"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı
"UĞUR 777" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub.
BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ötən iclasda ifadə verən zərərçəkən xanımın ifadəsinin davamı dinlənilib.
"Əməliyyatdan sonra bədənimdə fəsadlar yarandı. İkinci əməliyyata məni Xəyalə xanımın rəfiqəsi Ülviyyə apardı. Çünki Xəyalə telefon zənglərimə cavab vermirdi. Ülviyyə sağrı nahiyəmdə aparılan əməliyyata görə 500 manat ödədi. Onların ödədiyini gördüyüm məbləğ bu qədərdir. Yaratdıqları fəsada görə heç biri mənə kömək etmədi. Bu gün də ciddi sağlamlıq problemləri yaşayıram. Şikayətçiyəm, barışıq yoxdur".
Təqsirləndirilən Xəyalə İsmayılova isə zərərçəkənin sonradan üzləşdiyi sağlamlıq problemlərinin müalicəsi üçün 8 700 manat xərclədiyini deyib. O, bunu təsdiqləyən həkim danışıqlarının olduğunu bildirib.
Məhkəmənin növbəti iclası oktyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, ötən ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, "UĞUR 777" estetik mərkəzin qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalar nəticəsində o da aşkarlanıb ki, Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərlərinin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə "Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi" yoxdur.
Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma); 309.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq), 139-1.2-ci, 142.2-ci; 310-cu; 322.1-ci maddələri üzrə cinayət işi açılıb.
Eyni zamanda, Xəyalə İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 87 Tarix: 29 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇindən Putin, Si Cinpin və Trampın üçtərəfli görüşü ilə bağlı açıqlama
Çin Xarici İşlər Nazirliyinin Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində üçtərəfli görüşün keçirilməsi ehtimalı ilə bağlı hələlik məlumatı yoxdur. xəbər verir ki, bunu Çin Xaric
11:49 132 İran İraqa zərbə endirdi
İran PUA-ları İraq Kürdüstanının Koya şəhərində Kürdüstan Demokrat Partiyasının (KDP) qərargahına hücum edib. xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb. Hücumda istifadə olunan PUA-ların İslam İnqilabının Keşikçiləri Korpusuna (SEPAH) məxsus olduğu bildirilir. Hadis
28.09.2026 253 326 kitab mağazası, 900-ə yaxın ədəbi tur: Kitabsevərlər üçün dünyanın ən yaxşı şəhəri
Romanın çoxsaylı tarixi və ədəbi məkanları onu kitabları və kitabla bağlı hər şeyi sevənlər üçün ən yaxşı istiqamətə çevirib. Qaynarinfo-nun məlumatına görə, "Travel + Leisure" yazır ki, bunu səyahətçilər üçün mobil internet xidmətləri göstərən "Holafly" şirkətinin hazırladığı yen
28.09.2026 229 Yaponiyadakı zəlzələ 70 mindən çox binaya ziyan vurub
Yaponiyanın Kumamoto prefekturasında iyulun 28-də baş verən 7,1 maqnitudalı zəlzələ nəticəsində təxminən 71 min yaşayış binasına ziyan dəyib. "Kyodo" agentliyinin məlumatına görə, zəlzələ nəticəsində 38 nəfər hadisə yerində və ya xəstəxanalarda ölüb, iki nəfər isə ağır xəsarət alıb. Hazırd
28.09.2026 245 Ətin "kimdən gəldiyi" bəlli olacaq - Elektron identifikasiya nəyi dəyişir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
AQTA-nın sentyabrın 28-də Daşkəsəndə keçirdiyi görüşdə heyvanların fərdi identifikasiyasının xəstəliklərin vaxtında aşkarlanması və baytarlıq tədbirlərinin izlənməsi baxımından əhəmiyyəti vurğulanıb. Prosesin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə aparıldığı və heyvanla
12:20 166 Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölüm səbəbi məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 26-sı gecə saat 01 radələrində Qobustan qəsəbəsində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü İlkin Bayram oğlu Baxışov yaşadığı evdə şüşəni yumruqla sındırmas
11:06 210 FIFA prezidenti Azərbaycana gəldi
FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlib. "Qafqazinfo"nun məlumatına görə, funksioner Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı ölkəmizdədir. Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da təşkil olunacaq
12:10 107 Sabah da yağış yağacaq
Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
12:55 120 Qaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka
28.09.2026 322