Prezident İnfantinonu qəbul etdi - Fotolar

Prezident İnfantinonu qəbul etdi - FotolarAzərbaycan Prezidenti İlham Əliyev bu gün FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkür edib.

Dövlət başçısı gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib. Azərbaycanın bu idman tədbirlərində iştirakının önəmini vurğulayan Prezident İlham Əliyev bütün bunların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə edib.

Canni İnfantino qəbula görə dövlət başçısına minnətdarlığını bildirib.

Qonaq ilk dəfə ölkəmizdə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında dünya çempionatı və festivalının önəminə toxunaraq, dünyanın idman ictimaiyyətinin diqqətinin bu tədbirə yönələcəyini deyib.

Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlərdən söhbət açılıb, son dövrlərdə bu sahədə əldə edilən uğurlara toxunulub.

Ölkəmizlə FIFA arasında uğurlu əməkdaşlığın qurulduğu vurğulanaraq, tərəfdaşlığın perspektivləri müzakirə olunub.

Söhbət zamanı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) FIFA-nın fəaliyyətinə verdiyi dəstək məmnunluqla qeyd edilib.

Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.

Prezident İnfantinonu qəbul etdi - FotolarPrezident İnfantinonu qəbul etdi - FotolarPrezident İnfantinonu qəbul etdi - FotolarPrezident İnfantinonu qəbul etdi - FotolarPrezident İnfantinonu qəbul etdi - FotolarPrezident İnfantinonu qəbul etdi - FotolarPrezident İnfantinonu qəbul etdi - FotolarPrezident İnfantinonu qəbul etdi - FotolarPrezident İnfantinonu qəbul etdi - FotolarPrezident İnfantinonu qəbul etdi - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 127   Tarix: 29 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Reuters"in müxbiri Kiyevdə partlayış səsləri eşidildiyini bildirib

Reuters-in müxbiri bildirib ki, Rusiya müharibənin beşinci ilində ölkəyə qarşı demək olar ki, gündəlik hücumlarını davam etdirdiyi bir vaxtda, çərşənbə axşamı səhər Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Kiyev meri Vitali Kliçko Telegram-d

12:57 80
.

İrandan nüvə müqaviləsi ilə bağlı mühüm açıqlama

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmaq imkanlarını araşdırır. xəbər verir ki, bunu İran parlamentinin birinci müavini Əli Nikzad bildirib. "Parlament NSYM-dən çıxmaq üçün üç bənddən ibarət plan layihəsini araşdıracaq", - deyə o bildirib. Nikzadın sözlərinə görə

12:00 116
.

Mədənçıxarmanın qadağan olunduğu qitənin altında nəhəng ehtiyat var: Səbəb nədir?

Qızılın mümkün mövcudluğu ilk növbədə bu qitənin geoloji keçmişi ilə müəyyənləşir. Antarktida vaxtilə Afrika, Avstraliya və Cənubi Amerika ilə birlikdə Qondvananın bir hissəsi olub. Bu regionlar isə mineral ehtiyatlarla zəngindir. Qaynarinfo "WP Tech"ə istinadən xəbər verir ki, bu səbəbdə

28.09.2026 243
.

Bu ərazidə su olmayacaq - Xəbərdarlıq

Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. BİG.AZ xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında b

28.09.2026 300
.

Azərbaycanda qızıl bu qiymətə satılır

Azərbaycanda 28 sentyabr 2026-cı il tarixi üçün qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7,245.9355 manat, 1 qram (ümumi) - 232.96 manat, 99 əyyar (Təmiz) - 232.96 manat, 750 əyyar (İtalyan) - 174.90 manat, 585 əyyar (Türk) - 136.42 manat, 582 əyyar (Rus) - 135.7

28.09.2026 212
.

2027-ci ildə yaşayış minimumu nə qədər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci ildə yaşayış minimumunun hansı səviyyədə müəyyənləşdiriləcəyi əhali üçün əsas gözləntilərdən birinə çevrilir. Ərzaq və gündəlik tələbat mallarının qiymətləri, inflyasiya və əhalinin gəlirlərindəki dəyişikliklər fonunda gələn il üçün yaşayış minimumunun hansı məbləğdə olacağı sual doğurur. Bə

11:12 220
.

Azərbaycan regional daşımaların əsas habına çevrilir - Bakı Limanında yeni hədəf

Bakı Limanı Orta Dəhlizin ən mühüm qovşaqlarından biridir, çünki Azərbaycanın ərazisində və Xəzər dənizinin qərb sahilində müqayisəolunan gücə və əməliyyat imkanlarına malik başqa universal yük limanı yoxdur. Bu barədə Dünya Bankının "İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyunca qabaqcıl ticarə

10:34 187
.

Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü

Bərdə rayonunda restoranda dava olub. BİG.AZ -a istinqadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Qızıl balıq" restoranında baş verib. Restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə adlı xanım Yalçın adlı şəxslə sevgi münasibətində olub. Yalçın Yeganəyə görə restorana gəlib və onunl

10:29 151
.

Cəmi 10 dəqiqə qaçın - beyninizdə bunlar baş verəcək

Cəmi 10 dəqiqəlik yavaş tempdə qaçışın belə beynin fəaliyyətini canlandıra və əhval-ruhiyyəni yaxşılaşdıra biləcəyi müəyyənləşib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya görə, yeriş sürətinə yaxın tempdə qaçmaq diqqəti və özünənəzarəti gücləndirməklə yanaşı, zehni oyanıqlığı da artırır

10:40 205
.