G20 sammitində Putinin iştirakı ilə bağlı AÇIQLAMA

G20 sammitində Putinin iştirakı ilə bağlı AÇIQLAMARusiyanın ABŞ-də keçiriləcək "Böyük iyirmilik" (G20) sammitində iştirak edəcəyini açıqlaması beynəlxalq siyasi müstəvidə diqqət çəkən məqamlardan biridir. Moskva nümayəndə heyətinin tərkibini və ona kimin rəhbərlik edəcəyini hələ müəyyənləşdirməsə də, sammitdə iştirak qərarının verilməsi müəyyən siyasi mesajlar ehtiva edir.

Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, Rusiyanın ABŞ-də keçiriləcək G20 sammitində iştirakı iki ölkə arasındakı münasibətlər baxımından xüsusi bir məna kəsb etmir: "Çünki bu iki ölkə faktiki olaraq rəqabət aparır. Daha doğrusu, Rusiya üçün ABŞ əsas rəqiblərdən biridir, Amerika isə özünün əsas rəqibi kimi daha çox Çini görür".
G20 sammitində Putinin iştirakı ilə bağlı AÇIQLAMAPolitoloqun sözlərinə görə, əvvəlki görüşlərdə Rusiyanın müəyyən mənada sıxışdırıldığı və ona qarşı hörmətsiz münasibət sərgiləndiyi müşahidə olunub: "Artıq neçə görüşdür Rusiyaya qarşı oxşar münasibət nümayiş etdirilir. Hətta sonuncu Çin, ABŞ və Rusiya liderlərinin görüşündə də bənzər vəziyyət yaşanıb. Görünən odur ki, Pekin və Vaşinqton Moskvanı daha çox ikinci planda görür. Bu dəfə də böyük ehtimalla Putinə qarşı hörmətsizlik olacaq. Ola bilər ki, sammitdə birbaşa dövlət başçısı səviyyəsində deyil, Lavrov və ya başqa bir şəxs iştirak etsin. Amma hər halda, nəticəni zaman göstərəcək".

Ümumi münasibətlərin normallaşmasına gəldikdə isə, politoloq hesab edir ki, ABŞ-də heç də hər kəs Putinə müsbət yanaşmır: "Tramp müəyyən siyasi maraqlar çərçivəsində Rusiya ilə yaxınlaşmağa çalışsa da, bu, iki ölkə arasında bütün problemlərin həll olunduğu anlamına gəlmir. Əksinə, Moskva ilə Vaşinqton arasında hələ də ciddi fikir ayrılıqları mövcuddur. Putinin sammitdə şəxsən iştirak edib-etməyəcəyi hələlik bəlli deyil".

Aynurə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 239   Tarix: 24 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda yeni işıqforlar bu qaydada işləyəcək - Fotolar

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb. Axşam.az xəbər verir ki, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarını

10:25 274
.

TikTok yeniyetmələrin təhlükəsizliyi və süni intellektdən məsuliyyətli istifadə üçün yeni alətlər təqdim edib

Qısa videoların yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan TikTok yeni təhlükəsizlik alətlərini təqdim edib. Əsas yeniliklər arasında "Ailə parametrləri" funksiyasının imkanlarının genişləndirilməsi, müəllimlər üçün xüsusi bələdçinin hazırlanması, eləcə də süni intellekt (AI) tərəfində

11:35 197
.

İnsanın zehni və emosional zəkasının zirvəsinə çatdığı dəqiq yaş - Alimlərin cavabı

İnsanların zehni və emosional imkanlarının ən yüksək səviyyəyə çatdığı dövrün 20-30 yaşlar olduğu barədə geniş yayılmış fikir elmi araşdırmada sual altına alınıb. Tədqiqatçılar müəyyən ediblər ki, insanın ümumi intellektual potensialı daha gec - 55-60 yaş aralığında zirvəyə çatır. Qaynarinfo xəbər veri

23.11.2026 335
.

Çində dünyanın ən böyük elektrikli yük gəmisi hazırlandı

Çin mütəxəssisləri 23.5 meqavat-saatlıq akkumulyatorla təchiz olunmuş, dünyada ən böyük elektrikli quru yük gəmisini ərsəyə gətiriblər. xəbər verir ki, bu barədə "Naked Science" portalı məlumat yayıb. Uzunluğu 129.9 metr təşkil edən və standart yanacaq növündən imtina edən "BRF Froan"

23.11.2026 254
.

Aİ Rusiya ilə ikitərəfli təhlükəsizlik məsləhətləşmələrindən imtina edib

Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinin Avropa nümayəndələrini Moskvaya dəvət etməsindən xəbərdardır, lakin Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların çoxtərəfli formatda aparılmasına üstünlük verir. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının baş sözçüsü Paul

23.11.2026 281
.

Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI

Gecə saatlarında Bakıda tanınmış aparıcı Ada Süleymanova və tanışının öldükləri qəza ilə bağlı bəzi təfərrüat məlum olub. BİG.AZ -a istinadən xəbər verir ki, Ada Süleymanova məclis başa çatandan sonra ayıq sürücü sifariş edib. Ayıq sürücü vaxtında gəlib və Ada Süleymanova sürücüdən onu evlərinə aparmağ

23.11.2026 621
.

Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı - Açıqlama

Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qarabağ Universitetinin tələbələr

23.11.2026 418
.

Dövlət Agentliyi süni intellektin rəqabət üçün yaratdığı riskləri açıqlayıb

Nəzarətçi orqan kimi bizim vəzifəmiz süni intellektdən istifadə edən şirkətlərin bir-birinin və rəqiblərinin hüquqlarını pozmamasını təmin etməkdir. Buna görə də, süni intellektin sənayeyə zərər verə biləcəyi üç əsas istiqamət görürük. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasını

23.11.2026 279
.

İrandan ABŞ-yə mesaj: "7 şərt yerinə yetirilmədən Vaşinqtonla danışıqlar aparılmayacaq"

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, əvvəllər açıqladığımız 7 şərt yerinə yetirilmədən Vaşinqtonla heç bir müzakirə aparılmayacaq. Bunu xarici mediaya istinadən xəbər verir. İran parlamentinin iclasında çıxış edən Qalibaf ABŞ Prezidenti Donald Trampın və digər amerikalı rəsmiləri

14:43 152
.