Şagird dərsə niyə girmək istəmir? - Məktəblə bağlı düşündürücü sual

Şagird dərsə niyə girmək istəmir? - Məktəblə bağlı düşündürücü sualBu günlərdə işə gəldiyim zaman maraqlı bir hadisənin şahidi oldum. Məktəbin qarşısından keçərkən gördüm ki, dərsə girmək istəməyən şagirdi müəllim polis çağıracağı ilə hədələyərək sinfə daxil olmağa məcbur etməyə çalışır.

Bir zamanlar məktəbi məbəd bilən, oxumaq üçün son qəpiyini belə kitaba xərcləyən bir millətin "gələcəyi" adlandırdığı gənclərin məktəbə "polis qorxusu" ilə gətirildiyini görmək, açığı, bir qələm sahibi kimi məni məyus etdi.

Təəssüf ki, işə gecikdiyim üçün hadisəyə müdaxilə edə bilmədim və yalnız şahid olaraq qaldım. Sonradan maraqlandım və məlum oldu ki, müəllimənin "polis" deyə çağıracağı şəxsin məktəbin mühafizəçisi olduğu ehtimal edilir. Şagirdin isə sinfə girmək istəməməsinin səbəbini aydınlaşdıra bilmədim.

Bəs məktəbin "gedilməyən", "istənilməyən" məkana çevrilməsinin səbəbi nədir? Məhz bu suala cavab tapmaq üçün təhsil eksperti Şəmsi Qocaya müraciət etdim.

Mövzu ilə bağlı açıqlama verən Şəmsi Qoca qeyd etdi ki, müşahidə etdiyim mənzərə ilk baxışda adi məktəb hadisəsi kimi görünə bilər. Lakin müəllimin dərsə getmək istəməyən şagirdə "Bax, polis oradadır, indi çağıracağam" deməsi daha dərin bir problemin əlamətidir. Onun sözlərinə görə, burada söhbət təkcə bir müəllimin davranışından deyil, müəllimlə şagird arasındakı münasibətin hansı mərhələyə gəlib çatmasından gedir:
Şagird dərsə niyə girmək istəmir? - Məktəblə bağlı düşündürücü sual"Müəllimin əsas təsir vasitəsi polis olmamalıdır. Şagird dərsə getmək istəmirsə, bunun səbəbini müəyyənləşdirmək, onunla danışmaq, problemin nədən qaynaqlandığını öyrənmək və məktəbin pedaqoji imkanlarından istifadə etməklə onu təhsilə qaytarmaq lazımdır. Polis isə şagirdin gözündə cəza və qorxu simvoluna çevrilməməlidir. Əks halda məktəb uşağın təhlükəsiz və etibarlı mühiti olmaqdan çıxaraq qorxunun idarəetmə vasitəsinə çevrilə bilər.

Bu hadisə müəllimin şagird üzərində əvvəlki nüfuzunun zəifləməsi, məktəbdə intizamın formalaşdırılması üsullarının düzgün qurulmaması və pedaqoji təsir imkanlarının bəzən inzibati və qorxuducu vasitələrlə əvəzlənməsi barədə suallar yaradır. Müəllim şagirdə sözünü yalnız polis adı çəkiləndə keçirə bilirsə, burada artıq şagirdin davranışından daha böyük bir problem var.

Belə münasibətin davamlı xarakter alması isə daha ciddi nəticələr doğura bilər. Uşaq məktəbdə problemi müəllimlə danışaraq həll etməyi deyil, cəzadan yayınmağı öyrənə bilər. Polis onun şüurunda təhlükəsizlik və hüququn qorunması institutu kimi deyil, müəllimin çağırdığı cəza vasitəsi kimi formalaşa bilər. Bu isə həm müəllim nüfuzuna, həm də məktəbin uşağın inkişafındakı roluna zərər verə bilər.

Əslində burada əsas sual "Müəllim niyə polisi çağırmaqla hədələyir?" deyil. Əsas sual budur: Niyə müəllim şagirdi polis adı çəkmədən dərsə qaytarmaq üçün kifayət qədər pedaqoji imkan görmür?

Əgər məktəbdə müəllim-şagird münasibəti sağlam qurularsa, şagirdin dərsə getməsi polis qorxusuna yox, məktəbə, müəllimə və təhsilə münasibətinə əsaslanar. Əks halda bu gün bir şagirdi polis adı ilə dərsə göndərmək mümkün olsa da, sabah daha böyük intizam problemini hansı vasitə ilə həll etmək lazım gələcəyi sualı ortaya çıxacaq".

NURAY NƏZƏROVA


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 789   Tarix: 29 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?

Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib

13.11.2026 315
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

"Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi

Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk

13.11.2026 353
.

Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA

Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir

13.11.2026 428
.

Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd

13.11.2026 240
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 271
.

Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs

Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq

13.11.2026 247
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 261
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

13.11.2026 322
.