 129 Vahid məktəbli forması ətrafında kampaniya: YAP-ın mövqeyi və Azərbaycan-Türkiyə parlamentlərarası həmrəyliyinin siyasi mesajı
"Vahid məktəbli formasının tətbiqi ətrafında aparılan müzakirələr artıq təkcə təhsil məsələsi deyil, cəmiyyətdə sosial bərabərlik, milli-mənəvi dəyərlər, uşaqların gələcəyi və informasiya təhlükəsizliyi baxımından da diqqət mərkəzindədir. Yeni Azərbaycan Partiyasının (YAP) mövqeyi və Milli Məclisi
11:28 149 İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın siyasi, iqtisadi və geosiyasi transformasiyasının əsas mərhələləri
"2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 23 ili tamam olur. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı idi. Həmin tarixdən etibarən Azərbaycanın dövlət idarəçiliyi, iqtisad
12:12 132 Bakı-Vyentyan əməkdaşlığı: yeni perspektivlər və imkanlar
"Azərbaycanla Laos arasında siyasi dialoq və ikitərəfli əməkdaşlıq son dövrlərdə yeni inkişaf perspektivləri qazanır. Ötən əsrin sonlarında qurulan diplomatik əlaqələr illər ərzində qarşılıqlı maraq və hörmət əsasında inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Laos Xalq Demokratik Respublikasını
11:43 130