Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə açıqlayıb.
Onun sözlərinə görə, əməliyyat zamanı bulanıq büllur fakoemulsifikasiya üsulu ilə ultrasəs vasitəsilə xırdalanaraq çıxarılır, onun yerinə isə qatlanan elastik linza mikrokəsikdən gözə yerləşdirilir:
"Bu linza akril kimi biouyğun materiallardan hazırlanır, gözdə ömürlük qalır, xüsusi qulluq tələb etmir və pasiyent tərəfindən hiss olunmur. Ənənəvi monofokal linzalar yalnız bir məsafədə, adətən, uzağı aydın görməni təmin edir. Bu səbəbdən pasiyent yaxını görmək üçün eynəkdən istifadə etməli olur".
İ. Cərullazadə qeyd edib ki, "yeni nəsil" linzalar dedikdə bir neçə məsafədə aydın görməni təmin edən premium linzalar nəzərdə tutulur:
"Multifokal və trifokal linzalar uzaq, orta və yaxın məsafələrdə görməni bərpa edir. EDOF (genişləndirilmiş fokus dərinliyi) linzalar uzaq və orta məsafələrdə keyfiyyətli görmə təmin edir, halo və parıltı effektləri isə daha az olur. Torik linzalar eyni zamanda astiqmatizmi də korreksiya edir. Bundan əlavə, asferik dizayn kontrast həssaslığını artırır, ultrabənövşəyi və mavi işıq filtrləri isə tor qişanı qoruyur. Nəticədə pasiyentlərin əksəriyyəti əməliyyatdan sonra eynəkdən asılılığını xeyli azaldır və ya eynəkdən tamamilə azad olur".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1016 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMədə balonu taxdırmaq istəyərkən həyatını itirdi
Türkiyənin Mersin şəhərində mədə balonu proseduru zamanı həyatını itirən universitet tələbəsi Ali Can Gülün ölümü ilə bağlı ittiham aktı hazırlanıb. Həkim barəsində 6 ilədək həbs cəzası tələb olunsa da, mərhumun atası hadisənin mümkün qəsdən adam öldürmə kimi qiymətləndirilməsini və həkimin həbs olunmasın
18.11.2026 642 Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?
Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların
01.11.2026 1145 Ürək sağlamlığını qorumağa kömək edən 5 qida
Ürək-damar sisteminin sağlamlığı yalnız fiziki aktivlikdən deyil, gündəlik qidalanma vərdişlərindən də asılıdır. Düzgün seçilmiş məhsullar qanda xolesterinin səviyyəsinin tənzimlənməsinə, qan damarlarının fəaliyyətinin dəstəklənməsinə və ürək xəstəlikləri riskinin azaldılmasına kömək edə bilər. Xüsusil
18.11.2026 867 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 1193 Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28.10.2026 1155 Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər
Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri
04.11.2026 1015 6 həftə şəkərdən imtina edən zaman orqanizmdə baş verənlər... - Alimlər açıqlayır
Şəkər gündəlik qidalanmamızda düşündüyümüzdən daha böyük yer tutur. O, təkcə şirniyyatlarda deyil, çörəkdə, səhər yeməyi məhsullarında, hazır yeməklərdə və müxtəlif souslarda da mövcuddur. Bəs altı həftə ərzində əlavə şəkər qəbulundan imtina edilsə, orqanizmdə hansı dəyişikliklər baş verər? Enerji səviyyəsi
19.11.2026 628 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 1006 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 944