Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışan yüksəkvəzifəli qadınla münasibəti olduğu məlum olub.
"Qafqazinfo" xəbər verir ki, ABŞ-də bu qalmaqal fonunda texnologiya sahəsində digər milyarderlərin şəxsi həyatı da yenidən gündəmə gəlib.
Mövzu ilə müzakirələr fonunda digər milyarderlərin də ailə həyatlarında xanımlarına sadiq olmadıqları, zaman-zaman xəyanət qalmaqalları ilə gündəmə gəldikləri vurğulanıb.
Bu şəxslər siyahısında isə 2019-cu ildə o dövrdəki məşuqəsi, hazırkı həyat yoldaşı Loren Sançezə ünvanladığı mesajları üzə çıxan "Amazon" şirkətinin təsisçisi Ceff Bezos, 27 illik həyat yoldaşı və xeyriyyəçilik sahəsində tərəfdaşı Melinda Frenç Qeytslə evli olarkən ona bir neçə dəfə xəyanət edən və Ceffri Epşteynlə dostluq edən Bill Qeyts, şirkətin əməkdaşı ilə münasibət qurduqdan sonra ilk həyat yoldaşı, Enn Vociski ilə boşanan "Google"un həmtəsisçisi Sergey Brin kimi iş adamları var.
Texnologiya sahəsində açıqlamaları ilə tez-tez gündəmə gələn amerikalı milyarder İlon Mask da bu müzakirələrdən kənarda qalmayıb və onun bir neçə dəfə ailə həyatı qurması və çox sayda övladının olması onu da "sadiq olmayan milyarderlər" siyahısına daxil edib.
Lakin Censen Huanqla bağlı qalmaqal fonunda adı müsbət cəhətdən çəkilən yeganə milyarder "Meta" şirkətinin baş direktoru Mark Zükerberqdir. Onun adı hazırda həyat yoldaşına xəyanət etməyən yeganə milyarder kimi hallanmağa başlayıb. 42 yaşlı iş adamı həyat yoldaşı Prissila Çana olan sevgisini bir neçə dəfə ictimai olaraq etiraf edib. Hətta həyat yoldaşının təxminən 2,1 metr hündürlüyündə heykəlini ucaldan Mark başqalarını da bu təşəbbüsə qoşulmağa çağırıb. Çan isə öz növbəsində bu illər ərzində Konqresdəki dinləmələr, məhkəmə çəkişmələri, eləcə də müxtəlif tədbirlərdə həyat yoldaşına dəstəyi ilə medianın diqqətində olub.
İki övladı olan cütlük 2012-ci ildə ailə həyatı qurub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 103 Tarix: 13 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTovuzda hamilə bıçaqlanıb
Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır
20:15 1 Azərbaycanda institutun adı dəyişdirildi
Naxçıvan Müəllimlər İnstitutunun binasının adı və loqosu dəyişdirilib. xəbər verir ki, Baş nazir Əli Əsədovun sentyabrın 21-də imzaladığı qərara əsasən, Naxçıvan Müəllimlər İnstitutu ləğv edilərək Naxçıvan Dövlət Universitetinə qoşulması yolu ilə yenidən təşkil edilib. Qərara əsasən, Naxçıvan Dövlə
10:12 238 Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma
Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin
15:10 152 Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını
10:28 204 Şənbə günü hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76
13:51 179 Ölkə başçısı İlham Əliyev Dublində Çexiyanın Baş naziri Andrey Babişlə görüşüb
Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı
12.11.2026 316 Prezident İlham Əliyev Dublində Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrd
11:21 200 Azərbaycanda süni intellektin inkişafı üçün nə çatışmır?
Bu gün Azərbaycanda süni intellekt sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət irəliləyişlər müşahidə olunur. Lakin etiraf etməliyik ki, biz hələ daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr arasında isə hələ təmsil olunmuruq
14:44 160 Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU
Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi
18:30 1